19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Köpek ona pek salarak,

Sustu, çüüdü büük sevinmäklän.

Bu köpek salmasından

Manol amca uyanmıştı

Pençerä urmasından

Birdän-bira kär şaşırmıştı.

Kənddə gecənin səssizliyini pozan qonağın gizli gəlişi ilə

başlanan mövzu getdikcə ciddiləşir. Bir kəndin deyil, bir millətin

taleyində baş verən faciələr təsvir edilir. Sonra da bu

ümumiləşdirilərək müstəmləkə altına düşən bütün xalqın taleyi

kimi təqdim edilir. Nikolay Arabacının əsərləri bütövlükdə çap

olunmamışdır. Buna görə də onun bədii yaradıcılığı haqqında

elə dolğun bilgi vermək olmur. Qaqauz araşdırıcıların belə

Nikolay Arabacının arxivi, arxivdə nələrin olduğuna dair geniş

bilgiləri yoxdur.

Nikolay Qeorq oğlu Tanasoğlu (01.02.1895, indiki Moldova

Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet

kəndi – 22.02.1970, Kişinev). Qaqauz yazılı bədii ədəbiyyatının

əsasını qoyan bu iki şəxsiyyətin ömür yollarında bir oxşarlıq

vardır. Hər ikisi eyni kənddə doğulmuş, Çadır qəsəbəsindəki

eyni məktəbdə oxumuşdur. İlk yaradıcılığa şeirlə başlamışdır.

N.Tanasoğlu uzun illər kəndlərdə öyrətmən, məktəb direktoru

işləmiş, qaqauzlar üçün əlifba yaradılmasında, dərslik yazılmasında

fəal iştirak etmişdir. Yeni yaradılmalı olan

dərsliklərə oxu mətnləri salınması üçün Lev Tolstoyun “İlk

gənclik”, Nikolay Qoqolun “Taras Bulba”, Mixail Lermontovun

“Borodino” əsərlərindən parçalar tərcümə etmişdir. Onun

şeirləri folklor nümunələri ilə o qədər qaynayıb qarışmışdır ki,

çox vaxt hansı şeirin N.Tanasoğluna, hansı şeirin xalq

yaradıcılığına məxsus olduğunu seçmək çətinlik törədir.

124

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!