19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Menkili Boraxan ulu, Mantik As ulu, Alibey Şarap ulu, Axmetie

Adil ulu, Mambet Ali Aşık, Ali Kusi Onkutlu (Сикалиев

А., 1993:164-165) və b. yaradıcılığını da tatarların,

qazaxların, qırğızların, qaraqalpaqların və qıpçaq kökənli türk

xalqlarının ortaq ədəbiyyatının nümunəsi saymaq olar. Mambet

Ali Aşığın adındakı aşıq sözü noqaylarda arxaikləşsə də,

bu gün Azərbaycanda, İranda, Türkiyədə və b. ölkələrdə çox

işlədilir. El nəğməkarlarının, xüsusən məclislərdə saz çalıb

oxuyan, dastan danışan sənətkarların adının önünə “aşıq” epiteti

artırılır. Noqay xalq şairlərinin əsas xarakterik cəhəti–poetik

yaradıcılıqları ilə doğma xalqa xidmət etmələridir.

Noqaylar islamı qəbul etdikdən sonra, yəni XVIII yüzildən

uyğur əlifbası ilə yanaşı, ərəb əlifbasından da istifadə etmişlər.

Ərəb əlifbası ilə yazılarda saitlərin olmaması və türk dillərindəki

bəzi samitlərin ərəb əlifbasında bir neçə hərflə yazılması

bugünkü araşdırıcıya klassiklərin əsərlərini çağdaş yazı qaydalarına

uyğun oxumağa imkan vermir. Son yüzillərdə noqayların

Həştərxanda, Kuban çöllərində, Bucakda, Quzey Qafqazda,

Kırımda və Türkiyədə dağınıq halda yaşamaları, onlar arasında

sıx əlaqənin olmaması ədəbi dilin formalaşmasına mənfi

təsir göstərmişdir. Bu kimi çətinliklərə və məcburi köçlərə,

savaşlara, həbs və sürgünlərə baxmayaraq, Fexreddin Abuşaxman

ulu (1808-83), Sadıkbay Alkaydar (1811-76), Abdulxalıq

Abdulraşid ulu (1858-1913), Aslan Şaban ulu

(1858-1912), Baymırza Manap ulu (1888-1918), Ajı Molla

Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkilişeyh

İsmail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poeziyanı

davam etdirib yırlau (şeir), destan (poema), tolkau (monoloq),

maktau (oda), munklau (ağı) və b. janrlarda şeir söyləməklə

yeni noqay ədəbiyyatının formalaşması üçün zəngin baza yaratmışlar

(Сикалиев А., 1993:164).

202

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!