19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

dılar bir otağı isitsinlər, orada oturub eşitdiklərindən, bildiklərindən

danışsınlar. Söhbətlərinin əsas mövzusu da kəndin,

kənddə yaşayan nəsillərin tarixi olardı. Bir də dağlar qaçaqlar

oylağı olduğundan onların qoçaqlığından danışardılar. Qonumqonşuda

kim nağılı şirin danışsa, hamı onun başına toplaşardı.

Beş-altı qonşu bir otağa yığılar, nağıl danışanı da çağırardılar.

O nağıl danışar, toplananlar da maraqla qulaq asardılar. Elə

buna görə də nağıl danışan kəndin hörmətli adamı sayılardı.

Hərdən ya kəndimizdən olan, ya da kənardan gələn aşıqlar

gecələr məclis aparar, dastan söyləyərdilər.

Görünür, xəyalpərvər böyüməyimdə Göyçənin aşıq mühitinin,

kənd ağsaqqal və ağbirçəklərinin qaçaqlar haqqında söylədikləri

rəvayətlərin, uzun qış gecələri kürsü başında eşitdiyim

nağıl və dastanların, tapmacaların da rolu az olmayıb.

Yeniyetməlik çağlarımda doğulduğum kəndin və gəzdiyim

yerlərin timsalında cəmiyyətdəki ziddiyyətləri gördükdə, peşə

marağımda bir dəyişiklik baş verdi. Kənddə kolxoz sədrinin

sözünün qanunlardan üstün olduğu hər addımda duyulurdu.

Kolxozun malı hamınınkı sayılsa da, onu kolxoz sədri istədiyi

kimi idarə edir, “ümumxalq malını” istədiyi kimi talayırdı. Etiraz

edənlər isə milisin vasitəsilə cəzalandırılırdı. Raykom katibi

də, milis də, Mərkəzi Komitədən gələnlər də haqlını qoyub

haqsızı müdafiə edir, kolxoz sədrinin tərəfini saxlayırdılar.

Milli ayrı-seçkilik də baş alıb gedirdi. Rəsmi təbliğat bizə

azərbaycanlı olduğumuzu öyrədirdisə, rayon mərkəzinə çıxan

kimi ermənilərin vəzifəlisi də, vəzifəsizi də, rəsmi toplantılarda

da, küçədə-bacada da bizə “türk” deyirdilər. Yaşadığımız Göyçə

mahalını bir neçə rayona bölüb hərəsinə də ermənicə bir ad

vermişdilər. Ermənistanın hər yerində yazı-pozu işləri ermənicə

olduğu halda, Azərbaycana gələndə başqa mənzərə görürdük.

Azərbaycanda rus dili hakim idi. Hamı rusca danışmağa,

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

12

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!