19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Türkiyədə qaqauz məsələsinin gündəmdə saxlamağa çalışmışlar.

Bu gənclərdən biri – qaqauz Doğan Dan “Akınçılar köyü” romanını

o dövrün ən çox oxunan jurnallarından “Varlığ”ın 1938ci

il noyabr – 1939-cu il yanvar aylarında çap etdirmişdi. Təəssüf

ki, qaqauzların etnoqrafiyasına və folkloruna dair zəngin

məlumatı yaşadan bu roman və onun yazarı uzun illər diqqətdən

kənarda qalmışdır (Argunşah Hülya, 2001:142).

Türkiyəyə oxumağa gedən gənclərdən söz açan S.Bulgar

yazır ki, Həmdullah Süphi Tanrıöverin yardımı ilə Bucak

bölgəsindən də 20-yə yaxın öyrənci göndərilmiş və onların

hamısı Türkiyədə qalmış, vətəndaşlığı qəbul etmiş, əsgəri xidmətdə

olmuşlar. Amma heç vaxt qaqauzları unutmamışlar. Qaqauzların

folklorunu, ədəbiyyatını, adət-ənənələrini öyrənərək

Türkiyədə təbliğ etmişlər. Belə aydınlardan birisi Veysel

Arsevendir (Vasiliy Öküzcü). Bu şəxs Türkiyədə bacarıqlı pedaqoq,

musiqişünas, elm adamı kimi tanınmışdır. Qaqauzların

folkloru, nəğmələrinin musiqi düzümü və s. haqqında yazdığı

elmi, publisistik məqalələrini Türkiyə mətbuatında çap etdirmişdi

(Bulgar S., 2004).

Qaqauzlar milli azadlıq mübarizəsini açıq və gizli şəkildə

davam etdirsələr də, istəklərinə yalnız SSRİ dağıldıqdan sonra

çatmışlar. Onlar 1989-cu il fevralın 11-də Moldova Kommunist

Partiyası Mərkəzi Komitəsinin binası qarşısında mitinq

keçirərək, Qaqauz Muxtar Sovet Sosialist Respublikasının yaradılmasını

tələb etmişlər. Lakin onların bu tələbinə əhəmiyyət

verilməmişdi. 1989-cu il mayın 21-də Komratda toplanan

Birinci Qaqauz Xalq Qurultayı Qaqauz Muxtar Respublikasını

qurmağı qərara alır. Həmin il noyabrın 12-də onlar bu işi

gerçəkləşdirərək Qaqauz Muxtar Sovet Sosialist Respublikasını

elan edir və hökumət yaradırlar.

113

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!