25.01.2019 Views

Dədə Qorqud dastanı

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

DƏDƏ QORQUD

d a s t a n ı

2-ci nəşr

Bu kitab Fərhad Zeynalovun və Samət

Əlizadənin sadələşdirdiyi variant əsasında

hazırlanmışdır. Yenidən sadələşdirilmiş bu

variantda çətin anlaşılan sözlər çıxarılmış,

ixtisarlar aparılmışdır.

Redaktor:

F.ü.f.d., dos. Şəmil Sadiq

Naşir:

Müşfiq XAN

Korrektor:

Xanım Anela

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Gülnar Hacıyeva

© Dədə Qorqud dastanı

© "XAN" nəşriyyatı. Bakı–2018. 120 səh.

Kitabda “Kitabi-Dədə Qorqud” dastanında olan 12 boyun uşaqlar

üçün işlənmiş versiyaları toplanıb. Əsasən 7-16 yaşlı uşaqlar üçün

nəzərdə tutulan bu kitabda xalqımızın ən qədim yazılı abidələrindən

olan “Kitabi-Dədə Qorqud”dakı bir sıra anlaşılmayan söz və söz

birləşmələri anlaşıqlı sözlərlə əvəzlənmiş, hadisələr qeyd olunan

uşaqların anlayış səviyyəsinə görə işlənmişdir.

Bu kitab Hədəf Nəşrlərinin “İNCİ” uşaq ədəbiyyat silsiləsinə

aiddir.

Hədəf Nəşrləri MMC-nin rəsmi razılığı olmadan kitabın və ya

onun hər hansı bir hissəsinin təkrar nəşri, elektron və mexaniki

üsulla çoxaldılması qəti qadağandır.

ISBN: 9039392095289

© Hədəf Nəşrləri / 2018

Redaktordan bir neçə söz

Qədim tarixə, mədəniyyətə malik olan Azərbaycan

xalqının şifahi ədəbiyyatı çox zəngindir. İstər nağılları,

istər dastanları, istər rəvayət və əfasənələri dünyanın keçmişindən

xəbər verməklə yanaşı, fantastik obrazlarla gələcəyindən

də xəbər verir. Bu bizə imkan verir ki, böyməkdə

olan uşaqlarımız bu amillərdən yararlanıb dünyanın gələcəyi

ilə bağlı layihələr, ideyalar təklif etsin. Türklərin gücünü

dünyaya intellektləri ilə bəyan etsinlər.

Həyat, dünya, ideyalar, arzular heç vaxt yenilənmir,

sadəcə olaraq formasını dəyişib, bir formadan digər formaya

düşür. Avropa bunu çoxdan dərk etdiyi üçün qədim

mədəniyyətin üzərində işləyərək, cilalayaraq yeni, modern

formada üzə çıxarır və dünyaya mədəni hökmranlıq edir.

Və beləliklə situasiyalar yaradıb onu idarə edirlər. Necə ki

16-19-cu əsr Avropa yazıçıları Avestanı, Nizami Gəncəvinin

“Xəmsəsini” öyrənərək yeni ədəbi nümunələr ortaya

qoydular. Bunun sübutu şərqin ən dəyərli abidələrəninin

hələ də Avropa arxivlərində saxlanılmasıdır.

Milli irsimizi tanıyıb və tanıtdırmaq məqsədi ilə Hədəf

Nəşrləri böyük alimlərimiz Samət Əlizadənin və Fərhad

Zeynalovun hazırladığı “Kitabi-Dədə Qorqud” dastanlarının

sadələşdirilmiş variantı üzərində yeni layihə hazırlayaraq

əziz balalarımıza təqdim edirik.

Dastanın boyları bir daha sadələşdirilərək ixtisar edilib

uşaq dilinə salınmışdır. İnanırıq ki, balalarımız Oğuz

qəhrəmanlarının xarakterini, igidliyini, mənəviyyatını mə-

3

nimsəyərək tarixi kökünə sevgi ilə böyüyəcək.

Bizim başlatdığımız bu ideya inşaallah ki, mültimedia

şirkətlərinə, teleradio şirkətlərinə də təsir edəcək, nağıllarımız

və dastanlarımız əsasında cizgi filmləri, bədii filmlər

çəkiləcək. Və yad ideologiya ilə böyümək problemindən

qurtulacağıq.

4

Müqəddimə

Məhəmməd peyğəmbərin (s.a.v) zamanında yaxın

Bayat boyunda Qorqud ata deyilən bir kişi vardı. O kişi

oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən

qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə ilham

verirdi...

Bir gün Qorqud ata dedi: Bir gün gələcək dünyada hökmranlıq

türklərin əlinə keçəcək. Və bu hökmranlığı heç kim

onların əlindən ala bilməyəcək. Qiyamət günü qopunca,

necə var, elə də ömür sürüb gedəcək.

Qorqud ata həm də oğuz xalqının çətin işlərini həll

edərdi. Nə olsa, Qorqud ataya danışmayınca iş görməzdilər.

O, nə buyursa, qəbul edirdilər, sözün tutub gedirdilər...

Dədə Qorqud xalqı düzgün əməllərlə yaşamaq üçün

tez-tez məsləhətlər veridi ki, bir vaxtdan sonra bu fikirlər

atalar sözlərinə çevrilmişdir.

Allah-allah deməyincə işlər düzəlməz.

Qadir tanrı verməyincə kişi varlanmaz.

Əzəldən yazılmasa, qul başına qəza gəlməz.

Əcəl vaxtı çatmayınca kimsə ölməz.

Ölən adam dirilməz, çıxan can geri gəlməz.

Bir igidin Qara dağ yumrusunca malı olsa,

yığar toplayar, qismətindən artığını

yeyə bilməz.

Qovuşaraq sular daşsa, dəniz dolmaz.

Təkəbbürlük eyləyəni tanrı sevməz.

Könlünü uca tutan adamda ağıl olmaz.

Qara eşşək başına yüyən vursan, qatır olmaz.

Qaravaşa don geydirsən də, qadın olmaz.

Lopa-lopa qarlar yağsa, yaza qalmaz.

Gül-çiçəkli göycə çəmən payıza qalmaz.

Köhnə pambıq bez olmaz.

5

Qarı düşmən dost olmaz.

Qaracığa qıymayınca yol alınmaz.

Böyük, iti, polad qılıncı çalmayınca döyüş bitməz.

Kişi malına qıymayınca adı çıxmaz.

Qız anadan görməyincə öyüd almaz.

Oğul atadan görməyincə süfrə çəkməz.

Oğul atanın yetirməsi, iki gözünün biridir.

Ağıllı oğul olsa, ocağının gözüdür.

Oğul daha neyləsin, ata ölüb mal qalmasa.

Ata malından nə fayda, başda ağıl olmasa...

Ağılsız adamın şərindən allah saxlasın, xanım,

sizi!

Qorqud ata xanımları dörd qismə ayırıraq Xanlara

belə məsləhət verərmiş: birisi soy soldurandır; birisi toy

doldurandır; birisi evin dayağıdır; birisi necə desən, bayağıdır”.

Evin dayağı odur ki, çöldən-bayırdan evə bir qonaq

gəlsə, əri evdə olmasa, o gələn adamı yedirir-içirir, əzizləyib-oxşayır,

yola salır. Onun uşaqları sağ olsun. Ocağına

bu cür arvad gəlsin...

Gəldin, o ki, soy soldurandır, oğrunca yerindən qalxar,

əl-üzünü yumadan doqquz bozlamacla bir bardaq qatığı

gəvələyər, tıxıb-basıb doyunca yeyər, əlini böyrünə vurar,

deyər: “Bu evi görüm xaraba qalsın! Ərə gedəndən bəri

qarnım da doymadı, üzüm də gülmədi. Ayağım başmaq,

üzüm yaşmaq görmədi”. Deyər: “Ah, nə olaydı, birinə də

gedəydim. Umduğumdan da yaxşı-uyfun olaydı”. Onun

kimisinin, xanım, uşaqları böyüməsin! Ocağına bu cür arvad

gəlməsin.

Gəldin, o ki toy doldurandır, tərpənincə yerindən

qalxdı, əl-üzünü yumadan obanın o ucunu bu ucuna çarpışdırdı.

Söz-şaiyə yaydı, qapılara qulaq qoydu. Öynəyədək

gəzdi. Öynədən sonra evinə gəldi. Gördü ki, oğru

köpəklə yekə dana evini qatıb-qatışdırmışdır; evi toyuq

6

komasına, inək damına dönmüşdür. Qonşularını çağırar

ki: “Yetər! Zəlihə! Zibeydə! Urudə-can, qız-can! Paşa!

Ayna Mələk! Qutlu Mələk! Ölməyə-itməyə getməmişdim.

Yatacaq yerim yenə bu xaraba olasıydı. Nə olardı, mənim

evimə azacıq baxaydınız? “Qonşu haqqı – tanrı haqqıdır”

– deyib-söylər. Bunun kiminin, xanım, uşaqları böyüməsin!

Ocağına bunun kimi arvad gəlməsin.

Gəldin, o ki necə desən, bayağıdır. Əri evdə olanda,

çöldən-bayırdan evinə bir abırlı qonaq gəlsə, əri desə ki,

dur çörək gətir, yeyək; qonaq da yesin. Desə, bişmiş çörək

daimi deyil, yemək lazımdır. Arvad deyər: “ Neyləyim,

bu yıxılacaq evdə un yox, ələk yox. Dəvə də dəyirmandan

gəlmədi... Nə gəlirsə mənim sağrıma gəlsin”, – deyə əlini

yanına vurar, üzünü o tərəfə, sağrısını ərinə döndərər.

Min söylərsən, birisini eşitməz, – ərin sözünü qulağına

almaz. O, Nuh peyğəmbərin eşşəyi nəslindəndir. Xanım,

ondan da sizi allah saxlasın! Ocağınıza belə arvad gəlməsin!

7

ı Boy

DİRSƏ XAN OĞLU

BUĞAC XAN BOYU

Xanlar xanı Bayandır xan ildə bir dəfə şadlıq edib,

Oğuz bəylərini qonaq edirdi. Yenə şadlıq məclisi qurub,

atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirmişdi.

Xan, bəylər üçün üç çadır düzəltdirmişdi: Biri ağ, biri qırmızı,

biri də qara. Keşikçilərə də tapşırmışdı ki, oğlu olanı

ağ, qızı olanı qırmızı, övladı olmayanı isə qara çadıra yerləşdirin.

Dirsə xan adlı bir bəyin isə nə oğlu, nə də qızı var idi.

Onun üçün də onu qara çadıra aparanda etiraz edir. Ona

deyirlər ki, xanın əmri belədir. Bundan çox pərt olan Dirsə

xan igidlərini də götürüb birbaşa evə gəlir. Hadisəni arvadına

danışır.

Arvadı deyir ki, xan, gəl böyük bir çadır qurdurub kasıb-kusubu

bura yığaraq onlara ehsan verək, borcluların

borcunu ödəyək, yetimlərin könlünü alaq. Bəlkə, bu, Allahın

xoşuna gələ, bizə bir övlad verə.

Dirsə xan arvadının sözü ilə böyük məclis qurdurdu,

Allahdan istəyini dilədi. Atdan ayğır, dəvədən buğra,

qoyundan qoç qırdırdı. İç oğuz, Dış Oğuz bəylərini ora

topladı. Ac gördüsə, doydurdu. Yalın gordüsə, geyindirdi.

Borclunu borcundan qurtardı. Təpə kimi ət yığdı. Göl

kimi qımız sağdırdı. Əl götürüb arzularını dilədilər. Allah

bir ağzı dualının alqışı ilə övlad verdi. Arvadı hamilə oldu.

Bir neçə müddətdən sonra bir oğlan doğdu. Oğlancığı

8

dayələrə verdi, saxlatdı... Oğlan böyüyüb boya-başa çatdı.

Deyilənə görə, Bayandır xanın bir buğası və bir də

buğrası vardı. O buğa bərk daşa buynuz vursa, un kimi

üyüdərdi. Bir yazda, bir də payızda buğa ilə buğranı savaşdırırdılar.

Bayandır xan Qalın Oğuz bəyləri ilə tamaşaya

baxır, əylənirdi.

Bir dəfə, sultanım, yenə yazda buğanı saraydan çıxardılar.

Dəmir zəncirli buğanı üç kişi sağdan, üç kişi də sol

yandan tutmuşdu. Onlar girib meydanın ortasında buğanı

qoyub getdilər. Bu vaxt Dirsə xanın oğlu üç uşaqla

meydanda “aşıq-aşıq” oynayırdı. Buğanı qoyub gedəndə

oğlanlara “qaç” dedilər. Bu vaxt Dirsə xanın oğlu hündür

meydanın ortasında durdu, baxdı. Buğa da hücüm edib

ona sarı gəldi. İstədi ki, oğlanı həlak etsin. Oğlan buğanın

alnına çəpəki bir zərbə vurdu. Buğa dalı-dalı getdi, geri

qayıdıb oğlana hücüm etdi. Oğlan yenə buğanın alnına

möhkəm bir yumruq vurdu; bu dəfə buğanın alnına yumruğunu

dayadı, itələyib meydanın başına çıxartdı.

Oğlanla buğa xeyli çəkişdilər. Oğlan fikirləşib öz-özünə

dedi: “Bir dama dirək vururlar, o dama dirək olur.

Mən niyə bunun alnına dayaq olub dururam?” Yumruğunu

buğanın alnından çəkib, yolundan atıldı. Buğa ayaq

üstündə dura bilmədi, yıxıldı; təpəsi üstə düşdü. Oğlan

bıçağına əl atdı. Buğanın başını kəsdi.

Oğuz bəyləri gəlib, oğlanın başına toplaşdılar, əhsən

dedilər. “Dədə Qorqud gəlsin, bu oğlana ad qoysun; özüylə

götürüb, atasının yanına getsin. Atasından oğlana bəylik

istəsin, taxt alıb versin”, – dedilər.

Dədə Qorqud isə oğlanı belə alqışladı:

Bu oğlan Bayandır xanın uca meydanında vuruşmuşdur.

Sənin oğlun bir buğa öldürmüşdür, qoy adı “Buğac”

olsun. Adını mən verdim, yaşını Allah versin, – dedi.

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!