19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

malarına nail olmaq idi. Rus məmurları isə türk, müsəlman

xalqlarının yaxınlaşmasını hökumət üçün böyük təhlükə hesab

edirdilər. Odur ki, Mustafa Lütfü Şirvanini gizli sıxışdırmaqla

yanaşı bəzi noqay ziyalılarını da onun əleyhinə qaldıra bildilər.

Bəzi əli qələm tutan noqaylar “Bürhani tərəqqi” qəzetinin redaktorunu

bölgədə dini ayrıseçkilik törətməkdə, şiəliyi təbliğ

etməkdə suçlayırdılar. Mustafa Lütfü Şirvanda doğulmuş və

sünnü təriqətinə mənsub birisi idi. O, atılan böhtanlara əsaslı

dəlillərlə cavab versə də qəzeti qoruyub yaşada bilmədi.

Beləcə Rusiya bölgədə ənənənin davam etdirilməsini, ortaq

türkcənin yaşamasını və gəlişməsini əngəlləmiş oldu.

Abdulrehman Ömərov (Umarov) (1867-1933). İlahiyyatçı,

ədib, naşir kimi şöhrətlənmiş Abdulrehman mədrəsələr üçün

dərs kitablarını redaktə və nəşr edir, siyasi və ədəbi qəzet və

jurnallara maarifçilik ruhunda məqalələr yazır, folklor nümunələri

toplayaraq çap etdirirdi. Onun 1913-cü ildə nəşr etdirdiyi

“Noqay jırları” kitabına (Kitabda toplayıcının adı və soyadı

Abdraxman Umerov kimi yazılır) yazdığı ön söz bu gün

də elmi əhəmiyyətini itirməmişdir. Abdulrehman Ömərov, Nəsib

Mevluberdiyev, Abdulrehman Əliyev, Əli Xosayev, Qurbanəli

Erembetov kimi maarifçi aydınlar 1914-cü ilədək Həştərxanda

“Toy”, “İslah” və “Maarif” adlı jurnallar nəşr etmişlər.

Siyasi baxışlarına görə çar məmurları bu jurnalları qapatmış,

onları nəşr edənləri sürgünə göndərmişdir.

Birinci Dünya Savaşı, 1917-ci ildə baş verən fevral və oktyabr

devrimləri, vətəndaş savaşları noqay ədəbiyyatının da inkişafına

olduqca mənfi təsir göstərmişdir. Vətəndaş savaşı başa

çatdıqdan sonra bolşeviklər öz ideyalarını xalq arasında geniş

yaymaq üçün azsaylı xalqların dillərində məktəblər açılmasına,

dərsliklər yaradılmasına, qəzet-jurnal buraxılmasına da diqqəti

artırmışlar.

204

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!