19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

(Сафаргалиев М., 1949:58). Bərkə xanın ölümündən sonra

Don və Dunay çayları arasındakı bölgə Noqay xanın nəzarəti

altına keçir (ASE, 1983, 7:286). Bir çox tarixçilər Noqay xanın

bu qələbəsini sərkərdəlik məharəti ilə yanaşı, islam amili ilə də

bağlayırlar. Belə ki, Hülakü xan həmin vaxtlar buddist idi.

Noqay xan və döyüşçülərinin əksəriyyəti islamı qəbul etmişdilər.

Hülakü xanın işğal altına aldığı bölgədəki müsəlman əhali

və xəlifə bu döyüşdə Noqay xanın tərəfini tutur. Qaynaqların

verdiyi bilgiyə görə, Noqay xan islam amilindən bacarıqla

yararlanmışdı.

Belə ki, o, daim Xorasandan və Anadoludan islamiyyəti

yaymaq üçün qazilər gətirdirmiş. Şeyx Səfiyəddin Ərdəbili öz

müridləri ilə birlikdə Qıpçaq çölündə (Dəşti Qıpçaq) və Kırımda

islam dinini yaymışdı. 1263-cü ildə Sarı Saltuk Anadoludan

on iki min türkmən ailəsi ilə birlikdə gələrək Kırım və Dobrucada

– yəni Noqay xanın hakim olduğu bölgədə yerləşmişdi.

Noqay xan Trakyadakı bir çox Bizans şəhər və qalalarını almış,

Aynos qalasında olan Səlcuq sultanı II İzzəddin Keykavusu islam

dinini qəbul etdiyinə görə əsirlikdən azad etmişdi (Noqay

Sami, 1997:20). Noqay xanın əmri ilə Dobrucaya gedən Sarı

Saltuk orada möhkəmləndikdən sonra 1280-ci ildə Varna yaxınlığında

iki Bulqar qalasını tutmuş və ömrünün sonuna qədər

də Macarıstana, Balkanlara yürüşlər etməklə Altınordanın (Qızıl

Orda) sərhədlərini genişləndirmiş və nüfuzunu artırmışdır.

Noqay xan isə həmin yerləri istədiyi kimi idarə etməklə yetərlənmir,

hətta Altınordada (Qızıl Orda) xanlar onun istəyi ilə hakimiyyətə

gətirilir və taxtdan uzaqlaşdırılırdı. Buna görə də bir

çox dövlətlər Altınordaya deyil, onun yanına elçilər göndərir,

diplomatik əlaqələr qurmağa çalışırdılar. 1270-71-ci illərdə

Məmlük sultanı Məlik Zahir (Baybars; 1260-1277) Noqay xanın

yanına elçi göndərmiş və ona məktubla müraciət etmişdir.

185

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!