19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dövri mətbuatda gedən yazıların səviyyəsi, qəzet və jurnalların

mövqeyindəki dəyişiklik, mənim yaşlanmağım jurnalistikadan

uzaqlaşmağımı tezləşdirdi. Elmi publisistikaya üstünlük

verdim. Yaradıcılığımı bu axara saldım.

Çox keçmədi burada da sifariş aldım. Bu sifariş yuxarıların,

rəhbərliyin sifarişi deyildi. Bu millətpərvər bir naşirin sifarişi

idi. Bu sifarişin arxasında maddi maraq da durmurdu. Sifarişi

verən Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı

idi. O, xaricdə çap olunacaq “Azərbaycan” jurnalı üçün bir məqalə

yazmağı xahiş etdi. Əlimdə tamamlanması vacib olan yazı

olduğunu söylədim. Vaqif Sultanlı isə əl çəkmədi. Onun təkidlərindən

yaxa qurtarmaq üçün razılaşdım. Amma, bu mənə

baha başa gəldi. O məni əlimdəki yazını yarıda dayandırıb, vəd

etdiyim məqaləni yazmağa məcbur etdi. Məqaləni yazdım. Çap

olunanda özümün də xoşuma gəldi. Bəlkə sifarişlə yazdığım

ilk məqalə idi ki, altına həvəslə imzamı qoymuşdum.

Vaqif Sultanlı “Filoloji araşdırmalar” adlı elmi məqalələr

toplusu nəşr edirdi. Toplunun növbəti sayını uyğur ədəbiyyatına

həsr edəcəyini söylədi. Qərara almışdı ki, özü uyğurların

nəsrindən, mən dramçılığından yazım; başqa mövzularda yaza

biləcək yazarlar tapaq. Qaynaq olmadığını, işimin çoxluğunu

söyləsəm də, o yenə israr edərdi. Məqaləni tamamlayanda baxdım

ki, heç də pis alınmayıb.

Vaqif bəylə tanışlıqdan sonra gördüm ki, o yalnız mənə

deyil, hətta bir dəfə gördüyü araşdırıcılara da istədiyi məqaləni

yazdıra bilir. Kıbrısda, Doğu Akdəniz Universitetinin keçirdiyi

simpoziumda polşalı araşdırıcı Qrazina Zayacla tanış olmuşdum.

Səmimi söhbətlərimiz olurdu. Azərbaycanla bağlı bəzi

sənədləri tapmaqda mənə kömək etməsini xahiş etmişdim. O

isə Türkiyənin çağdaş ədəbiyyatının araşdırıcısı olduğunu söyləməklə

xahişimə çox incə “yox” cavabı vermişdi.

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!