19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

müxtəlif bəhanələrlə sıxışdırılır, çox vaxt aylarla qonorar

üzünə həsrət qoyulurdu.

Hərdən şöbə müdirinin, müavinlərin, redaktorun, senzorun

gözündən yayındırıb bir sözü və ya sətiraltı mənası başqa anlam

verən bir fikri qəzet səhifəsində verməklə təskinlik tapırdım.

İş yoldaşlarım iclas hesabatlarını redaktə edərək qəzetdə çap

etdirir və ona həvəslə imza qoyurdular. Burada məqsəd yalnız

asan qonorar əldə etmək deyildi. Həm də istəyirdilər ki, rəhbər

işçilər onların imzalarını, partiya, sovet işindən yazdıqlarını görsünlər,

onları tanısınlar və rəhbər vəzifələrə irəli çəksinlər. Mənsə

çalışırdım belə yazılara imza qoymayım. İclaslardan yazdığım,

qəzet səhifəsini və ya səhifənin yarıdan çoxunu dolduran

məqalələrimin altından imzamı silib kiçik xəbərlərə imzamı

qoymağım bəzi iş yoldaşlarıma anlaşılmaz görünürdü. O yazılara

həvəslə imzamı qoyurdum ki, onları sifarişlə yazmırdım.

Sifarişlə, tapşırıqla yazmaq məni həmişə sıxırdı. Buna görə yazdıqlarım

da çox vaxt bəyənilmir, üzərində çoxlu düzəlişlər edilirdi.

Bir sözlə, rəhbərlik məndən, mən də ondan incik qalırdım.

Qəribəsi bu idi ki, sovet dövründə yazdığım bəzi məqalələrin

çapına əngəl olanlar 1990-cı ildən sonra həmin mövzularda

dövri mətbuatda böyük məqalələrlə çıxış edirdilər. Bu onu

göstərirdi ki, onların biliyi, savadı vardı. Sadəcə, onlar həmişə

zəmanənin tələbinə uyğun hərəkət edirdilər. Dünən “bu mövzuda

yazmaq olmaz!” hökmünü verirdilərsə, bu gün vəziyyət

dəyişən kimi həmin mövzuda həvəslə yazırdılar.

Milli azadlıq hərəkatı məni də çoxları kimi sifarişlə, tapşırıqla

yazmaq bəlasından xilas etdi. Bundan sonra daha məni məcbur

edən olmadı. İstədiyimi yazdım, ürəyimdən olmayanı

yazmadım. Çap ediləni də oldu, edilməyəni də. Buna baxmayaraq

içimdə bir rahatlıq yarandı. Daha heç kim məni istəmədiyim

mövzuda, istəmədiyim məqaləni yazmağa məcbur etmirdi.

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

16

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!