19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Lakin bununla da iş bitmədi. Kazanı, Həştərxanı, Kırımı işğal

etməklə yetərlənməyən Rusiya çarları bu yerlərin əhalisini də

kölə vəziyyətinə – Rusiyanın təhkimli kəndlisinin gününə salmaq

istəyirdi. Avropalıların quldarlıq quruluşu adlandırdıqları

idarə sistemini yaşamamış, islamı qəbul etmiş türk xalqları isə

heç bir vəchlə Rusiyanın təhkimçilik qanunlarını qəbul etmirdi.

Buna görə də, üsyanlar ara vermirdi. Bu üsyanlar isə minlərlə

dinc insanın ölümünə səbəb olurdu. Yalnız onu qeyd etmək yetər

ki, Osmanlı dövləti noqayları ölümdən xilas etmək üçün XIX

yüzilin ikinci yarısından başlayaraq 700 min noqayın ölkəsinə

gəlməsinə icazə vermişdi (Сикалиев А., 1994:4).

Araşdırıcı M.K.Safarkalıyev ingilis Cenkinsona istinadən

1557-ci ilin sərt qışında Həştərxan bölgəsində 100 min noqayın

aclıqdan və soyuqdan öldüyünü yazır… “On minlərcə noqay

çocuğu ruslara kölə olaraq satılmış, ya da atılmışdır” (Сикалиев

А., 1993:164-165). Bu qıtlığın bir səbəbi sərt qış idisə,

başqa səbəbi də Kazan xanlığını işğal edib, Volqa boyu ilə

Həştərxanadək irəliləyən Rusiya orduları idi. Ruslar yeni əraziləri

işğal etməklə noqayların yaylaq və qışlaqlarını məhdudlaşdırırdılar.

Bütün bunlar, sözsüz ki, xalqın yazılı və şifahi ədəbiyyatında

əksini tapırdı.

Qonşu dövlətləri zəiflədərək təsir dairəsinə salmaq və yeni

torpaqlar işğal etmək üçün Rusiya öncə həmin bölgələri yaxşıca

öyrənirdi. Bu baxımdan Rusiyanın XVI yüzildə hazırlatdığı

bir xəritə olduqca önəmlidir. “Большой чертеж государства

Российского, конец XVI века” adlanan bu xəritə günümüzədək

gəlib çatmamışsa da xəritənin hazırlanmasında istifadə

edilən bölgələrin, çayların, dağların, şəhər və kəndlərin

sözlə təsviri olan yazı arxivlərdə qorunub saxlanmışdır. Burada

noqayların yaşadıqları bölgənin təsvirindən söhbət gedərkən

məscidlər “tatar məscidləri” adlandırılır. Bu da onu göstərir ki,

192

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!