19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

dən, özünün də mənə yardımçı olacağından danışa-danışa məni

razılıq verməyə məcbur etdi. Gözlədiyim kimi də oldu. İşinin

çoxluğundan mənə material toplamaqda, yazmaqda heç bir

kömək etməsə də, başımın üstünü kəsib məqalələri vaxtında

yazaraq Taraza-İslam Jemineyə göndərtdirdi.

Ötən illərin təcrübəsi məndə bu qənaət yaradıb ki, Vaqif

Sultanlı bir məqaləni yazdırmaq istəyirsə, ona müqavimət göstərmək

boş yerə özünü yormaqdan başqa bir şey deyil. Dedi,

gərək yazıb verəsən. Onun tapşırdığı iş başa çatandan sonra isə

adamın içində bir rahatlıq yaranır, gördüyün işdən bir məmnunluq

duyursan.

Vaqif Sultanlının sifarişi, təkidi ilə yazılmış məqalələr onu

göstərir ki, sifarişlə yazmaq heç də həmişə qanıqaralıq, əsəbilik

yaratmır. Buna görə də qərara aldım ki, onun sifarişi və tapşırığı

ilə yazdığım məqalələri mövzuya görə toplayıb kitab halında

çap etdirim. Beləliklə, Quzey Qafqaz türklərinin, qaqauzların,

uyğurların ədəbiyyatları haqqında yazdığım məqalələri

bu kitabda topladım.

Qafqazın quzeyini Avropa üçün xalqlar muzeyi adlandırmaq

olar. Çox da böyük olmayan ərazidə 50-yə yaxın xalq

və etnik qrup yaşayır. Bəzi bölgələrdə hətta iki qonşu kəndin

sakinləri bir-birlərini başa düşmürlər. Hər biri öz ləhcəsində,

öz dilində danışır. Yüzillər boyu bu xalqlar və etnik qruplar

arasında ünsiyyət vasitəsi rolunu türk dili oynamışdır.

Rusiya Qafqazı işğal etdikdən sonra var gücü ilə türk dilini

sıxışdırıb onu rus dili ilə əvəz etdi. Rusiya strateqlərinin planı

isə bu xalqların yalnız dilini deyil, özlərini tamam əridərək

ruslaşdırmaq idi. Lakin bunu gerçəkləşdirmək o qədər də asan

olmamışdır.

Hazırda Qafqazın quzeyində toplu halında yaşayan xalqlardan

yeddisi-qaraçay-malkarlar (balkar), noqaylar, qumuqlar,

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!