19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Yalnız B.M.Abdullin və A.Ş.Bulatıkov deyil, onlarla aydın,

yazıçı həbs edilib güllələnmişdir. Sağ qalanlar qorxu içərisində

yaşadıqlarından cəsarətlə ədəbi axtarışlara girişmir, kommunist

partiyasının qərar və göstərişlərini, rəhbər partiya işçilərinin məruzə

və çıxışlarını bədii şəkildə xalqa çatdırmaqla yetərlənirlər.

Sosializm quruculuğunun ilk illərində ədəbiyyatla məşğul

olanların yazdıqlarından çox, onların tərcümeyi-hallarına diqqət

yetirilirdi. Kasıb ailədən olan gənclərə daha geniş imkanlar

açır, onları yazıb-yaratmağa həvəsləndirir, əsərlərini nəşr edir,

pyeslərini səhnələşdirirdilər. Kasıb ailədə doğulub ədəbiyyata

gələn gənclərdən biri də Fazil Apas ulu Abdulcəlilovdur.

Fazil Apas ulu Abdulcəlilov (01.03.1913, RF Stavropol

ölkəsi, Mineralnıye Vodı rayonunun Kanqlı kəndi-1974). Kasıb

bir ailədə doğulan, kəndlərindəki məktəbi bitirdikdən sonra

Çerkessk Pedaqoji Texnikumunda oxuyan Fazil “Tənbəl Girey”,

“Murat şəhərdə nə gördü?” (1932), “Biz sosializm qururuq”

(1932), “İki dünya” (1932), “Uşaqlar üçün müxtəlif hekayələr”

(1933) və b. əsərlərini yazıb çap etdirəndə 19-20 yaşlarında

imiş. O, 1930-cu illərdə yazdığı hekayə və povestlərini

əsasən “Uşaqlar üçün ədəbiyyat”, “Yeniyetmələr üçün ədəbiyyat”

rubrikaları altında çap etdirmişdir.

İkinci Dünya Savaşının başlanması da ədəbiyyatda bədii

dəyərlərin, keçmişi tənqidin, sosializm quruculuğunun tərənnümünün

arxa plana keçməsinə, publisistikanın qabarmasına şərait

yaratmışdır. F.Abdulcəlilovun da 1941-1950-ci illərdə yazdıqlarının

böyük qismi qəzet və jurnal məqalələrini xatırladır.

1950-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlərin

qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilmişdir. Fazil Abdulcəlilovun

“Güclülər ailəsi” (1950), “Asantay” (1956), “Sərt

dönüş” (1961) povestlərini, kolxozlaşmadan bəhs edən “Güclü

axın” romanını, “Kuban çağlayır” (1955), “Kuban-mənim nəğ-

208

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!