19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

(1933-1986), Qavril Qaydarcı (1937-1998), Stepan Kuroğlu

(1940-2011) və b. daxil edilir.

Dionis (Dəniz) Nikolay oğlu Tanasoğlu (07.07.1922, indiki

Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet

kəndi - 23.8.2006, Kişinyovda ölmüş və oradakı Aydınlar məzarlığında

dəfn edilmişdir). Qaqauz şairi və yazıçısı Nikolay Tanasoğlunun

oğludur. İlk yaradıcılığa şeirlə başlasa da, sonralar onun

adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, bilgin,

ictimai-siyasi xadim sözləri yazılmışdır. Zaman və xalqının düşdüyü

vəziyyət onu bu işləri görməyə məcbur etmişdir.

Qaqauz mədəniyyətinin elə sahəsi olmamışdır ki, D.Tanasoğlu

oraya baş vurmasın. Bunun bir səbəbi onun maraq dairəsinin

genişliyi olmuşdursa, başqa bir səbəbi də kadr çatışmazlığı

idi. Ardıcıl olaraq elmi-pedaqoji sahədə çalışan, milli

kadrların yetişməsində böyük əməyi olan şair Azərbaycanla da

sıx bağlı olmuşdur. Buraya bir türkoloji mərkəz kimi baxmış

və qaqauz bilim və sənət adamlarını Azərbaycanla sıx bağlılığa

yönəltmişdir (Şamil Ə., 2006, 4:177).

1957-ci ildə Z.A.Pokrovskaya ilə birlikdə kiril əlifbası əsasında

qaqauz əlifbasını yaratmışdır. İlk qaqauz romanını yazan,

qaqauzların ilk peşəkar rejissoru və dramçısı Dionis Tanasoğlu

olmuşdur.

Kişinyov Pedaqoji İnstitutunun tarix-ədəbiyyat, Leninqrad

Teatr İnstitutunun aktyorluq fakültəsini bitirən Dionis Tanasoğlu

Bakıda filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

“Çal türküm” (Səslən, nəğməm) və “Adamın işləri”

(1969), “Xoşluk”(Səadət) (1970), “Gənclik türküləri” (1975)

kitablarını nəşr etdirən şair yeni qaqauz ədəbiyyatının inkişafına

güclü təsir göstərmişdir. “Ana dilim” adlı şeirində dilini

şirin bala, salxım çiçəyinin qoxusuna, gözəl səsə bənzədir və

onun qorunmasının vacibliyini belə təsvir edir:

127

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!