19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ək Xarəzminin “Məhəbbətnamə”sini, Qütbünün “Husrevü Şirin”ini,

“Kodeks kumanikus”u və b. əsərləri də noqay ədəbiyyatının

nümunələri hesab edirlər (Сикалиев А., 1994: 44).

Miladi XIV yüzildən tarix səhnəsində “noqaylar” adı ilə görünən

bir xalqın V-XIV yüzillərdə ədəbi əsərlər yaratması inandırıcı

görünməyə bilər. Əslində bir xalq kimi onlar vardı və

bölgədə aparıcı idilər. Lakin “noqaylar” adlandırılmırdılar. Bütün

türk xalqları kimi, onlar da qaynaqlarda ayrı-ayrı adlarla

qeyd edilirdilər. “Noqay” adının bir ulusa, elə verilməsi tarixi

isə XIV yüzildən başlayır. Cəsur döyüşçü, bacarıqlı sərkərdə,

uzaqgörən siyasətçi, mahir diplomat və güclü dövlət qurucusu

olan Noqay xanın öz ətrafına topladığı türk tayfaları sonralar

bir etnos kimi birləşərək qüdrətli dövlət qurmuş və rəhbərlərinin

adını yaşatmışlar. Beləliklə, qüdrətli sərkərdə və bacarıqlı

dövlət adamı olan Noqayın adı xalq, toplum adına çevrilmişdir.

Qaynaqların verdiyi bilgiyə görə, Noqayın babası Taval bəy

XII yüzilin sonlarında Qıpçaq bozqırlarının Aksu-Buq çayı

çevrəsində yaşayan bir peçeneq boyunun-tayfasının başçısı

imiş (Noqay Sami, 1997:20). Atasından gələn bəylik haqqı ilə

boyunun-tayfasının başına keçən Noqay Çingiz xanın nəvəsi

Batı xanın (1236-1255) yürüşlərində iştirak etmiş, az bir zamanda

cəsur döyüşçü, bacarıqlı sərkərdə kimi şöhrət qazanmışdı.

Batı xanın ölümündən sonra hakimiyyətə gələn qardaşı Bərkə

xan (1255-1266) qabiliyyət və bacarığını nəzərə alaraq, Noqayı

ordu komandanı təyin etmişdi. Bərkə xan yeni torpaqlar

əldə etmək, indiki Azərbaycan ərazilərini tutmaq üçün 1262 və

1265-ci illərdə Elxanilərlə savaşmışdı. (ASE, 1978,:148, 2-ci

cild). Ordu komandanı kimi Noqay Qafqaz dağlarını keçərək

Hülakü xan və varisləri üzərinə yürüşlər edir. Döyüşlərdə qazandığı

qələbələr onun şöhrətini daha da artırır. Beləliklə, o

dövləti Bərkə xanla bərabər hüquqla idarə etməyə başlayır.

184

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!