19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

etmək uğrunda mübarizəsinə sözü və səsi ilə qatılan D.Tanasoğlu

“Qaqauzstan” adlı iki şeirin də yazarıdır.

Onun “Uzun karvan” romanı qaqauz ədəbiyyatında hadisə

kimi qarşılanmışdır. Q.Q.Markesin “Yüz il tənhalıqda” romanından

sonra Çingiz Aytmatovun “Ağ gəmi”, “Dəniz kənarıyla

qaçan Alabaş”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, Azərbaycanda

Mövlud Süleymanlının “Köç”, Yusif Səmədoğlunun

“Qətl günü” və b. romanları meydana çıxmışdır. “Uzun karvan”

romanında da həmin əsərlərdə olduğu kimi, xalqın keçmişdən

bu günə gəldiyi yol miflərin dili ilə oxucuya çatdırılmışdır.

“Uzun karvan” romanı bir uşağın qocadan öz xalqının tarixi,

dədə-babalarının keçib gəldikləri yol barədə soruşması ilə

başlayır və sual-cavab şəklində davam etdirilir. Yazar bəzən

roman üslubundan uzaqlaşaraq tarixi faktları bir araşdırıcı kimi

versə də, oxucusunu yormur. Əksinə, oxucuya türk xalqlarının

tarixi, oğuzların keçdiyi yol, tarixin müxtəlif dönəmlərində

oğuzların bir qolu olan qaqauzların oynadıqları rol haqqında

maraqlı bilgiləri bədii şəkildə təqdim edir.

SSRİ Yazarlar İttifaqının üzvü olan Tanasoğlu kiril əlifbası

əsasında yaradılmış yeni qaqauz əlifbası ilə çap olunan ilk

kitabın-“Bucaktan sesler” toplusunun tərtibçisidir.

Nikolay İqnat oglu Baboğlu (02.05.1928, indiki Moldova

Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kəndi

- 2008). Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və

folklor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da

əsərlərini qəzet, jurnal və dərsliklərdə çap etdirmişdir. “Bucaktan

sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məzmunludur.

Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstərmişdir.

O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa

bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında

duyğularını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır.

129

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!