19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1.4. Noqay folkloru ümumtürk folklorunun bir parçası

kimi

Noqay folklor nümunələri çap olunan kitabları, topluları,

qəzet və jurnalları gözdən keçirdikdə aydın olur ki, yaxın keçmişdə

Rusiyanın əsarəti altında olan əksər türk xalqları kimi

onların da folkloru geniş, əhatəli şəkildə öyrənilməmişdir. Daxili

toqquşmaları özündə əks etdirən, kasıbların varlılara qarşı

mübarizəsindən bəhs edən folklor nümunələri dəfələrlə çap

olunub tədqiqata cəlb edilsə də, müstəmləkəçilərə qarşı mübarizəni

özündə əks etdirən, işğalçılara qarşı savaşlardan söz

açan folklor nümunələri, miflər, ovsunlar və s. kölgədə qalmışdır.

Son zamanlar rejimin yumşalması sayəsində bu sahələrə də

diqqət yetirilməyə başlanılmışdır.

Araşdırıcı A.Siqaliyev ilk və mühüm addım ataraq noqay

mərasim folklorunun təsnifatını belə vermişdir: alqıs (alqış),

karqıs (qarğış), ornau (ithaf), navruz, sabantoy, orak toy yırları

(novruzda, sabantayda, oraq bayramında oxunan nəğmələr),

beşik yırı (beşik nəğməsi-laylalar), toy yırı, bozlau (ağılar),

sarın (bayatılar) və b.

Ateist təbliğat zəiflədikdən sonra araşdırıcılar miflərə də diqqəti

artırdılar. Tanrılar, ilahlar haqqında mətnləri toplayıb nəşr

etməyə başladılar. Bu mətnlərdə şamanizmin izləri özünü qabarıqlığı

ilə göstərir. Tanrı (Baş göylər ilahisi), Umay (qadın başlanğıcını

təqdir edən), Yer-Su, Baba tukli, Su iyesi, Yer iyesi, Ot

(od) iyesi, Kıdırlı-yas (Xıdır-İlyas), Albaslı, Yin, Obır, Deyv,

Azdaqa, Elmavız, Emire, Sandırak, Sazaqan, Perişte (fəriştə),

Anir və b. haqqında toplanan mətnlər türk xalqlarının keçmiş mədəniyyətinin,

inancının birliyindən xəbər verdiyi kimi, onların

yenidən və elmi şəkildə öyrənilməsinin vacibliyini də göstərir.

Noqaylar yaşayan bölgələrdən Albaslı (Hal anası) ilə bağlı

toplanan mətnlər türk xalqlarının əksəriyyətindən toplanmış

198

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!