19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

çayları hövzəsinə, Xəzər sahillərinə yerləşir və burada mankitlərlə

birləşərək yeni bir güc kimi tarix səhnəsində görünürlər.

Noqayların yenidən bir güc kimi tarix səhnəsində görünməsində

Yedigey bəyin rolu böyük olsa da, Noqay Ordası dövlətinin

qurucusu kimi onun oğlu Nurəddin Mirzə (1420-1430)

tanındı. 1420-ci ildə Yedigey bəy öldürüldükdən sonra dövlətin

mərkəzdən idarə edilməsi zəiflədi. Ölkə dağılıb-parçalandığı

zaman Yedigey bəyin noqay ulusuna hakim təyin etdiyi oğlu

Nurəddin Mirzə yeni bir dövlət yaratdı.

Dövrün hadisələrini bədii təsvir vasitələri ilə özündə yaşadan

“Yedigey” dastanı noqaylar arasında geniş yayılmışdır.

V.M.Jirmunskinin yazdığına görə, dastanın otuzdan çox variantı

mövcuddur (Жирмунский В. 1974:349). Əski türk dastanlarının

bədii ifadə vasitələrindən istifadə edilərək və Altınordanın

(Qızıl Orda) çöküş dövründə meydana çıxan qüdrətli sərkərdə,

bacarıqlı dövlət adamı Yedigeyin həyatından götürülmüş

faktlarla zənginləşdirilərək, yeni dastan yaradılmışdır.

Yedigey də Noqay kimi Çingiz xan nəslindən deyildi. Buna

baxmayaraq ağlı, gücü və diplomatik bacarığı sayəsində çökməkdə

olan Altınordanı (Qızıl Orda) qoruyub saxlamağa çalışır

və dövlətdə aparıcı şəxsə çevrilir. Volqa (İtil) ilə Yayıq arasındakı

çöllərdə yaşayan mankitlər mərkəzi hökumətin zəifləməsindən

istifadə edərək müstəqil siyasət yeritməyə çalışırdılar.

Yedigey 1391-ci ildə onların üzərinə yürüş edərək mərkəzi hakimiyyəti

möhkəmləndirir. Yedigey Temir Qutluq xanın (1396-

1399), Sadıbey xanın (1399-1407) və b. hakimiyyətə gəlməsində

aparıcı rol oynamışdı. Buna görə də övladlarını bölgələrə

hakim təyin etdirə bilmişdi.

Hökumətin başında Çıngizxan soyundan olanlar dursa da, əslində

ölkə Yedigey və oğlanları tərəfindən idarə olunurdu. Onun

ölümü ilə (1420) dövlətin mərkəzi idarəsi laxladı və az sonra

190

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!