19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

dağıldı. Yedigey bəyin oğlu Nurəddin Mirzə yeni bir dövlətin –

Noqay Ordası dövlətinin qurucusu oldu. “Yedigey” dastanı da

həmin vaxtdan formalaşmağa başladı. Dastan noqaylar arasında

“Yedigey və Kubugil” adı ilə məşhurdur. Elmi ədəbiyyatlarda noqay

dastanı kimi tanıdılan “Yedigey” tatarların, başqırdların, qazaxların,

qırğızların, qaraqalpaqların arasında heç də noqaylardan

az sevilmir. Əslində bu dastan qıpçaqların ortaq abidəsidir. Yedigeyin

1391-ci ildə mankitlər üzərindəki qələbəsini əldə əsas tutaraq,

1991-ci ildə “Yedigey” dastanının 600 illiyi təntənə ilə qeyd

edilmiş və dastanla bağlı çoxlu araşdırmalar nəşr olunmuşdur.

132 illik ömrü olan Noqay Ordası dövləti (1426-1558) yeni

siyasi güc kimi tarix səhnəsinə atılan Rusiyanın və Doğudan

gələn Kalmık basqınçılarının təzyiqi altında darmadağın oldu.

Rusiyanın güclənməsində və ordu quruculuğunda başqa

qonşu türk xalqları kimi, noqayların da rolu olmuşdur. Noqay

Ordasında daxili ziddiyyətlər gücləndikcə soydaşları olan

xalqlarla münasibətləri də kəskinləşirdi. Əvəzində onları məhv

edəcək Rusiya ilə siyasi və iqtisadi əlaqələri yaxşılaşdırırdılar.

Yalnız bir faktı qeyd etmək yetərlidir ki, noqaylar Moskvaya

1534-cü ildə 50.000, 1548-ci ildə 16.000, 1552-ci ildə 25.200,

1555-ci ildə 46.000, XVII yüzildə isə ildə 70.000 təmizqanlı at

satmışlar (Керейтов Р., 1997:24). Bu da Rus dövlətinə

qüdrətli atlı ordu yaratmağa yetirdi.

Xarici güclərin, daxili ziddiyyətlərin və təbiətin yaratdığı

qıtlığın nəticəsində Noqay Ordası üç yerə – Böyük Noqay ulusuna,

Kiçik Noqay ulusuna və Altı Oğul ulusuna parçalandı.

Böyük Noqay ulusunun başçısı İsmayıl Mirzə 1558-ci ildə

müəyyən şərtlərlə Rusiyaya tabeçiliyi qəbul etsə də, xalq bununla

razılaşmadı. 1563, 1564 və 1567-ci illərdə Rusiya çarına

qarşı üsyanlar baş qaldırdı. Xalqın böyük bir hissəsi köçərək

Kırım xanlığına sığındı.

191

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!