19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

proqramı efirə çıxmışdır. Bu proqram N.Baboğlunun rəhbərliyi

ilə hazırlanırdı. Todur Zanet də bu proqramın hazırlanmasında

yaxından iştirak edir. Onun millətini oyatmaq, vətənini dirçəltmək

üçün apardığı mübarizə televiziyaya baxan qaqauzların

ürəyindən idi. Odur ki, qaqauz xalqının həyatında xüsusi yeri

olan “Ana sözü” qəzeti 1988-ci ildə nəşrə başlayanda qaqauzlar

arasında yaşlı və təcrübəli, ədiblər, qəzet işçiləri olsa da,

onlar bu işin altına girməmiş, gənc Tudor Zaneti redaktor olmağa

razı salmışlar.

Todur Zanetin cəsarəti, təşkilatçılıq bacarığı sayəsində “Ana

sözü” qəzeti böyük nüfuz qazanmış, partiya funksionerləri, hökumət

məmurları, respublikanın xüsusi xidmət orqanlarının

əməkdaşları bu çılğın gənci ram edə bilməmişlər. Onun özü də,

redaktoru olduğu qəzet də demokratiyanın, milli azadlıq hərəkatının

öncüllərindən olmuşdur.

O, 1993-cü ildə daha bir cəsarətli addım ataraq, qəzeti latın

əlifbası ilə çap etməyə başladı. Zaman da T. Zanetin nə qədər

doğru olduğunu göstərdi.

Azərbaycan, Türkiyə və başqa türk respublikaları ilə sıx əlaqə

qurmağa çalışan, oralara tez-tez səfər edən, milli ruhlu

ziyalılarla, ictimai-siyasi xadimlərlə görüşən T.Zanet “Ana

sözü”nü ümumtürk qəzeti etməyə çalışırdı.

Onun ilk şeirlər kitabı 1989-cu ildə işıq üzü görmüşdür. Elə

həmin il çap olunan “İlkyaz türküsü” almanaxı da şairin şeirlərinə

geniş yer ayırmışdır. Şeirlərində sosial məsələlər, dünya

problemləri, insanların arasında sevgi və dostluq ön plana çəkilir

və bütün bunlar qaqauz xalqının timsalında verilir. Onun milli

duyğularla yüklənmiş misraları qaqauz xalqının müstəqillik

mübarizəsinə öncüllük etmiş və bu işə işıq salmışdır. T.Zanet

“Zamanayersin, evim!”(1989, 1990), “Karımcalık” (1989), “Böcecik”

(1991), “Akardı Batıya Güneş” (1993), “Gıcırdeer ka-

158

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!