19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

yəni xristian-pravoslav mənasında işlənilir”(Məmmədov Aydın,

2007:7, 30 Oktyabr).

Tarixçi Sevda Süleymanovanın “Albaniyanın şimal-qərb sərhəd

bölgəsi liniya-ereti” məqaləsi də (Süleymanova S.Ə.,

2007:56-74) mövzuya aydınlıq gətirə biləcək faktlarla zəngindir.

Nəinki orta yüzillərdə, hətta 19-cu yüzildə, 20-ci yüzilin əvvəllərində

milliyyətlə dini inancın eyni mənada işləndiyini

müşahidə edirik. Çox vaxt isə dini inancın milliyyəti üstələdiyinin

şahidi oluruq. Adamlar mənsub olduqları millətin adı

ilə deyil, dininə görə adlandırılırdılar.

Bölgədə folklor toplayarkən Baş Daşağıllı 79 yaşlı Mehralı

Səmədov Göybulaxlı Aşıq Donu, Çalıflı Aşıq Əvək və başqalarından

da söz açdı. Erməni kimi tanıdıqları bu aşıqların

əsasən türkcə oxuduqlarını söylədi. Araşdırıcılar isə 300-dən

çox erməni aşığının türkcə çalıb-oxuduğunu, şeir yazdığını

göstərirlər. Çox təəssüf ki, bu günədək onlardan hansının hayyəni

bu gün erməni adlandırılan xalqdan olduğuna, hansının

xristian türkü olduğuna aydınlıq gətirilməmişdir. Son zamanlar

bu mövzuda yazan araşdırıcıların fikrincə, qriqorian təriqətinə

inanan bütün xalqlar erməni adlandırılmış, bugünki erməni adlandırılan

xalqın soykökünü təşkil edənlər hay adlandırılmışlar.

Xristian türklər haqqında ciddi araşdırmalara rast gəlinmir.

Buna görə də xristianlığın qriqorian təriqətinə inanan türklər

ermənilərlə, pravoslav təriqətinə inanan türklərin böyük bir

qismi isə yunanlarla (qrek) və gürcülərlə eyniləşdirilmişdir.

Pravoslav inanclı qaqauzların, çuvaşların, bəzi tatar toplumlarının

türk kökənli olmaları, dillərini, mədəniyyətlərini qoruyub

saxlamaları göz önündədir. Demək, xristianlığın başqa təriqətlərinə

inanan türklərin də tarixinin öyrənilməsinə yenidən nəzər

salmaq lazımdır. Onda görəcəyik ki, türkcə çalıb-oxuyan

erməni aşıqları siyahısına saldığımız aşıqların bir çoxu qriqo-

109

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!