19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

mış Noqay xan 1300-cü ildəki toqquşmaların birində rus əsgəri

tərəfindən öldürülür (Krekov, Ekubovskiy, 1960:84).

1. Dastanlarda qəhrəmanlıq mövzusu

Noqaylardan toplanan folklor nümunələri arasında dastanlar

həcminə və mövzu əlvanlığına, bədii dəyərinin yüksəkliyinə görə

seçilir. Bu dastanların böyük bir qismi xalqın keçdiyi tarixi

yola uyğun olaraq qəhrəmanlıq dastanlarıdır. Onlardan “Axmet

Aysula ulu”, “Koplanlı betir”, “Yedigey”, “Musa biy”, “Mamay”,

“Karasaykazi”, “Manaşı”, “Manaşı ulu Tuyakbiy”, “Er

Tarkil”, “Şora betir”, “Adil Soltan”, “Kırk Noqay betiri”, “Er

Kusep”, “Er Kosay”, “Er Şoban”, “Er Kökçe”, “Kambar betir”,

“Kurman biy”, “Elkildek betir” və b. dastanları ümumi qıpçaq

dastanları adlandırsaq, daha doğru olar. Dastanları diqqətlə araşdıranda

burada nəinki miladın ilk minilliyinə, hətta miladdan

öncəki türk folkloruna aid izləri də görə bilərik.

Noqaylar son yüzillərdə savaşlara, daxili çəkişmələrə daha

çox vaxt sərf etdiklərindən dastanlarının çoxunun mövzusu

qəhrəmanlıqdır. Xalq arasında “Boz yigit”, “Kozı-Korpeş və

Bayan slu”, “Tolekın və Kız yibek”, “Ariz və Kanber”, “Şah

İsmayıl”, “Güntükan və Kölbikə”, “Taxir və Zöhrə” və b. lirik

dastanlar da geniş yayılmışdır (Сикалиев А., 1994:5-6).

Yalnız “Yedigey” deyil, bir çox başqa dastanlar, eləcə də

qəhrəmanlıq və vətənpərvərlik nəğmələri noqayların Rusiya

işğalı altında olduqları zamanda yazıya alındığından, söyləyici

və dastanı toplayanlar hakim dövlətin təsiri ilə mətnlərdə dəyişikliklər

etmişlər. Bu cəhət “Adil Sultan” dastanında və qəhrəmanlıq

yırlarında özünü qabarıq göstərir. Xüsusən də Rusiyadakı

vətəndaş savaşına, Fin savaşına, İkinci Dünya savaşına

həsr olunmuş yırlarda, eləcə də kazak mahnılarında, ümumiyyətlə,

əksər mahnılarda ifa noqay türkcəsində olsa da, ayrı-ayrı

187

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!