19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

əksəriyyəti 1988-1996-cı illərdə Bakı Dövlət Universitetini bitirmişdir.

Bir sözlə, Azərbaycanda türk xalqları haqqında yazılanları

qarşılaşdırsaq sayca az olan qaqauzlara daha çox yer ayrıldığını

görərik.

1.4. Bucaq kəndləri və bucaq tayfası

İlk baxışda elə təsir yaranır ki, Azərbaycanda qaqauzlar

haqqında xeyli araşdırma aparılmış və qaqauzların tanıdılması

da yetərincədir. Amma bir az dərinliklərə getdikdə öyrənilməmiş,

qaranlıq qalmış çox mövzuların olduğunu görürük.

Dayım qızı Ülviyyə Qarayeva qonşu kənddə-Böyük Məzrədə

yaşayan qohumumuz İsgəndər İbrahim oğlu ilə ailə

qurduqdan sonra ərinin təyinat yeri – Şəki rayonunun Turan

qəsəbəsinə köçmüşdü. İsgəndər Gəncədə Kənd Təsərrüfatı İnstitutunun

baytarlıq fakültəsini bitirmişdi. Mən də Turan qəsəbəsinə

gedəndə adamların əhval-ruhiyyəsini öyrənmək üçün

onunla çayxanaya gedər, söhbətlərə qulaq asar, müzakirələrə

qoşular, folklor örnəkləri toplayardım. Çayxanada bəzən kimlərəsə

“qaqauz”, “türkman” deyə zarafat etdiklərini eşitsəm də,

buna o qədər əhəmiyyət verməmişdim.

Qəbələ rayonundakı Komrat baba piri haqqında oxuyanda

yadıma qaqauzların yığcam yaşadıqları Moldova Respublikasındakı

Komrat şəhəri düşdü. Bizimlə eyni illərdə jurnalistika

fakültəsində qiyabi oxuyan, Qəbələnin Çarxana kəndində doğulmuş

Akif Hacıyev rayonlarındakı Zizik və Dizax kəndlərində

yaşayanlara “türkman” deyildiyini, “türkmanlar” evlənərkən

öz tayfalarından qız aldıqlarını, hətta münasıb qız tapmayanda

qonşu kəndlərdən deyil, Bərdədəki “türkmanlar”dan

qız aldıqlarını eşitdikdə bölgəyə marağım artdı. Turan qəsəbəsində

eşitdiklərim yenidən diqqətimi çəkdi.

105

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!