11.07.2015 Views

Hu Mevlam hu... [Mətn] - Azərbaycan Milli Kitabxanası

Hu Mevlam hu... [Mətn] - Azərbaycan Milli Kitabxanası

Hu Mevlam hu... [Mətn] - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS
• No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Fəridə HacıyevaHu Mevlam hu...“АДИЛОЬЛУ”Бакы - 2010

ÀçÙ 33Redаktor: Nazlı ŞahbazovaBədii redaktor: Murad ƏsədovÐÿññàì: Ñÿíàí ÍàüûÙ 33 Fəridə Hacıyeva. HU MEVLAM HUБакы, «Адилоьлу» няшриййаты, 2010. 288 сящ.Ù4905000000121-2010грифли няшр© Ùàúûéåâà Ô., 20102

Hacıyeva Fəridə Məcid qızı1953-cü ildə anadan olub.1971-cı ildə N.K.Krupskaya adına kitabxanaçılıqtexnikomunu bitirib. 1971-1976-cı illərdə dəAzərbaycan Dövlət İncəsənət Universitetini bitirib,daha sonra 1972-ci ildə M.F.Axundov adına DövlətKitabxanasında kitabxanaçı işləyib. 1983-1992-ciillərdə Mədəniyyət Nazirliyi Aşıqlar Birliyindəmetodist və daha sonra folklor şöbəsinin müdiri.1992-ci ildən M.F.Axundov adına DövlətKitabxanasında bu günə qədər Dövri Mətbuatbölməsinə rəhbərlik edir.1982-ci ildən Azərbaycan televiziya, radio vədövri mətbuatda müntəzəm olaraq şerləri ilə çıxışedib.289

Poeziya almanaxı “Yeni səslər”də şerləri çapolunub, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən“Gül açan xatirələr”, “Ümid çırağı”, “İtirilmiş yurdyeri” pyesləri qəbul olunub.“Azərbaycan poeziya almanaxı-3” də silsiləşerləri, “Məni məndən alan dünya” kitabı, “Dünyamaqovuşacağam” kitabı, “Azərbaycan harayı”antologiyasında vətənpərvər ruhlu şerləri, “Göylərpənahım mənim” kitabı, “Azərbaycan qadın şairləri”kitabında şerləri, “Bağışla vətən, bağışla” kitabı,“Qaytaram Tanrı Sevgisin” kitabı çapdan çıxıb.Görkəmli Rumın şairi Mixay Emineskununşerlərinin tərcüməsində “Ulduzlardan pay istərəm”adlı şer kitabı çap olunmuşdur. RumıniyanınKonstansiya şəhərində “Ulduzlardan pay isətərəm”kitabının təqdimatı keçirilib.1984-cü ildən Aşıqlar Birliyinin üzvü, Aşıq Pəriməclisinin üzvü.1998-ci ildən Azərbaycan Yazıçılar Birliyininüzvü.1999-cu ildən Məhsəti Gəncəvi Məclisinin üzvüvə İdarə heyyətinin üzvü.2000-ci ildən Azərbaycan-Rumıniya MədəniƏlaqələr Birliyinin üzvü və sədr müavini olmuşdur.2004-cü ildə Məhsəti Gəncəvi adına fəxridiplomla təltif olunub.2003-cü ildə “Araz” ali ədəbi media mükafatınınfəxri diplomuna layiq görülüb.2004-cü ildə “Qızıl qələm” fəxri media mükafatıilə təltif olunub.2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyininfəxri diplomu ilə təltif olunub.2010-cu ildə Prezident Təqaüdünə layiq görülüb(2010).290

Türkiyənin Konya şəhərində Mevlana vəMevləvilik simpoziumunun iştirakçısı olub.Türkiyədə dəfələrlə şerləri çap olunub, “QaytaramTanrı sevgisin” adlı kitabı haqqında dərgilər vəqəzetlərdə yazılar çap olunub.291

ƏLVAN SƏTİRLƏRXII əsrdən üzü bu yana Azərbaycanpoeziyasını zənginləşdirən, adları ədəbiyyattariximizdə iftixarla çəkilən neçə-neçə qadınşairlərimiz var. Fəlsəfi və tarixi anlam daşıyantək ikicə misrası ilə poeziyamızın ədəbi salnaməsinədaxil olan münəvvər və zəkalı xanımşairlərimiz olduğu kimi, bu gün imzası neçəneçəkitablarda görünən münəvvərlərimiz ədəbiyyatımızınşeir deyilən şərəfli və ağıryükünü öz zərif çiyinlərində daşıyırlar.1998-ci ildən Azərbaycan Yazıçılar Birliyininüzvü olan, dövrü mətbuatda, televiziyavə radioda müntəzəm olaraq şeirləri ilə oxucuvə dinləyicilərin görüşünə gələn Fəridə Hacıyeva«Gül açan xatirələr», «Ümid çırağı»,«İtirilmiş yurd yeri» kimi bir neçə pyesin,Rumın şairi Muxay Eminoskodan etdiyi tərcümələrdənibarət «Ulduzlardan pay istərəm»kitabının müəllifı olmaqla bərabər «Araz»,«Məhsəti Gəncəvi», «Qızıl qələm» fəxrimükafatlarma da layiq görülmüşdür.Şeirlərin mənəvi saflıq üzərində köklənənFəridə Hacıyevanın imzası 1990-cı illərdənmətbuat səhifələrində görünməyə başlamış,keçən əsrdən başlayaraq onun «Məni məndənalan dünya» (1998), «Dünyama qovuşacağam»(2000), «Göylər pənahım mənim» (2004),«Qaytaram Tanrı sevgisin» (2006) kitablarıçap olunmuşdur.3

«Hu, Mevlam, Hu» Fəridə xanımın oxucularıilə yenidən görüşüdür. 2006-cı ildə TürkiyəninKonya şəhərinin Səlcuq Universitetində«Mevlana və Mevlevilik» simpoziumundaiştirak edən Fəridə xanımm XIII əsr Türkdünyasının böyük mütəsəvvifı, Tanrı aşiqi vəinsan dostu olan Həzrət Mevlanə CəlaləddinRumiyə olan mənəvi borcunu ifadə edən birçox şeirləri onun «Hu, Mevlam, Hu» kitabındatoplanmışdır.«Hu» ərəbcə «O» mənasını ifadə edənAllahın ismidir. Arif sufılər, sufı böyükləri,«Allah» kəlməsini ululuq mərtəbəsində «Hu»şəklində ifadə etmişlər. Sufi dərvişlər zikrəsnasında Allahı «Ya hu» şəklində də zikredərlər. Azərbaycan dilində bu ifadə «YaAllah», «Ey Allah» şəklində söylənilir.Fəridə xanımın poetik süzgəcindən süzülərəkşeirə keçən «Hu» kəlməsi dərin poeitikbir ifadə tərzi, gözəl bir ahəng və intonasiya iləşeirlərində səslənir:Dağ başında zikr edən mən,Neyə dönüb «Hu» deyəcəm.Xoş səs könlümə düşəcək,İlahidi bu ... deyəcəm.Fəridə Hacıyevanın «Hu, Mevlam, hu»kitabında toplanmış Həzrət Mevlanəyə həsretdiyi şeirlərin xüsusi izaha və ayrıca təhliləehtiyacı vardır.«O şərabla sərxoşam ki, onun qədəhininnəqşi eşqdir», «Allah insana şah damarındandaha yaxındır», «Mən o varlığa qulam ki, onun4

qulu, köləsi eşqdir»- deyən Tanrı aşiqi insanlıqdostu olan Həzrət Mevlananın şeirlərindəkitəməl görüş «Tək varlıq, ilahi eşq, insansevgisidir».Bu sevgi, bu mənəvi böyüklük, bu ululuqşairəyə ilham vermiş, onu da varlığına hakimolmuşdur:Hər kəlməsi müşqi-ənbər qoxulu,Hər sözünü şərbət bilib içirəm.Bu nə aləm, bu nə sehir, ay Allah!Eşq körpüsün xoş könüllə keçirəm.Kitaba daxil edilən «Qəlbimə inci düzəcəyəm»,«Hu deyəcəyəm», «Yol açdım»,«Dərgahına gəlmişəm», «Dünyam təzələnir»,«Ney», «Səma rəqsi» kimi onlarla şeir HəzrətMevlananın ilahi eşqindən mayalanmışdır.«Səma rəqsi» adlanan şeir kitabın maraqlaoxunan şeirlərindən biridir.Türk tarixinin, ənənəsinin, inancının birparçası olan səma rəqsi insanların mənəvisəyahətini, kamala doğru gediş-dönüş yolçuluğunu,yəni «meracını», nəfsini tərk edərəkhaqda yox oluşunu və kamil bir insan olaraqtəkrar Allahın quluna dönüşünü ifadə edən 7bölümlü dini bir rəqsdir. Səma rəqsini ifaedərkən qolları açıq olan səmazənin sağ əlidua edərcəsinə göylərə, Haqq gözü ilə baxdığısol əli isə yerə dönük olur. Bunun mənasıinsan haqdan aldığı ehsanı xalqa verməsidir.Bu rəqs sağdan sola qəlbin ətrafında dönərəkbütün insanları və yaradılışı sevgi ilə qucaqlayanibadətdir, bir mənəvi səyahətdir.5

Bu mənəvi səyahəti «Mevlanədən gələnnida» adlandıran şair yazır:Bir əl göydə,Bir əl yerdə.Yerlə göyü birləşdirir.İnsanlığı,ucalığı,Bu dünyadaXoş niyyəti,Qüdrətiylə,VarlığıylaCəmləşdirir.Mevlanə yaradıcılığına aşina olanlar yaxşıbilirlər ki, Cəlaləddin Ruminin onun qeyri-adişəkildə duymaq fəhmi onun istedadının xüsusicəhətlərindən biri olmuşdur. Onun musiqi alətlərindənneyə daha çox meyilli olması əsərlərindəndə görünür. Ney ilahinin insanlaramüstəsna hədiyyəsidir. Mevlanənin yaradıcgılığındakıbu cəhət Fəridə xanımın «Ney» adlışeirində bütün atributları ilə ifadə edilmişdir.Ney...KönlümünNur incisi.Hər dərdiməMəlhəm mənim.Bu səsKədər,Bu səs sevinc.Bu səsEşqin birincisi.6

Şübhəsiz ki, oxucular tərəfindən dərin təhlilinialacaq belə şeirlər Azərbaycan poeziyasınınXXI əsrində Fəridə xanıma məxsusrəng və çalarları ilə işlənmiş, xüsusi ilham vəməhəbbətlə qələmə alınmışdır.Kitabda vətən, sevgi, torpaq, təbiət kimibəşəri və əbədi mövzular, insan təbiətindəkimizan-tərəziyə dönən psixoloji mövzular dadiqqət çəkən mövzulardır. Bu müqəddəs mövzularaFəridə Hacıyeva çox həssaslıqlayanaşaraq, özünü imtahana çəkmiş, yaradıcılıqemalatxanasında tökdüyü alın təri, zəhmət vəistedad hesabına gözəl poetik nümunələrərsəyə gətirmişdir.Dağ başında buludların çələngi,Tamaşadı meşələrin nəhəngi.Bu torpağa kim veribdi bu rəngi,Təbiəin möcüzəsi Qaxdı, Qax.... Ürəyimə payız düşüb,Payızdan qışa gedirəm.Cavanlığım bir yuxuymuş,Qocalıb başa gedirəm.Fəridə Hacıyeva şeirlərinin bəyənilən birtərəfı də gördüyü, bildiyi, rast gəldiyi bir hadisənimövzuya çevirməsidir.Qırmızıda qara gördüm,Çünki qanım qara idi.Qəlbim dərddən açılmışdı,Puçur-puçur yara idi.Fəridə xanımın şeirlərinin biri «Sözümbitib» adlanır. Daxili sarsıntıların poetik məh-7

sulu olan belə nümunələr şairə sözün bitibtükənməsinideməyə haqq vermir. Onun hələneçə-neçə deyilməmiş sözləri olduğuna əminik.Tamamilə yeni bir nəfəslə yazılan «Hu,Mevlam, hu» kitabı isə Fəridə Hacıyevanıngərgin əməyinin və poetik təfəkkürünün məhsulukimi diqqətəlayiqdir.Maarifə Hacıyeva,filologiya elmləri doktoru, professor8

CELALEDDİN RUMİNİN İZİ İLEHz. Mevlananın aşıkları aslında Hakkınaşıklarıdırlar. Onu sevenleri buna sevkeden,onun sevgisini üreklerine yerleştiren yeganevasıta Allah sevgisidir. Allah (c.c.), “beniseveni ben de severim, onu mahlukata dasevdiririm” der.Mevlanayı anlamak için onun kaynaklarınıanlamak lazım. O ilham kaynağını şöyle izahedir: “Hayatta olduğum müddetce ben Kuranınbendesiyim, Hz. Muhammed Muhtarın hakirehiyim.”Hz. Mevlananın doğumunun üzerinden sekizasır geçti. Onun hakkında yüzlerce kitapyazıldı ve hala da yazılmaktadır. Onun eserlerihala büyük ilgi ile okunur. O en çok okunanyazardır. Onu asrımızda yeniden tanımakanlamaya çalışmak şarktan qarba kadar bütüninsanlığın ortak meşgalesidir. Onun izindengiden bu yolun yolcuları kervanına dahilolanlardan biri var Feride Hacıyeva hanım. Obazen hüzünle bazen ümidle. Kimi zamansevincle kimi zaman kederle ama daimainamla yoluna devam edir. O dilinde mevlazikri, kalbinde Mevlana fikri, deyir:Bu yolların yolçusuyam,Qərib durna ovçusuyam,Gözəlliyin yolçusuyam,Ya rəbb, sənə sığınıram.9

Mevlanada “dost istersen Allah yeter”deyir.Mevlana yolu aşkı-hakiki yoludur. Buyolun yolçuları gerçek aşkı bulanlardır. Şemsyıllarca Mevlanayı aramıştı. Altmış yaşındaKonyada Mevlanayı buldu. Mevlana da onu.Bu buluşma her ikisinin de manevihayatlarında büyük inkılab idi. Şems onututuşturdu o da onu aradığı manaya ulaştırdı.Her ikisinin izinden giden hakikat yolcusununyolu sekiz asır sonra Konyada Mevlanadergahına ulaştı. Onunla mana alemindegörüşerek, ruhaniyyetinden bahrelenmiş vehakiki aşkın cezbesiyle ney olmuş dile gelmiş“Hu Mevlam hu” demekte.Feride hanımın şiirlerini okurken insankendini Hz. Mevlananın huzurunda hissedir.Diline ve kalbine eşkolsun Feride hanım!Mehmet RıhtımBakı 200910

MEVLANA ZİRVƏSİBir anlıq təsəvvür edəndə ki, günəş özparlaq şöləsini yer üzünə paylayıb, qızılı tellərinialəmə saçmayacaq, bu zaman gözlərimönündə dəhşətli bir zülmət canlanır. Zülmətinxofundan insanın damarlarında qanı donur.Bir an dünyanın öz çevrəsindən çıxdığınıtəsəvvür edirsən. Bax eləcə 800 il insanların içdünyasını öz parlaq nuruna qərq edən,ürəklərdə xoş duyğular bitirən, kiçikdən böyüyəqədər sevgi adlı möhtəşəm hissin – həyacanınincəliyini, sirli-sehirli cazibəsini çoxsərrast, ustalıqla könüllərə hopduran Əfəndimiz,ağamız Hz. Mevlana dühasının, eşqininnuruna xələl gələrsə, elə o andaca insanın içdünyasında aramsız döyünən qəlbi susar, dayanar.İnsan könlünün gülüstan əlvanlığı solar.İllər, qərinələr, əsrlər ötdükcə Ağamız, SultanımızHz. Mevlananın böyüklüyü, ucalığı yerüzünün ən qiymətli, cilalanmış daş-qaşındanüstün görünür.Artıq 800 ildir ki, bütün Türk dünyası Hz.Mevlana zəkasının işığında qızınır, nurundamənən rahatlıq tapır. Onun bu günkü günəqədər miras qoyduğu lətif sözlər, kamil fikirlər,mərifət, həqiqət, gözə görünməyən varlıqlarən qüdrətli mənanı kəsb edir. Bəli, bu günqəlbimizin ən parlaq günəşi, nuru Hz.Mevlananın müqəddəs adı, möhtəşəm, ölməzvarlığıdır.11

Mənə elə gəlir ki, günəş, ay, ulduzlar öznurunu itirməyən kimi, Mevlana böyüklüyününişığı öz şöləsini itirə bilməz.Hz. Mevlana elə bir varlıq, elə bir parlaqgünəşdir ki, onun yaydığı qızılı tellər min-minkönüllərə sevgi adlı gözəllik bəxş edir. Onunəsərlərinin sehri insanların həyat məktəbinəçevrilir. Hər birini düz yolun yolçusu olmağakömək edir. Mevlana sevərlər “Məsnəvinin”hikmətindən, “Divani Kəbirin” coşqulu mövzusundanbəhrələnərək yüz illərdir ki, mənəntəmizlənə-təmizlənə gedirlər. Hz. Mevlananınhər sətri, hər kəlməsi insanın iç dünyasınınməlhəmidir. Görün Hz. Mevlana nə deyir:“Bir könüldə könül nuru olmadımı, o könülkönül deyildir.Bir bədəndə ruh yoxsa, o bədən torpaqdanibarətdir.”“Könül səndən razısa mən də razıyam.Könül səndən üz çevirmişsə, mən də üz çevirərəm.”“Süleyman Peyğəmbər o elçilərə dedi ki,Ey utanan elçilər, geri dönün,Altun sizin olsun: mənə könül gətirin,könül.“Nə qədər hikmətamiz, nə qədər ibarətamizsözlərdir. Belə bir məqamda mənə elə gəlir ki,Sultanımız Hz. Mevlana ən qüdrətli memaradönüb insan könüllərini gözəlliylə yapır. Vəgöylərin sonsuzluğundan hər birini sevgiyləseyr edir. Bu əsərlərin böyüklüyü, ucalığı ondadırki, Hz. Mevlana Quranın aliliyini tammənasında dərk edib, onun möcüzəli sehrindən12

əhrələnərək, ölməz əsərlərini yaratmışdır. Hz.Mevlananı bilmək və anlamaq bəs etməz. Onuduymaq gərəkdir. Yüz illərlə onun yolununişığı ilə gedən insanlar Hz. Mevlana gözəlliyininümmanına baş vuraraq incilər toplamış,könüllərdən-könüllərə çatdırmışdılar. Yüz illərdiTürk dünyasının nur sultanına əsərlərhəsr eləmiş, şeirlər yazmışlar.“Mevlanadı evliya kutbu bilin,Ne kim ol duyurdusa annı kılın.Tanrıdan rahmetdir onun sözleri,Körler okusa açıla gözleri”Təbii ki, burada oğlu Sultan Veled, könülgözünün açılmasından söhbət açır. Qadınşairlərimiz də Hz. Mevlanaya bir çox şeirlərhəsr etmişlər. Bunlardan miras olaraq on yeddinciəsrin şairlərindən Leyla xanımı yadasalaq:“Eseri aşkın ile şemü kamer.Hep semain qibi dövran eyler.Merhemet senden olur eyle nazar,Medet et bendene ya Hazreti Pir”Bəli şairlər, söz-sənət adamları onun hərsətrindən ruh, qida ala-ala yazıb yaratmışlar.Və hər biri bu böyük ustadın qarşısında özkiçikliklərini hiss etmişlər. O vaxtlar islamdasənətə etiraz edənlər olduğu halda,mevləvilərdə sənətə böyük yer verilirdi. Butəriqətdə gözəl əsərlərin öz qiyməti, yeriolurdu. Məsələn, Fenni Dədənin “Vaza içindəçiçəkləri”, Dərviş Süleymanın gülləri və birçox buna bənzər rəsm əsərləri yada düşür. Hz.Mevlana sənətin bütün qollarına yer verdiyi13

qədər, rəsmə də önəm vermişdir. Bu böyükmürşüd sadə axirəti xatırlatmış deyil, dünyanıda sevməyi öyrətmişdir. Ümidsizlərə ümid yeriolmuş, günahkarlara təsəlli qapılarını açıqqoymuş və sevgi, şəfqət göstərmişdir.Hz. Mevlanadan bu günə gəlib çıxan birmüqəddəs rəqs var ki, ona səma rəqsi deyərlər.Bu oyun öz gözəlliyi ilə insanı ehtizasa gətirir.Səma rəqsində olan incəlik, dolğunluq, qüdrət,insan varlığını büsbütün çulğalayır. Gözəllikadlı bir aləmə düşürsən. Bir çox yüngülrəqslərdən fərqli olaraq, Səma rəqsinin aliliyiniruhən duyursan. Bu günkü günümüzdə nurladolu, dolğun, incə ruhlu Səma rəqsini bizəmiras qoyan, Ağamız Hz. Mevlanaya borcluyuq.Mənə elə gəlir ki, dünya durduqca Hz.Mevlana günəş tək nur saçacaq, onun ətrafındaisə rəqs edən səmazənlər olacaq. Hz. Mevlananısevən, onun əsərlərini təhlil edən alimlərdəqiq bilirlər ki, səsiylə insanların ruhunasirayət edən “Ney”in möcüzəsi nə deməkdir.Söz adamlarının neyə həsr etdikləri şeir, Mevlananızikr etməklərinə bərabərdir. İnsanlarıniçindən doğan “hu” kəlməsi neyin səsinə çoxbənzər. Neydən gələn səs öz ahəngiylə səmayaucalar. Yer üzünü cənnətə çevirər. TokadizadeŞekib bəy görün neyi necə gözəl vəsf etmişdir:“Gelmişdi simai cana bir “hu” neyden.Pür vecd olup el çektim o dem her şeyden.“Neyi dinləməyən, onun sehrinə düşməyənkəs, onun incə ruhundan bəhs edə bilməz.Mənim nəzərimdə neyin səsi insan qəlbininruhi qidasıdır.14

Ney səsi yolunu azanlara kömək edər,onları düz yola çəkər.Bir sözlə könülləri gözəlləşdirər. Bir Türkşairi ney haqqında belə demişdir:“Neye halk etdi deme hz.(hazreti) Mevla Nayı?Halka bildirmek için hz.(hazreti) Mevlanayı.”Hz. Mevlanaya bir çoxları ancaq şair kimibaxmaqla sözsüz ki, yanılırlar. Hz. Pir özü dəbunu hər an etiraf etmişdir. Lakin öz dövrününinsanları məhz onun öz dilindən şeirləridinləmək istər, ondan böyük zövq, ləzzət alardılar.Hz. Mevlana da heç kimin qəlbinə dəyməməküçün şeirlərini şövqlə söyləyərdi. Və oözünü şairlikdən daha yüksəkliklərdə görərdi.“Ben onu bunu bilməmBen aşk qadehiyle mest olmuşum”- deyərdi.Və özünü haqq aşığı sayardı. Mevlananınmübarək dodaqlarından süzülən şeir yazılmasaydı,biz Mevlananı tanımayacaqdıq. Hz.Mevlananı tam mənasında tanımaq istəyən,sözsüz ki, onun şeir ümmanına baş vurmalıdır.Və o zaman onun eşqi, imanı, duyğuları və həyacanınınşahidi olarıq. Hz. Mevlana deyərdi:“Benim bu sözlerim, bu söyleyişlerim hallerimeperdedir, gül bahçesine benziyen könlümdiken qibi olan düşüncemden utanmaktadır…”“Ey varlığı bilinen, hiss edilən Allahım!Seni tam hakikatınla, şanına yaraşır bir şekildebilemedik…” Hz. Mevlanaya hər an elə gələrdiki, Allahın böyüklüyünü ona layiq olanqədər vəsf edə bilmir. Lakin biz Mevlananın15

əsərlərini oxuduqca Tanrının böyüklüyününbir daha şahidi oluruq. Hz. Mevlananın könlündə,hissində olan qənirsiz ilahi sevgininnurunu, işığını öz könlümüzə sirayət etdiyinihiss edirik.Hz. Mevlananın əsərlərində əsasən də“Məsnəvi-Şərif”də insan tərbiyəsinin, əxlaqının,könül paklığının ucalığından söz açılır.İnsan qəlbinin incəliyi o qədər özəlliklə təhlilolunur ki, bu məktəbi öyrənənləri sevgiyləbəhrələndirir. “Məsnəvi”də oxuduğumuz nəsihətruhlu hekayətlər, oxucunu vəcdə gətirib,düz yola çəkir. Hz. Mevlana əsərlərinin böyüklüyüondadır ki, onun tilsiminə düşən kəs,Tanrıya ucalan gözəlliklərdən, alilikdən əl çəkəbilməz. Məhz bu hünərinə görə Hz.Mevlana Böyük Türk İslam sufisi, mənaərlərinin öndəri, aşiqlərin sərvəri və könüllərsultanı adlandırılmışdır. Şəms Təbrizi Hz.Mevlana haqqında belə söyləmişdir: “Peyğəmbərigörmək istəyənlər Mevlanaya baxsın.Onun hal və hərəkətləri ondadır.”Deyirlər ki, bir gün Hz. Mevlana şəhərçarşısının yanından keçərkən xoş simalı birinsan, ona yaxınlaşıb əllərini öpür.“Aləmin sərrafı məni tanı...”- deyərək qeybolur. Bu adam – Təbrizli Şəms idi. Elə ogündən Hz. Mevlananı yanmağa hazır olançırağa, Şəms Təbrizini isə kibritə bənzətmişlər.Hz. Mevlana ilə Şəmsin ruhən birləşməsinioğlu Sultan Vələd “Coşqun dalğalar içində birbirinəqovuşan iki dəniz”ə bənzədirdi. Bumisli görünməyən nəhəng şəxsiyyət təsəvvüf16

elminin sultanına çevrilmişdir. İnsanlar arasındakıdin və məzhəb fərqini Hz. Mevlanasevmək və qarışmaq üçün əngəl görməmişdir.O deyərdi:“Gəl, gəl, nə olursan ol, yenə gəl!Kafir, büdpərəst, Mecusi olsan da, yenəgəl!Bizim dərgahımız ümidsizlik dərgahı deyildir:Yüz kərə tövbəni pozmuş olsan da, yenəgəl! ”Hər canlı fani olduğu kimi, Hz. Mevlana daömrünün son günlərini yaşayırdı. Ölməzdənəvvəl məşhur bir qəzəlində belə söyləmişdir:“Öldüyüm gün kötürülərkən, məndə bu dünyadərdi var, sanma. Mənim üçün ağlama, yazıq,vay-vay demə. Şeytanın tüzağına düşərsən ozaman eyvah demənin vaxtıdır. Cənazənikömdüyün zaman ayrılık demə. Mənimbuluşmam-qovuşmam bu zaman olaçaq. Mənitorpaqa verdiyin zaman, əlvida-əlvida deməyəçalışma. Məzar cənnət dünyasının pərdəsidir.Batmağı gördün, deyilmi? Doğmağı da seyr et.Günəşlə aya qürublardan, batmaqdan heç birziyan gələrmi. ”İnsanların yeniləşməyə, avropalaşmağa canatdığı zamanda Hz. Mevlananın isti nəfəsinə,sevgi dolu ruhuna nə qədər möhtacıq. MevlanaTürk-İslam düşüncəsinin yeni, təzə bir yolunugətirməklə sevənlərin könlündə başqa bir yertutmuşdur. “Ölümdən sonra məzarımı yerdəarama, ariflərin könüllərindədir bizimməzarımız” Hz. Mevlana dəfələrlə belə bir17

etirf etmişdir: “Hər nə qədər farsca söyləsəmdə, əslim Türkdür”. Böyük alman şairi Höte,Hz. Mevlanaya heyranlığı üzündən Farscaöyrənmiş, bir də “Divan yazmış, RembrandHz. Mevlananın tablosunu işləmiş, İranlıMolla Cami, “Peyğəmbər deyil, amma kitabıvar” söyləmiş, Fransız şairi Mauriçe Barres“Mevlana işığından nurlanan bir kəs, başqanur istəməz” demişdir.Hz. Mevlana haqqında cildlərlə kitablar,həyatı, yaradıcılığı ilə bağlı elmi əsərlər yazılıb.Bir çox insanlar elmlər namizədi, doktorluqelmi adına yiyələniblər. Mənim isə bumüqəddəsə sevgim tam başqadır.Bu təmənnasız sevginin yolu o qədər mənalıdırki, bu incə yolu gedə-gedə haqq yolunaçatmağın gözəlliyini dərk edirsən. Bu yolunəzabını, ağrısını, əlvanlığını, paklığını olduğukimi qəbul edirsən. Qəlbinin səsini ney səsininsaf, təmiz tellərində - nəğmələrində kökləyirsən.Tanrının eşidə biləcəyi ney sədalarıaltında gediləcək yol, insanlığın özüdür. İllərdikimsədən xəbərsiz, gözə görünməz bir xəyalkimi əlimdə əsam, bir də nəfsin açarı,Sultanım Hz. Mevlananın izinə düşüb, onunqurub yaratdığı insanlıq bağçasına tərəf, bütüngözəlliklərdən pay ala-ala gedirəm. Və inanıramki, bu yolun ölməzliyini, gözəlliyiniqoruyan müridlər nəsil-nəsil artacaq, kamilliyinzirvəsinə ucalacaqlar. Qoy tanrım buyolun yolçularına kömək olsun.18

Hu Mevlam hu...19

HU MEVLAM HUHu..., MevlamHu...Hu... ərənlər...,Gedənlər hu...Gələnlər hu...Neçə nəfəs,Neçə ruh var.Neçə ərən,Neçə baxt var.Sultanımın dərgahında.Pəmbə güllərXoş qoxulu.Gecə dalğın,Ay yuxulu.Bülbülİlahi oxuyur,Sultanımın dərgahında.Canlar bizəCan dedi, can!Bu canlardanAyrıldı can!Bu bir dünya,Bu bir cahan!Sultanımın dərgahında!Aydan arı,Sudan duru.Sirr dünyası,Dağ qüruru.Ürəyimiz20

Eşqlə vurur.Sultanımın dərgahında.Niyyətim xoş,Sözüm xoşdu.Baxışlarım,Gözüm xoşdu.Qəlbim dindi,Könlüm qoşdu.Sultanımın dərgahında!21

MİN-MİN KÖNÜL OYANIRBir nəfəsin tilsiminə düşmüşəm,Bu nəfəsdə eh, nələr var, nələr var.Eşqlə açan qönçələri sevgilər,Peyğəmbərdən bəri gələn güllər var.Bir nəfəsin odu mənim içimdə,Bu atəşdən odlanıram, yanıram.Zikr edirəm, ilahilər həmdəmim,Bir oddayam, yeri-göyü danıram.Bu nəfəsdə inci də var, dürr də var,Aman allah! Könlüm nura boyanır.Dərgahımın dörd bir yanı güldü-gül,Bura gələn min-min könül oyanır.22

ORDASAN AĞAM, BİLƏCƏMYolumu göstərən ağam,Yoluna qurban kəsilim.Nə desən, haqqın özüdü,Nur üzlü, nəcib əsillim.Dərsini yaman verirsən,Könlü hər an dindirirsən.Cismin yox, ruhun bizimlə,Dünyamızı sevdirirsən.Xoş simalı, uca sözlüm,Əzəmətli, mahir gözlüm.Əsrlərdi yol gəlirsən,Heyran sənə, Xuda üzlüm.Mən də sənə qoşulmuşam,Ney səsiylə yoğrulmuşam.İlahilər bir ümmandır,Nur səslərə vurulmuşam.Yol boyu səni deyəcəm,İzinə düşüb, gedəcəm.Hardasa neyim inləsə,Ordasan ağam, biləcəm!23

ÜZƏ GÜLDÜ ƏMƏLİMBu dünyanın ahəngi bir, rəngi çox,Bu dünyanın sirri xudaya bəlli.Açılmayan tapmacası, mərci çox,Aqil gərək aşkarlaya, bu həlli.Yola çıxdım, sonsuzluğa tuş oldum,Bir daş idim, nəfəs dəydi quş oldum,Ənginlikdə qanad çaldım, baş oldum,Cığır açıb, belə qoydum təməli.Üz tutduğum günəş oldu, ay oldu,Ulduzlar da bu gecəyə hay oldu,Mən də dönüb gözəlliyə tay oldum,Hara baxdım, üzə güldü əməlim.24

YOL AÇDIMÖz könlümün dərgahına yol açdım,Gül-çiçəyi əlvan görüb sevindim.Pirim mənim! Dərs aldığım sultanım!Gözəlliyə nəzər salıb isindim.Vəhydən şirin bir səs gəldi, duruldum,Hikmət dolu “Məsnəvidən” söz açdım.İnsanlığın bağçasına buruldum,Nadanlıqdan baş götürüb, mən qaçdım.Hər kəlməsi müşgü-əmbər qoxulu,Hər sözünü şərbət bilib, içirəm.Bu nə aləm, bu nə sehir ay allah!Eşq körpüsün xoş könüllə keçirəm.25

QƏLBİMƏ İNCİ DÜZƏCƏMEşq ümmanında üzürəm,“Divani Kəbir” sirdaşım.Övliyalara üz tutdum,Hər biri könlün sirr daşı.Ayağım üzülür yerdən,Yolumu göydən salacam.“Məsnəvi”dən qidalanıb,Tanrıma yaxın olacam.Oxudum neçə beytini,Bir hana qurdum sözlərdən.Pirim deyib sipər oldum,Qorudum namərd gözlərdən.Dəryada gövhər gəzirəm,Bu da qismətin qədəri.Qəlbimə inci düzürəm,Duyub sevinci-kədəri.26

“HU” DEYƏCƏMGül bağçasına düşdüm,Xamıydım, bişdim içində.Behiştin ətrini duyub,Yandım seçimin içində.İmanım, duyğum coşğumdu,Könlümün nurlu aynası.Pərvanəyəm, eşq gəzirəm,Məni qınayan olmasın.Dağ başında zikr edən mən,Neyə dönüb “Hu” deyəcəm.Xoş səs könlümə düşəcək,İlahidi bu.., deyəcəm.27

ƏLVİDA DEMİRƏMƏlvida demirəm, sağ ol Konya,Gələcəm,vurğunam hüsnünə canım.Könüllər dərgahı, eşq türbəsisən,Ruhuma hopubdu xoş həyacanım.Hər gülün, çiçəyin hüsnünə məftun,Bu yolun yolçusu olacam daha.Gözəllik, incəlik məqamı gəlmiş,Mən də yollanacam gələn sabaha.Əlvida demirəm, könlümdə coşqun,Döyünən ürəyim səninlə vurur.Mevlana sevgisi nur tək çilənir,Şəmsin varlığında ucalıq, qürur.Sevgi atəşindən yapılan dərgah,Al-əlvan keşidli könül payımdı.İnsanlar axını bitməz, tükənməz,Bu yanan günəşim, sönməz ayımdı.Əlvida demirəm ağam, sultanım,Əlvida demirəm, sənə bağlıyam.Al-pəmbə gülləri üstümə yağdır,Gedirəm, könlümdü səssiz ağlayan28

YerləSəmazənlərAman allah!Elə bil ki,SƏMA RƏQSİGöyün arasında,Süzür, süzür.Qu quşudu.Mavi gölünÜzərindəÜzür, üzür.Səma rəqsi!Sirlə doluBir möcüzə.Neyin səsiTanrıdandı.İlahilər səsləndikcə,Nur çilənirÜzümüzə.Səma rəqsi!GözəlliyinÖzüdür o.KönüllərinBillur kimi,Sözüdür o!MevlanədənGələn nida.Dünyam mənim.SəmazənlərZikr edirlər.Ulduzlar da29

Cuşa gəlib.Gül qoxuluRöyam mənim.Bir əl göydə,Bir əl yerdə.Yerlə-göyüBirləşdirir.İnsanlığı,Ucalığı,Bu dünyadaXoş niyyəti.Qüdrətiylə,Varlığıyla,Cəmləşdirir!30

ZİYARƏTƏ GƏLMİŞƏMBu torpağa, ziyarətə gəlmişəm,Mevlanam hu..., Sultanım hu..., Ağam hu...Bağçasının güllərindən dərmişəm,Ləçək-ləçək tellərinə baxam hu...Gecə-gündüz dolanaram başına,Hara getsəm çıxacaqsan qarşıma,Könüllərin sevgisidi yarışmam,Ərən hanı, bu ödülü taxam, hu...Yola düşdüm, yolum Məkkə, Kərbəla,Bu yoldayam, yaxın düşməz dərd, bəla,Səni sevdim, naxışa bax, ay balam,Gözəlliklə göy üzünə qalxam hu...31

DƏRGAHINA GƏLMİŞƏMDərgahına gəlmişəm,Könlüm gözəllik arar.Varlığındı inancım,Məni məndən ayırar.Tanrım şükürlər olsun,Qulun, kölən olmuşam.Nurun düşüb üzümə,Mən özümü bulmuşam.Əfəndi babam haqqı,İçimdə zikr edirəm.Mərifət, əxlaq haqqım,Diz çöküb, fikr edirəm.Nəfsinin köləsi yox,Ərənlərin içində.İlahilər oxunur,İlahilər içimdə.Öz dünyamı tapmışam,Dünyam nura boyanıb.Əfəndilər, xanımlar,ALLAH! Deyə, boylanıb.Dərgahına baş əyib,Tanrıma şükr edirəm.Ey... qəlbimə dəyməyin,Dərviş olub, gedirəm.32

NEYNey dindikcəSızlayacamİçin-için.Qəmim mənəVay tutacaq.Arx salacamGöz yaşımnan.DinləyəcəmNey səsini.Ağlayacamİçin-için.Ney...KönlümünNur incisi.Hər dərdiməMəlhəm mənim.Bu səsKədər.Bu səs sevinc.Bu səsEşqin birincisi.Hey... dinlərəmNey səsini.ÜrəyiminAğrısınaMəlhəm neyim!Ruhum mənim!Sevgim sənəSonsuzluğunÖzü qədər!33

Bu sehirli,Sirli səsəHeç bilmirəmİstəyimiNecə deyim!Mən sevirəmXoş sədanıÖzüm qədər.Mənim neyim.Mənim neyim!34

DÜNYAM TƏZƏLƏNİREşqdən ölən görmüsənmi?O mənəm, mən.Belə sevib ölmüsənmi?Denən, denən.Sevgi qəlbin türbəsidi,Mən də onun yolçusu.Uçunan da ürəyimdi,İçimdədi ovsunçu.Ruhun bələdçisi odu,Tutub əlimnən aparır.Yolumdan tikan-qanqalı,Ehmal-ehmal o qoparır.Eşqim içimdə nurdu, nurKönül elə gözəllənir.Xoş məqamın havasında,Allah! Dünyam təzələnir.35

BU İNCİNİ DÜZƏM-DÜZƏMÖmrü bada verməmişəm,Yaşamışam gözəl-gözəl.İnsanlığın ümmanında,Mən olmuşam üzən-üzən.Könüllərə od vermişəm,Arzulara dad vermişəm,Gül-çiçəyə ad vermişəm,Xoş məqamda üzəm-üzəm.Mən yalanın qənimiyəm,Yerlə-göylə səmimiyəm,İnsanlığın öz dəmiyəm,Bu incini düzəm-düzəm.36

QIRMIZIDA QARA GÖRDÜMQırmızıda qara gördüm.Çünki qanım qara idi.Qəlbim dərddən açılmışdı,Puçur-puçur yara idi.Əlim qalxdı göyə sarı,Tutdum səbrin ətəyindən.Dedim, tanrım əsirgəmə,Xəbərin var niyyətimdən.Qırmızıda qara gördüm,Könlüm doldu, qubarladı.Al lalənin sinəsi dağ,Ürəyimi yaraladı.37

BU GECƏBu gecə mən aya qonaq olacam,Bu gecə həmdəmim ay olacaqdır.Gözümün yaşını axıdıb elə,Könlümü ulduzlar ovudacaqdır.Eh... nələr keçəcək kövrək qəlbimdən,Bu gecə batacam ay işığında.Nağıllı dünyama üz tutacağam,Göylərin al-əlvan yaraşığında.Bu gecə bir mənəm, bir ay parçası,İlahi, ayağım üzülür yerdən.Eləcə Tanrıma yaxın olmuşam,Elə bil yanıma can atır yer də.38

MƏNİ DİNDİRƏN OLMASINQəmin donuna girmişəm,Qəm nə olduğun bilmişəm,Onun oynuna gülmüşəm,Məni dindirən olmasın.Bu dünyanın qəmindəyəm,Böyük eşqin dəmindəyəm,Yerlər, göylər dəmindəyəm,Məni dindirən olmasın.Dərgahımın yolu uzun,Tanrım, qoyma yolda azım,Yer üzündən elə pozun,Məni dindirən olmasın.39

FATİMEYİ ZƏHRADIXanımların xanımı,Anaların anası.Həzrəti MəhəmmədinƏn sevimli balası,Fatimeyi-Zəhradı.Könlü ismət dünyasıGözü billur aynası,Qəlbi Quran ayəsi,Fatimeyi-Zəhradı.Dözümü dünya qədər.Qəmi ömrünə yetər,Ahı ölümdən betər,Fatimeyi-Zəhradı.Camalı gülə dönər,Göydə mələklər dinər,Nəfəsi müşgü-əmbər,Fatimeyi-Zəhradı.40

DÜŞÜB KÖNLÜMƏBu gün zikr eləmək düşüb könlümə,Bu gün təmizlənib, göyə gedəcəm.Dünyanın ağrısı hopub canıma,Dərdimi-sərimi göydə çəkəcəm.Yollar pənahımdı, mənəm yolçusu,Müqəddəs dərgahım, imanım, bütüm.Tanrımın nurudu düşüb üzümə,Necə dəyişmişəm allah, büsbütün.41

TANRIMTanrım!əsirgəmənəfəsiniqulundan.Kəlməm dürüst,Sözüm doğru,AzammıramYolumdan.Canımdaki,İmana bax!Yolumdakı,Gumana bax!Ürəyiminnitqi, səsi,Sən qəlbimdə.Mən bu yerinXoş bəndəsi.42

TANRIM HÜNƏR VER MƏNƏTanrım, hünər ver mənə,İlmələnim söz üstə.Oda, alova dönüm,Nəğmələnim köz üstə.Tanrım, hünər ver mənə,Yanım, yanım alışım.Eşidirsən səsimiNəğməm, könül barışım.Tanrım, hünər ver mənə,Tapım könül mülkümü.Azad olmuş qulunam,Gözləyirəm hökmünü.43

ALLAHIMAllahım!Mən kiməm ki,Sənnən imdad diləyəm.Düzüb-qoşanÖzünsən.Hər kəlməninəvvəli,axırı sən.Özü sən.Şükür,Verdiyin günə.Hər günündəBir şəfqət.Yerə, göyəSığammaz.İnsanların sevgisi.Nə versənQəbulumuz.KönlümdənGələn nida.Həqiqətdir, həqiqət!44

GÖZÜM BAXIR KOR OLMAĞAİstəyirsiz asın məni,Doğram-doğramKəsin məni.Yalana bax, cövlan edir.Bağrım qan-qan olur mənim.Bu yalanlar,Aman Allah!Yasım mənim,Yasım mənim.İstəyirsiz atın məni,Bir dənizə.Boğulmaram.Vallah, billahBoğuluram,Bu günümdə,Bu anımda.Baxa-baxaBoğuluram.YazıqlarımSizə, sizə.İstəyirsiz heç adımıÇəkməyin də.Qoy göz yumum bu dünyaya.Aşıq Veysəl bəxtəvərmiş.Öz dünyası,Öz aləmi.Zülmət dolu gözlərindəNeçə arzu,45

Neçə dilək.Yaşadardı istəyini,Sevincini.Hər kəlməsi bulaq gözü.Söz dünyası,Söz aləmi.Gözüm baxır,Sola, sağa.Solum belə, sağım elə.Bir işə bax,Gözüm baxırHaqsızlığa baxa-baxa,Kor olmağa,Kor olmağa.46

UZAQLARDAN GƏLMİŞƏMNə əbam var, nə daşım,Dünya bir qəbir daşım,Vallah bilinməz yaşım,Uzaqlardan gəlmişəm.Gözüm, könlüm tox mənim,Qorxudammaz xof məni,Odda yandır, yax məni,Eh... nələri görmüşəm.Mənə dəli dedilər,Qəmim, dəmim dedilər,Batıb gəmim dedilər,Bu günümə gülmüşəm.Varım-yoxum özüməm,Söhbətinəm-sözünəm,Könlü kövrək, gözü nəm,Dünya görmüş dərvişəm.47

SEVGİ GƏZİRƏMSevgi gəzirəmBabam,Sevgi,Bir mərifət sevgisi.TutubHaqqın ətəyindən,Görən kimdiİtgisi?Sevgi gəzirəmBabam,Sevgi.Yer üzününÖzündə.KönüllərinYaz vaxtıdı.İlahilərSirr dünyamız.Qəlbi kövrək,Gözü nəm.Sevgi gəzirəmBabam,Sevgi.Könüllərin içində,Yolum uzun,Yol gedirəmSevgiMənim içimdədi,İçimdə.Sevgi gəzirəmBabam,48

Sevgi,MevlanaYunusSevgisi.Zikr edəm,Dönəm başına.QaytaramTanrı sevgisin...İz salan mənDağa,Daşa.Hay salan mən.Babam, hu...,Başım dəyirDaşdan-daşa.Elə sevgiGəzə-gəzə,Mən yollarınYorğunu.49

AC DÜNYADA TOX MƏNƏMBilirsənmi sən qəlbimin daşısan,Yaxşı olar, bu yükümü daşısan,Bəlkə elə, dərdlərimin başı sən,Soyuqluqdan halım yaman yorulub.Bu dünyadı, bu zamandı, bu ömür,Mən də təkəm, qeylü-qalın içində.Ölən mənəm, ölməzliyim bir ömür,Boğuluram, ümman mənim içimdə.Göydə mələk arzusuyla ölürəm,Bu yerlərdə işim yoxdu, yox mənim.Dərviş olub, o yollara dönürəm,Ulu tanrım, ac dünyada tox mənəm.50

YOXAMİlahi! Bu qədər boşluq olarmı,Adamlar içində batıb qalmışam.Baxıram, özümü tapa bilmirəm,Fərsiz oyunçuyam, dala qalmışam.Xeyir uzaq düşüb, şər mənə qənim,Əlimi əlimdən çəkə bilmirəm.Vallah mat qalmışam bu qeylü-qala,Ağzımda dilim var, dinə bilmirəm.Hörmətim-izzətim məni çaşdırıb,Bir ayna gəzirəm özümə baxam.Halımı tanrıma yaxın sanmışdım,Bu da bir yalanmış, orada yoxam.51

QUŞ OLDUMNadanların dünyasında boğuldum,Haldan çıxıb, yaman sındım, kiçildim.Günahımı ha aradım, görmədim,Yerdən-göydən əl götürüb seçildim.Dəli də mən, yaman da mən, tərs də mən,Yazıq olub, varlığıma heç dedim.Yeri-göyü, yaradanı unudub,Sən dəlisən! Yolumuzdan keç, dedi.Mən sınmazdım, nadan mənə vay tutdu,Diri gözlü cəhənnəmə tuş oldum.Yer üzündə qanadları qırılmış,Aman tanrım, bir yiyəsiz quş oldum.52

YAZIQ OLMUŞAMDeyəsən dəliyəm axı,Bu dünya gözümdə dönür.Hər yan zülmət qaranlıqdı,Gözlərimdə günəş sönür.Öz-özümə yad olmuşam,Ağzımda dilim quruyur.Yerə-göyə and içərdim,Sevdiklərimi qoruyub.Daha gücüm də qalmayıb,Nə sözüm var, nə söhbətim.Eləcə yazıq olmuşam,Yaman dönüb təbiətim.53

AY YORĞUNGecənin sakitliyiMəni qoymur yatmağa.Evimdə ay işiği,Gəlib başı qatmağa.Nələri yada salıb,Yol uzunu gedirəm.Ayın nuru üzümdə,Mən sabahı güdürəm.Bu da ömür, bu da gün,Gedir səhərə doğru.Cecə bezib əlimdən,Mən yuxusuz, o yorğun.54

HEÇƏ SÜRMÜŞƏMTale məni yaman çəkdi sınağa,Düz yolumu daş-kəsəyə tuş etdi.Mən bəxtəvər yarımışam sanırdım,Dərdi-səri gözlərimdə yaş etdi.Dindirməyin könlüm qubar-qubardı,Göz görəsi ocaq sönür, kül qalır.Bağım-bağçam solub, talan-talandı,Mənə baxan gözü yaşlı gül qalır.Tanrım! Mənə bir dağ göstər güvənim,Bu fələyin kələyinə düşmüşəm.Qismətimi yazan yazıb tərsinə,İşə bir bax ömrü heçə sürmüşəm.55

DÜNYAMDA QALACAMAyağım torpağa dəydi,Yerdən mənə güvənc gəldi,Hara baxdım göz oxşadı,Dünya mənə nəhəng gəldi.Baxdım sağa, baxdım sola,Ürəyimi düz eylədim.Allı-güllü çiçəkləri,Çələng hörüb, söz eylədim.Gözəlliyin içindəyəm,Xoş məqamda səs salacam.Dünyam nura boyanıbdı,Elə dünyamda qalacam.56

UCU KƏLƏFLİ DÜNYAUcu kələfli dünya,Ucuz, kələyli dünya,Gözü ələhli dünya,Aldığım, satdığım nə?Sənə həyan olmuşam,Qəlbi dəyan olmuşam,Mən də belə yolmuşam,Bu yola atdığım nə?Dədəm Qorqud dedilər,Soyu “Boz Qurd” dedilər,Sizin bu yurd dedilər,Azın nə, artdığın nə?57

QUŞ OLDUMNadanların dünyasında boğuldum,Haldan çıxıb, yaman sındım, kiçildim.Günahımı ha aradım, görmədim,Yerdən-göydən əl götürüb seçildim.Dəli də mən, yaman da mən, tərs də mən,Yazıq olub, varlığıma heç dedim.Yeri-göyü, yaradanı unudub,Sən dəlisən! Yolumuzdan keç dedi.Mən sınmazdım, nadan mənə vay tutdu,Diri gözlü cəhənnəmə tuş oldum.Yer üzündə qanadları qırılmış,Aman tanrım! Bir yiyəsiz quş oldum.58

ÖMRÜ BELƏ SÜRÜRƏMBaş açmıram dünyadan,Qıfılbəndi möhürlü.Boyuna əlim çatmır,Divarları hörülüb.Əlim əlimin üstə,Gözlərimi döyürəm.Koram, gözə tor gəlib,Öz-özümü öyürəm.Nə pisi, nə yaxşını,Nə şeytanı görürəm.Dünya mənə dön deyir,Hey.., başına dönürəm.59

MƏN GEDİRƏMÖmrümü sonsuz bilirdim,Qəribədi, yanılmışam.İllərimi bada verib,Öz oduma qalanmışam.Uşaqlığım elə getdi,Eh... nələri unutmuşam.Cavanlığım belə getdi,Qocalıqdan yorulmuşam.İti gözüm yorğun düşüb,Ağ saçımı seçə bilmir.Bu zamanın düz üzünü,Əllər əsir, biçə bilmir.Nə sözüm var, nə söhbətim,Mən qalmışam bu arada.Elə bil ki, bir yuxuymuş,Mən gedirəm, ey... yaradan.60

SÖZÜM BİTİBÜrəyimnən daş asılıb,Fikirlər qarma-qarışıq.Gah dağdayam, gah aranda,Gah küsürəm, gah barışıb.Dəymə-düşər olan canım,Güvəndiyim gözdən itib.Hər baxışı yozan mənəm,Qəlbim susub, sözüm bitib.Yer göstərin rahatlanım,Bu məkana sığammıram.Sağım-solum elə dönüb,Açıq-aşkar baxammıram.61

GÖZƏLLİK QURUMDaş-kəsəyə üz qoymuşam,Yollar çarpaz, göz qoymuşam,Nələr görüb, söz qoymuşam,Nəfsimin qulu deyiləm.Göz yummuram duzsuzluğa,Səhra boyu susuzluğa,Hey... gedirəm sonsuzluğa,Bu yolda olum deyirəm,Qəlbim təmiz, üzümdə nur,Kəpənəklər sözə qonur,Nəğməm, könlü ovundurur,Gözəllik qurum, deyirəm.62

KÖNLÜM MƏNİM BƏLƏDÇİMÖmrün sonuna yetmişəm,Ötənlərdən bixəbər.Varlığımda uçurumlar,Məni qoyub dərbədər.Bu yolların yorğunuyam,Dolanıram sərgərdan.Yollar mənə nələr deyir,Mən yollardan nigaran.Dərvişəmmi, heç bilmirəm,Könlüm mənim bələdçim.Yerdən-göydən uzaq düşüb,Sızlaram için-için.63

BU QIŞBu qış nələrdən danışır,Çovğun-sazaqdan danışır.Qar işıq salır, alışır,Bu qış mənə həmdəm gəlir.Otaq soyuq, ürək isti,Əllərimi soyuq kəsdi.Ocaq yandı, mən tələsdim,Söz-söhbətim dəmnən gəlir.Nəğmə dolu könlüm dinir,Ürək coşur, qəlb isinir.Nağıl dolu tilsimmidir?Qıfılbəndi məndən gəlir.64

QƏM GƏZDİRDİMÜrəyimdə qəm gəzdirdim,Yorulmadım, mən gəzdirdim.Gözü yaşlı olan canım,Hər günümü nəm gəzdirdim.Nəzər dəydi, nəsə düşdüm,Avanda yox, tərsə düşdüm.Nə yamanmış bu ayrılıq,Halım döndü, səsə düşdüm.Nə təsəllim, nə köməyim,Sənsiz həyat sönüb demə.Əməyimiz puça getdi,Aldanmışıq, ya rəbb, demə.65

ƏRİDİM GÜL ƏTRİNƏƏridim gül ətrinə,Əridim, şan-şan oldum.Dağların şəlaləsi,Qaynayıb, coşan oldum.Mən bu gülün əsiri,Sevdalı bir ürəyəm.Əlim çatmasa ona,Deyin, nəyə gərəyəm.Halım gülə yaxındı,Güllə qidalanıram.Allahıma üz tutub,Sevgiylə dolanıram.66

DOLANIRAM DÜNYANICuşa gəlib, ürəyimə od saldım,Harayladım, söndürməyə gələsən.Məni alıb arzuların tərkinə,Sevincimə şərik olub, güləsən.Qanadlanıb göydən saldım yolumu,Havalandım ulduzların içində.İlham pərim nəğmələndi, açıldı,Sabah düşdü, günəş doğdu içimdə.Hər sözümün, hər bəndimin ağası,Varaq-varaq mən gəzirəm hər yanı.Ürəyimdən nələr gəlir, nə keçir,Dərviş olub dolanıram dünyanı.67

SİRLƏ DOLU TAPMACAMDolanıram bu dünyanı tək-tənha,Gəzdiyimi bilən yoxdu, bilən yox.Ha səsləyəm, gözlərimə görünmür,Ha gözləyəm, dinən yoxdu, dinən yox.Səhər-səhər bir gül aça üzümə,Könül nura boyanacaq elə bil.Sevgi qatıb hər kəlməmə, sözümə,Gözəlliyi seyr edəcəm birbəbir.Dinləyəcəm ürəyimin səsini,Gəzdiyimi elə orda tapacam.Tanrım mənim içimdədi-içimdə,Budu mənim sirlə dolu tapmacam.68

NƏVƏM(Nəvəm Əli-Rövşənə)ÖmrümüAğac təkiUlduz olubNura dönüb,Hər günümXoş məqamınNəvəmŞükür!Təzələdi nəvəm.Pöhrələndim.Göyə qalxdım.Səpələndim.Könül xoşluğu.İçindəyəm.Doldurdu boşluğu.Dürüst biçimdəyəm.69

YARI YOLDA QALMIŞAMYaman nitqim kəsilib,Nəğmələrim tükənib.Dünyadan yox olmuşam,Söz xurcunum yüklənib.Şeir yazmıram daha,Yazmağa nə qalıb ki.İlham pərim yox olub,Ürəyimi qırıb ki.Sərgərdanam yollarda,Xülyalara dalmışam.Dünyadan küsgün düşüb,Yarı yolda qalmışam.70

UDUZDUMQəlbimin boşluğu incidir məni,Qəlbimin boşluğu ağırdan-ağır.Nəğmələr yox olub ünvansız kimi,Allah! Varlığıma ağırlıq yağır.Gözümə nə bahar, nə yaz görünür,Al-əlvan çiçəklər yetimləşibdi.Özümnən kölgəli, yol ayrıcında,Qalmışam, arzular incələşibdi.O vuran ürəyim sinəmdə susub,Nə ayım ay kimi, nə də ulduzum.Bu sirli dünyanın ümmanında mən,Özüm də bilmədən, necə uduzdum.71

SÖZÜMÜN KƏSƏRİ BİTİBƏlim üzülüb dünyadan,Bu dünya nadan dünyası.Allahım! Yoxsa çaşmışam,Yoxuymuş haqdan mayası.Nə toyu, vayı bilinir,Gedirəm yolu tərsinə.Ürəyinə od yağdırır,Bir vecsizin, o tər sinə.Sözümün kəsəri bitib,Sabahım zülmət içində.Kimi kefdə-damaqdadı,Kimisi qan-tər içində.72

HAKİMİ MƏNBu gecənin havasıdı,Düşüb könlümə-könlümə.Göyə baxam, bircə ulduzDüşə könlümə-könlümə.Gecə sakit, həmdəmi mən,Laylasını çalacağam.Tumar çəkib yerə, göyə,Qadasını alacağam.Nəğmə dolu bir ürəyəm,Gözəlliyin sakini mən.Ağrıların, acıların,Bu dünyada hakimi mən.73

GÜNÜM YOXNadan gördüm, qəlibi puç, özü puç,Hər gülüşü, hər kəlməsi, sözü puç.Yarı gerçək, yarı yalan, yarı puç,Dilim qısa, danışmağa dilim yox.Dadı-tamı yoxa çıxıb, bilinməz,Ürəyimə qanlar axıb, silinməz,Çıraq tutub, ha gəzəsən, görünməz,Ağbirçəkli, ağsaqqallı elim yox.Allah deyib, əl qoyacam sinəmə,Göyüm-göyüm göynəməkdən sinəm nəm.Yolundayam, ulu tanrım səninəm,Bağım solub, məxmər üzlü gülüm yox.74

GEC DEYİL KİƏlimnən aldı ağlımı,Gör nələri görk elədi.Gözümnən düşdüm özümün,Guya belə ərk elədim.Çaşdım yolun ayrıcında,Ağlımı da tora saldım.Ömrüm boyu güvəndiyim,Düz yoluma qara saldı.Daha sözüm də qalmayıb,Öz-özümə nə deyim ki.İnnən belə qoru məni,Tanrım! Söylə, gec deyil ki.75

GEDİRƏMDüşdüm dəli yığnağına,Ağzımda dilim qurudu.Gözlərimi döyüb qaldım,Yolu yarıda buruldum.Mən haldan-hala düşmüşəm,Məssəbi-sözü çaş kimi.Sağı-solu yolda azıb,Bir dəliqanlı baş kimi.Qan qoxusu vurub, nədi?Qorxuram yeri göynədəm.Sizlərnən işim yox mənim,Məkanım ora! Gedirəm.76

ŞÜKÜR BU GÜNƏİlahi! Şükür bu günə,Dərsimi verənim gəlib.Müridəm mürşid yanında,Elmini bilənim gəlib.Hələ də bilən tapılmaz,Kimdədi mizan-tərəzi.Dünyam dolub-boşalmada,Görəsən nədi qərəzi.Tapmacanı tapan gərək,Aça bir-bir qapıları.Məlhəm olub sarıyacam,Ürəklərdən qopanları.Bu yollarda la məkanam,Nəfsim mənlə çəkişmədə.Yoldadı şeytan əməli,Öz-özüylə didişmədə.İlahi! Şükür bu günə,Könlümün nuru üzümdə.Gedirəm, yolu gedirəm,Xoş dilək, alqış sözümdə.77

YOX EYLƏNamərd görüb, yolu saldım tərsinə,Ürəyimin şah damarı qırıldı.Nə səbrim var, nə halım var dözməyə,Nadanlıqdan qanım döndü, qaraldı.Bu dünyanın ağrısı çox, dərdi çox,Guman varmı dərdi-səri böləsən.Ünvanımı çaşdıran da özüməm,Az qalır ki, belə gündə öləsən.Bu minvalla hara gedib çıxırıq,Bir könüldə könül nuru yoxdusa.Tanrım! Məni bircə anda yox eylə,Haqq kəlməsi, haqsızlıqdan qorxursa.78

PAYIZDAN QIŞA GEDİRƏMÜrəyimə payız düşüb,Payızdan qışa gedirəm.Cavanlığım bir yuxuymuş,Qocalıb başa gedirəm.Yol uzunu nəsə gəzdim,Gecəm gündüzə qarışdı.Ağrım-acım üstələndi,Alın yazımla barışdım.Zor gedirəm bu yolları,Öz-özümün içindəyəm.Gah dağda, gah arandayam,Gah əkində, biçindəyəm.Mən də belə bir yolçuyam,Yollar mənə hay verəcək.Əllərim göyə sarıdı,Məni görüb, pay verəcək.79

KÖNLÜM DURULSUNGecəyə zor gəlib səhərə çıxdım,Yuxusuz halımla, şəhərə çıxdım,Haqq sözüm danıldı, mən şərə çıxdım,Çıxdım ki, özümə divan tutulsun.Dünyadan ayrılmış, qaçmış kimiyəm,Dünyamı dünyadan almış kimiyəm,Nuhun gəmisi tək, batmış kimiyəm,Batdım ki, yenidən yuvam qurulsun.Əl atdım göylərə, əlim uzalı,Ürəyim üzülür, havam azalır,Meşədə, bulaqda, dağda göz qalır,Baxıram, baxıram könlüm durulsun.80

AĞLAYAN DEYİLƏMBeləcə bu yollar apardı məni,Ömrümə bu yollar qənim kəsildi.Ha baxam, boylanam, görən deyiləm,Könlümdə dillənən kövrək səsimdi.Beləcə çaşmışam yol ayrıcında,Özüm də bilmirəm, hara burulum.Nə sağa, nə sola dönə bilmirəm,Bəlkə qanad çalıb, göydə duruldum.Sızlayan, ağlayan deyiləm daha,Bezmişəm qəm adlı nəğmələrimdən.Əlimdə bir çıraq tutub gedəcəm,Nurunu yayacam, gələn sabaha.81

NƏ QƏDƏR RAHATAMBu gün qismətimə nə düşüb, allah!Bu gün qismətimin xoş məramıdı.Günəşdən, ulduzdan pay düşüb mənə,Göylərə yüksəlmək son qərarımdı.Bu gün gözlərimdə nə xeyir, nə şər,Nə nadan görürəm, nə mələk üzlü.Bu gün öz dünyam var, öz aləmim var,Bir mənəm, bir də ki, könlümün sözü.Nə qədər rahatam, nə qədər dincəm,Ayrılıb zamanın qeylü-qalından.Kim baxsa görəcək xoş məqamdayam,Kim baxsa biləcək, mənim halımdan.82

DƏNİZ VƏ MƏNDəniz coşub, dalğalanıb,Dəniz mənlə yarışdadı.Ləpələri ağ göyərçin,Dünya ilə barışdadı.Sirri-sehri ümman qədər,Dəniz gur-gur guruldayır.Tək xudaya bəlli olar,Dəniz dibi uğuldayır.Dəniz və mən yanaşıyıq,Söylədiyim ona bəlli.Sahil boyu qəmbər daşlar,Düzülübdü səliqəli.Dalğaların oynaşması,Könlümə bir həvəs verir.Sonsuz ümman gözəllikdir,Mənə yeni nəfəs verir.83

TİLSİMİNƏ DÜŞMÜŞƏMBir nəfəsin tilsiminə düşmüşəm,Bu nəfəsdə eh, nələr var, nələr var.Eşqlə açan qönçələri sevgilər,Peyğəmbərdən bəri gələn güllər var.Bir nəfəsin odu mənim içimdə,Bu atəşdən odlanıram, yanıram.Zikr edirəm, ilahilər həmdəmim,Bir oddayam, yeri-göyü danıram.Bu nəfəsdə inci də var, dür də, dür,Aman allah! Könlüm nura boyanır.Dərgahımın dörd bir yanı güldü-gül,Bura gələn min-min könül oyanır.84

ADINI ÇƏKMƏYƏ BİR NEY İSTƏRƏMRuhumun, varımın əzəli, bütü,Canıma can verən ürəyim mənim.Dünyam nur içində tamam, büsbütün,Yolun öz yolumdu, gərəyim mənim.Adını çəkməyə bir ney istərəm,Eşqin atəşidir canıma düşüb.Özüm də bilmirəm, bu necə sirdi,Bu yollar harada, haçan görüşüb.Nurunun izinə düşüb gedirəm,Gözümdə yerlə-göy bir havadadı.Günəş aya həsrət, görüşə bilmir,Əzəldən eləcə qov ha, qovdadı.Qulunam əfəndim, qulunam Mevlam!Yolunda bir zərrə dənəciyəm mən.Tərki dünyadayam, səni gəzirəm,O parlaq üzünü görəcəyəm mən.Ey şahım, sultanım! Yoxdan var ol gəl,Söz nədir, nəfəsin bəs edər mənə.Gəlimli-gedimli yerlərdən danış,Güllərin, çiçəyin dərsin ver mənə.Dərgahın pirimdi, yolçusu özüm,Ömrümə çatammaz, yolu uzundu.Varımla-yoxumla sənə bağlıyam,Şükür! Gözəlliyin odun qazandım.85

NİYYƏTİM XOŞ BİÇİMDƏDərgahın könül evim,Dərgahım, dünyam mənim.Halım tanrıma yaxın,Müqəddəs röyam mənim.Mənə dəyən olmasın,Gedirəm... yol gedirəm.Təmizliyin içində,Sevgiylə bol, gedirəm.Bu yola yol çatammaz,Mənəm güllər içində.Nəfəsim müşkü-əmbər,Niyyətim xoş biçimdə.86

TANRI PAYIMI ALMASAMGedirəmTanrıma sarı,Məni çağıranOlmasın.Susan,Tükənən deyiləm,Tanrı payımıAlmasam.Olan olub,Keçən keçib.Nəzir,Niyazım özüməm.Əlim ucalırGöylərə.Davam daElə özümlə.TanrımlaSöhbətim tutur.Ürəyiminİçindədir.Allah eşqiDünya qədər!Elə,Dünya biçimdədir.RuhumNurla təzələnir.YolumElə bil yarıdı.Xoş niyyətimƏl ağacım.ÜzümDərgaha sarıdı.87

DÜNYAM SİRLİ-SEHİRLİDİBu günə bir gün qatmışam,Dadı şipşirin, bal kimi.Arzularım hey... uzanır,Sonu görünməz yol kimi.Nə yerdəyəm, nə göydəyəm,Halım özümə xoş gəlir.Ötənlərim yada düşür,Yaşın üstünə yaş gəlir.Bu gün bambaşqa bir gündü,Nağıla dönüb hər anım.Təpəgözü yox etmişəm,Məlikməmməd qəhrəmanım.Ötən-ötdü, gələn getdi,Oldum bu yolun yolçusu.Dünyam sirli-sehirlidi,Mən də, bir azca ovsunçu.88

BU GÜLBu gül,Könlümü titrədir.Bu gül,Halımı dəyişir.Hər ləçəyiSirlə dolu.Necə gözəldiGəlişi.Bu gül,Sevgiylə dillənir.İlk eşqiminXoş nəfəsi.Gülə bax!Ənbər qoxulu.Allah!Saflaşır nəfəsim.89

NEY SƏSİNƏ DÖNMÜŞƏM MƏNNey səsinəDönmüşəm mən.RuhumunTəmiz nəfəsi.DərgahımınYolundayam.Allah!Saflaşır nəfəsim.Ney səslənir,Cənnətdəyəm.RuhlarMənə salam verir.Ölməzliyinİçindəyəm.Əl uzalı,Nur zərrəsi.Bunu mənəMevlam verir.Ney səsinəDönmüşəm mən.Allah!Dağları aşacam.Bu səsQəlbimdə doğulur.MəniSaflaşdır başacan.90

BİLMİRƏM HARA ÇƏKİLİBÜrəyimin ağrısıdı,Vurub, içimə-içimə.Daha macal da qalmayıbNeynim, seçimə-seçimə.Ömrü başa vuran mənəm,Ağrım-acımla üz-üzə.Dəryada balıq kimiyəm,Onunla qaldım göz-gözə.Yerlə-göyün arasında,Nəfəsim dara çəkilib.Allahıma sığınacam,Bilmirəm hara çəkilib.91

YOL GEDİRƏMAddım-addımYol gedirəm.Hər addımımBir ömür.Bu günümdəGöz açmamışSabahıma o dönür.Yolum, izimNeçə rəngdə.Ağı, bozu, qarası.İllər boyuGedən mənəm,Sonsuzluğun içində.Aman-allah!Gedə-gedəÜzə çıxır,Bu dünyanınQarası.92

YA RƏBB, SƏNƏ SIĞINIRAMƏvvəl də sən, axır da sənUzaq da sən, yaxın da sən,İman da sən, qorxum da sən,Ya rəbb, sənə sığınıram.Bu yolların yolçusuyam,Qərib durna ovçusuyam,Gözəlliyin yolçusuyam,Ya rəbb, sənə sığınıram.Ürəyimin oduna dön,Şirinliyin dadına dön,Xoş arzu ol, yadıma dön,Ya rəbb, sənə sığınıram.93

RAZIYAMTanrımın əlidi başımın üstə,Tanrımın köməyi vallah, bəsimdi.Hər gecə onunla həmdəm oluram,Göylərə yayılan mənim səsimdi.Haqqın dərgahına üz qoyan da mən,Yolum haqq yoludu, agah olan yox.Dövlətim, varımdı könül nəğməsi,Məni anlayan yox, məni duyan yox.Beləcə gedirəm, yolum uzundu,Allah! Düşünməyə möhlət ver mənə.Bu yolda nəfsimi cilovlamasam,Razıyam, əlinlə töhmət ver mənə.94

GÖRƏN SONU NƏDünyanın qəribə dolayları var,Fələyin əlində oyun-oyuncaq.Ümmanda balıq tək gah tora salır,Ya da bəxtəvərlik bol, qucaq-qucaq.Dünyanın işinə mat qalan da mən,Nələrə son qoyur, Allah amandı!Görürsən qar altda bənövşə açır,Yada ki, şaxtadan bir gül donandı.Özüm də bilmirəm, baş açmıram heç,Yollanıb gedirəm ömrün sonuna.Arzular, gumanlar bitən deyil ki,Əvvəli aşkardı, görən sonu nə?95

BELƏCƏ GÜNLƏRİVERƏCƏM BADAYenə xatirələr izinə düşüb,Könlümün nağıllı dünyasındayam.Uçuram, sonsuzluq çaşdırıb məni,Bilirəm, ömrümün yarısındayam.Gah dağa, arana köçürəm Allah!Şirin arzuların mənəm əsiri.Bu bahar axşamı, bu aylı gecə,Ürəyim göylərə yenə tələsir.Beləcə günləri vuracam başa,Nə vaxtsa çatacam son mənzilimə.Haqqın dərgahında çıxacam başa,Yenidən qovuşub əzizlərimə.96

YOLUN HARADIQardaş, yolun haradı?Gedər-gəlməzə düşdün.Orda kimləri gördün,De, kimlərlə görüşdün?Başın daşa dirənib,Yenə yerin darmıdı?Səni alıb tərkinə,Qara torpaq yarıdı.Könlün nəğməylə dolu,Yaman səsin gələcək.Hər kəlmən bircə-bircə,Torpaqda cücərəcək.97

ARZUMA YETİR MƏNİSənə qurban, ay Allah!Arzuma yetir məni.Bircə nəvə payı ver,Sonra, lap itir məni.Gözüm yığışsın daha,Bircəcə nəvəm olsun.Evimə nur çilənsin,Hər yan sevinclə dolsun.Sənə qurban, ay allah!Nökərinəm, qulunam.Hara desən hazıram,Haqq dediyin yolunam.98

BUNU YƏQİN BİLMİŞƏMSağım,Solum,Getdilər.İndi,Mənim növbəmdi.KiminGünahı yoxdu.Allahıma çatmağım,Eh...Sonuncu tövbəmdi.DünyaBizi aldadır.Mən dəOnun qurbanı.Gəldi-gedərYolların.Ən aldanmış adamı.Yazı, qışı, yayı çox.PayızıBaşqa aləm.ÖmrümSonsuz görünür.Ağıla gəlməzÖlləm.Bu dünyayaSən demə.Bircə anlıq gəlmişən.ÜnvanımHaqqa çatmaq.BunuYəqin bilmişəm.99

KİMSƏYƏ ƏL AÇMIRAMBu nə haldı belə,Qıfılbəndin açmıram.Ömür belə, gün belə,Qismətimnən qaçmıram.Gözüm gözünə baxır,Üzüm üzünə yaxın.Bu nə bəladı axı,Özüm də baş açmıram.Dumana, çənə düşdüm,Yol azıb, Çinə düşdüm,Dərya içinə düşdüm,Gün ki, olub saçmıram.Bu fələyə sözüm yox,Öz yanımda üzüm yox,Dözümlüyəm, dözüm çox,Kimsəyə əl açmıram.100

ALLAH GÖZƏLDİ AXIRIMƏlin əlimi yandırır,Od olub közə dönəcəm.Yenə, yenə alışacam,Eləcə qəfil sönəcəm.Sevənlər yalan danışmaz,Bir qəlbin gerçəyi məndə.Gül açıb güllər içində,Güllərin göyçəyi məndə.Beləcə sənə qovuşub,Gedəcəm üzü yuxarı.Əlim tanrıya çatacaq,Allah! Gözəldi axırım.101

GÖYLƏRƏ DEYƏCƏMBİLDİKLƏRİMİBir güləm.Ləçəyim soluxub.Nədən?İnciyəm dünyadan,İnciyəm yerdən.YamanKövrəlmişəm,Ürəyim dolu.Baş alıbBilmirəmHayana gedim.Harada arayımKönlümün yolun.GözlərimYol çəkir,Sızlar ürəyim.Hu..., deyib,HaylaramSevdiklərimi.Əlçatmaz göylərdi,Mənim gərəyim.Göylərə deyəcəm,Bildiklərimi102

GÖZƏLLİYƏ GÜVƏNSİNÜrəyimin səsinə,SəsimiQatam gərək.ŞirinlikBol-bol olsun.Yerdən,Göydən,Pay alam.DənizSaflıq,Təmizlik.Baş vurubDalğalara,SevgimQol-boyunOlsun.Təmizlənim,Dürlənim.Açsın güllər,Çiçəklər.Ağ qaranquşSayağı.SəmadaQıy vuraraq,Dönə-dönə103

Hərlənim.SevimDüzü-dünyanı.Könlüməİşıq gəlsin.Yer üzü,Bütün aləm,İnsanlığa hu..., deyib,Gözəlliyə güvənsin!104

QIZILGÜLÜMLəçəyinə şeh düşüb,Bu gülə bənd olmuşam.Ətrinə dözmək olmur,Vallah, bihuş olmuşam.Əfəndimin, Ağamın,Ən sevdiyi güldümü?Ləçəkləri məxməri,Üzümüzə güldümü?Ürəklərə nur çilər,Güllərin şahı gülüm.Gözəlliyin mayası,İncə naxışlı gülüm.105

ЩАМЫ ОРДА ЭЮРЦШЯЪЯКЮмрцмя бир ял эяздирдим,Айырдым арпаны дяннян.Шачымын сыьалы итиб,Аллащым, аьарыб дян-дян.О иллəрин нисэилиди,Цряйимя од яляйир.Тале пайым диш гыъайыр,Йа да голун чырмалайыр.Нейнясям дя эедярийям,Бу йола изим дцшəъяк.О йолларын йолчусу мян,Щамы орда эюрцшяъяк.106

Öz-özümlə söhbət107

AĞLAYIRAM GÜLƏ-GÜLƏBilirsənqəlbim qırılıb.Qırılıb,düzələn deyil.Dilim də yoxmən dillənəm.Lal olmuşam.Heyif, heyif!Gözlərimdənə yaz, payız.Donmuşamşaxta gəlməmiş.Ümmam dərdimüzə çıxıb.Hələ doyuncagülməmişTanrım!Mənə kömək elə.Tarazlığımgözə girir.Dil qanmayanbaş bulayır.Guya,bu danəsə bilir.Səs salıramYerə-göyə.Göydə ulduz,108

yerdə gülə.Yerlə göyünarasında.Ağlayıramgülə-gülə.109

XOCALIMAğrılarım baş qaldırıb yenə də.Dözəmmirəm Xocalının dərdinə.Lay-lay çalıb, oxşamalar deyirəm.Əsir düşmüş gəlininə, mərdinə.Unudulmaz bu faciə, bu bəla,Pərən-pərən düşüb oğul, qızlarım.Tarix boyu itən deyil bu bəla,Olanları, keçənləri yaz barı.Günlər ötür, gün dolanır, ay gəlir.Xocalının harayıdı içimdə.Göyüm-göyüm göynəyəcək torpağım.İllər ötüb qərinələr keçsə də.Xocalının dərdi belə çəkilməzQan davası ürəyimi soyudar!Qönçə-qönçə ürəklərin arzusun,Göz görəsi diri-diri soydular.Mən anayam! Bu dərd, ələm mənimdi,Qansızlardan qisasımı alacam.Viran qalmış Xocalımı, yurdumu,And içirəm! Ləyaqətlə alacam.110

GÜLƏ BİLMİRƏMÖzümün özümə yazığım gəlir,İçimdə bir boşluq haykırmadadı.Bir mənəm, bir də ki, görmədiklərim,Könlüm tək-tənhadı, darıxmadadı.Bu dünya əlində naçar qalmışam,Arzular, gumanlar yol azıb, nədir.Sevinc də, işıq da gözümnən itib,Sanki, sevinmirəm bir qərinədir.Havaya tamarzı, boğulan mənəm,Dərdimi-sərimi bölə bilmirəm.Ömrüm qəm yüküymüş, yazıya bir bax,Bu dünya üzünə gülə bilmirəm.111

ƏLACSIZDI DƏYMƏYİNBu nadanlıq məni qırıb, çatacaq,Göz-görəsi qəlbim para-paradı.Bəlaya bax, elə aşıb səddini,Gözü baxır, bilmir hara, haradı?Nə mərifət, nə ədəb var canında,Bəxtəvərə yer də, göy də, bir gəlir.Qadın deyil, köləsiymiş sən demə,Yaman çaşıb, dünya ona dar gəlir.Yazıq olsun! Eh nələrdən xəbərsiz,İnsanlığı ucuz tutub, dolanır.Başı üstə Allahını unudub,Heç bilmirsən, hara hara yollanır.Bu bəladan tanrım özü saxlasın,Öz yerini bilməyənə nə deyim.İnsanlara, insanlığa xor baxan,Hünərsizdi, əlacsızdı, dəyməyin.112

“NƏFƏS” KİTABINI ALDIMTəqaüdümü alıb“Nəfəs” aldım.Ramiz Rövşənin“Nəfəs” kitabın!Kitabıəlimə alıb,Dərindənnəfəs aldım!Varaq-varaqvaraqladım.Sətir-sətiroxudum.Hər kəlməniudum-udumuddum içimə.Könlümişıqlandı.Duyğularımpərvazlandı.Aman-Allah!nəğmələrdəSeçimə bax,seçimə!Sözlərin əlvanlığı,mənası, yavanlığıGüc verdimənə.Şeirlər gözümdənura boyandı.113

Bu işıqdanürəkləndim,təzələndim.Haray saldımöz dünyama!Göydənyerə,Bu dünyayaboylandım.114

YENİ “MODERN ŞEİRLƏR”İllər dönür,Gün dönür.Zaman daBaşqalaşır.YeniModern şeirlərNə yamanAzğınlaşır.Ayaq tutubYeriyir,Üzdən iraqHəriflər.Çaşdırır oxucunu.Açıq-saçıqRədiflər.YeniliyəÜz tutub,Buraxırlar sükanı.FikirləriLüt-üryan.İtibPaklıq, ucalıq,Necə dəYoxa çıxıb,Elinədəb-ərkanı.HanıQoşma, gəraylı,Zövqlər itib, korşalıb.Ruhumuzun115

BağçasıYetimləşib,Boş qalıb.Nə sevilən,Nə sevən.Nə incəlik,Nə ürək.Bayatısız,Qəzəlsiz.Necə bizÖmür sürək.Yeni “Modern” şeirlərAbır-həyadanUzaq.GözəllikYoxa çıxıb.Hər şeyBom-boz,Yalquzaq.116

GÜLƏ BİLMİRƏMÖzümün-özümə yazığım gəlir,İçimdə bir boşluq haykırmadadı.Bir mənəm, bir də ki, görmədiklərim,Könlüm tək-tənhadı, darıxmadadı.Bu dünya əlində naçar qalmışam,Arzular, gümanlar yol azıb, nədir,Sevinc də, işıq da gözümnən itib,Sanki, sevinmirəm bir qərinədir.Havaya tamarzı, boğulan mənəm,Dərdimi-sərimi bölə bilmirəm,Ömrüm qəm yüküymüş, yazıya bir bax.,Bu dünya üzünə gülə bilmirəm.117

YAZIQ OLMUŞAMDeyəsən dəliyəm axı,Bu dünya gözümdə dönür.Hər yan zülmət qaranlıqdı,Gözlərimdə günəş sönür.Öz sözümə yad olmuşam,Ağzımda dilim quruyur.Yerə-göyə and içərdim,Sevdiklərimi qoruyub.Daha gücüm də qalmayıb,Nə sözüm var, nə söhbətim.Eləcə yazıq olmuşam,Yaman dönüb təbiətim.118

ƏYİLMİŞƏMBaşım hərlənir, bihuşam,Əzablarım mənə yetər.Düşmənimdən çəkinərdim,İnandığım ondan betər.Ürəyimin qüvvəsi yox,Hərlənirəm elə-belə.Öz-özümdən yanıxlıyam,Adım düşüb dildən-dilə.Əyilməzdim, sınmazdım mən,Dağ bilirdim, təpəymişəm.Tarazlığım yalanıymış,Diri gözlü əyilmişəm.119

KEÇƏN GÜNLƏRİYamyaşıl yarpaqlar saraldı, soldu,Yamyaşıl yarpaqlar ömrümə yaxın.Gah yolu düz getdim, gah kəsəsinə,Qocalıq, ahıllıq səmtinə baxdım.Könlümün baharı bitib, tükənib,Elə ağrılarla əlləşir canım.Gözümün giləsi dumanlanıbdı,Ömrü bada verdim, ay yazıq canım.Daha günlərimi sayan deyiləm,O göyçək günlərim, çiçək günlərim!Gözümü tuşlayıb çox uzaqlara,Eləcə gəzəcəm keçən günləri.120

SÖZÜM SİLİNİBDünyaya mat qalan canım,Bu nə işdi mən düşmüşəm.Naşıyammı qalam yolda,Eh... nələrlə görüşmüşəm.Yaxınlardan əl üzülüb,Ürək də yox, sənə yana.Qohum-qardaş bir-birindən,Uzaq düşür, sına-sına.Daha dolanmaq çətindi,Nə qışı, yazı bilinir.Ürək susub, dinən deyil,Könüldən sözüm silinib.121

VARLIĞIM ŞƏRDƏN YOX OLSUNSənə nə deyim, bilmirəm,Dediyim söz daşa dönür.Yolunda saçım ağardı,Böyütdüm, keçdi bir ömür.Dinləməyə səbrin çatmır,Anan ölsün belə yerdə.Daha dinən də deyiləm,Göz yaşım məni kiridər.Uzaq düşüb gedəcəyəm,Heç kimin əli çatmasın.Rəhm eyləmə daha, tanrım,Mənə ürəyin yanmasın.Baladan uzaq düşəcəm,Toyu-düyünü çox olsun.Yoluma sazaq düşəcək,Varlığım donsun, yox olsun.122

DOLANMAĞA HÜNƏR GƏRƏKVallah, bezmişəm hamıdan,Mənə dəli deyən çoxdu.Hanı bəxtəvər günlərim?Ha gəzirəm, itib, yoxdu.Özümə yer tapmaq çətin,Vurnuxuram, hara gedim.Burda lazım deyiləmsə,Mən razıyam, gora gedim.Dünyayla bitib mənimki,Yaşamağa həvəsim yox.İçimnən alov püskürür,Mələklənmiş nəfəsim yox.Daha dolanan deyiləm,Dolanmağa hünər gərək.Təklik özümə bir yükdü,Onu çəkməyə nər gərək.123

DİNMƏYƏMMətah satıram, alan yox,Doğru sözümdə yalan yox.Mən olan yerdə talan yox,Kim istər məni dinləyə.Bazarım-bazar deyilmiş,Mizan-tərəzim əyilmiş.Bu gələn günlər nə imiş,Eləcə deyirlər dinməyəm.Mərifət söyləmək nə lazım,Böyüyə əyilmək nə lazım,Həqiqət yoxdursa nə lazım,Vay fələk, ar edib dinməyəm.124

SABAHIM ŞİRİN AÇILAYenə halım dönüb, yenə tənhayam,Günəşdən uzağam, tutulmuş ayam.Oxundan gen düşən atılmış yayam,Bu payız havası ruhuma yaxın.Bu ömür, bu yolum özümə məlum,Zamanın əlində azan deyiləm.Qəlbimin səsidi içimə hopub,Kim deyir, nəğməli ozan deyiləm.Yaxınam kədərə, yaxınam qəmə,Məni də yaradan belə yaradıb.Elə dolanıram düzü, dünyanı,Məni dindirməyin, qanım qaradı.125

SAKİT OTAQSakit otaq.Tənhalığınİçində.XatirələrBaş qaldırıb,Min rəngdə,Min biçimdə.DolanıramAsta-asta,Dolanıram xəlvəti,Mən gəzirəmDünənimi.Böyüklərə hörməti.SakitlikdənQulaq batır.VarlığımdaTəlatüm.Öz-özümləBacarmıram.AyrılmışamYer üzündən.Yox olmuşamMən bütün.Düşünürəm.DüşüncələrHaldan salırÖzümü.Ha səsləyib,Çağırıram.Duyan yoxdu126

Sözümü.Sakit otaq,BoylanıramPəncərədən,Mən yazıq.GözlərimdəXatirələrCanlanaydıAzacıq.Dindirəydim,DinləyəydimDoğmalarıBirbəbir.Sakit otaq,Qərarım yox,Heç bilmirəm,Nə sirdir.127

KEÇƏMMƏRƏM ÖZ SÖZÜMDƏNYoluma çəpər çəkilib,Atlanıb keçə bilmirəm.Ağzımda dilim qarsıyıb,Su görüb, içə bilmirəm.Mat qalıb dünya işinə,Gördüm əlim havadadı,Ürəyimi buz eylədim,Dost dediyim davadadı.Keçən ömrə heç demişəm,Gileyliyəm öz-özümdən.Bircə onu bilirəm ki,Keçəmmərəm düz sözümdən.128

ADİLƏŞDİ HƏYACANIMDərdinnən dəli deyiləm,Qınama məni, qınama.Varlığın bir sirdi hələ,Çağırsan, gəlləm yanına.Nəfəsin qəlbi oxşadı,Donmuş könlüm təzələndi.Əlin dəydi əllərimə,Əllərimi üzəmmədim.Xoş anların ağuşunda,Ruhum yaman pərvazlanır.Alnımdaki, sərt qırışlar,Gah açılır, gah nazlanır.Heç bilmirəm, bu nə işdi,Düz dünyada dustaq canım.Xoş məqamı sənlə oldum,Adiləşdi həyacanım.129

QIŞA ÇATMIŞAMHavanın nəmidi, canıma düşüb,İsinmək əlimdə deyil ki, mənim.Gözlərim önündən çəkilmir bir an,Mənə həmdəm olub, kədərim, qəmim.Nə dinən deyiləm, nə də danışan,Susmuşam könlümün xanimanında.O günlər ruhumun nur çeşməsiydi,Gəzirəm bir eşqin ah-amanında.Yolların yorğunu mənəm, bilirəm,Bu yerin, bu göyün nur üzü hanı?Payıza son qoyub, qışa çatmışam,Gözümə xoş gəlir, qarın sahmanı.130

TAMELLA XANIMAÜrəyinin hərarəti gözündə,Müşgü-əmbər, hər kəlməndə, sözündə,Məğrurluğun, ləyaqətin, özündə,Yollarını keçə-keçə gəlmişik.Xoş gününə mübarəkə gəlmişik.Qadınlığın müjdəsisən əzəldən,Seçilmisən neçə-neçə gözəldən,Qoruyubdu Tanrım səni əzəldən,Gül-çiçəyi əkə-əkə gəlmişik,Xoş gününə mübarəkə gəlmişik.Əməllərin işıq saldı yoluna,Qüvvə gəldi biləyinə, qoluna,İnnən belə çalış, vuruş, yorulma,Şər qüvvəni yıxa-yıxa gəlmişik.Xoş gününə mübarəkə gəlmişk.131

YAŞ ÜSTÜNƏ YAŞ GƏLİBHalım dönüb, havalanıb qalmışam,Bu gen dünya gözlərimə dar gəlir.Zaman həmən, gərdişinə baxıram,Bu kəm-kəsir, öz-özümə ar gəlir.Fəsillərin yeri düşüb dəyişik,Payızda qış, qışda yazı gəzirəm.Doğmalardan uzaq düşüb ev-eşik,Qohum-qara itib, necə dözürəm?O istilik, o məhəbbət, o sevgi,Sərt dövranın çovğununa tuş gəlib.O anları, o günləri aradım,Bir də gördüm, yaş üstünə yaş gəlir.132

QINAYAN OLMASINEh, haraya yol salmışam,Düzlüyümnən tək qalmışam.Mən od olub qalanmışam,İtsəm, qınayan olmasın.Bu dünyada tənha canım,Coşur-daşır həyacanım.Gözəllərdə həya, canım,Bitsə, qınayan olmasın.Yollar çarpaz, çaşan mənəm,Dərddən dağlar aşan mənəm,Nəğmələri qoşan mənəm,Dinsəm, qınayan olmasın.133

VİDA ANIQardaş! Mənə bir od tutdun,Odum bağrımı yandırır.Qara telin gül qoxulu,Göz yaşımı ovundurur.Dilsiz canım yaman coşub,Ağı deyib, hey ağlaram.Yatağının dörd yanını,Nəfəsimlə sahmanlaram.Aman canım, yazıq canım,Gələn yoxdu harayıma.Əlim çatmır, ünüm yetmir,Viran qalmış sarayıma.Aman allah! Köməyim yox,Bacım mənlə göz-gözədi.Qardaşımın son nəfəsi,Nəfəsimlə üz-üzədi.134

GÖRÜNMÜRSƏNKönlümün nuru əriyir,Zamanla qaldım baş-başa.Gedirəm, yolum kəsədi,Ağlım dolaşa-dolaşa.Yüküm ağır, çəkən gərək,Bu meydanda təklənmişəm.Hər nə varsa fani imiş,Dərd içində ələnmişəm.Gecə zülmət, gözüm göydə,Bəlkə ulduza dönmüsən,Ürəyimin yağı qardaş,Neynəsəm də, görünmürsən.135

BU QİSMƏTƏ MƏN NƏ DEYİMÜrəyimdən daş asılıb,Gözlərimdən yaş asılıb,Arzularım boş, asılı,Bu qismətə mən nə deyim.Gecəm-gündüzüm bilinməz,Göydə ulduzum görünməz,Sevən ürəyim bölünməz,Bu qismətə mən nə deyim.Qardaşlarım heç yoxuymuş,Mən çaşmışam, bir yuxuymuş,Canımdakı, nə qorxuymuş,Bu qismətə mən nə deyim.136

ÖZÜMÜ ÖYƏ-ÖYƏYaz da gəldi, gül də açdı,Dərd əlindən yola qaçdım,Yazıq canım, mən əl açdım,Gözlərimi döyə-döyə.Yetimləşib, təklənmişəm,Dərd içimdə ələnmişəm,Qardaş deyə dillənmişəm,Baş-gözümə, döyə-döyə.Şah dərdimin əlindəyəm,Ağıların dilindəyəm,Gah yerdəyəm, gah göydəyəm,Dağ dərdimi öyə-öyə.137

BOYNU BÜKÜK BƏNÖVŞƏYƏM,BU GÜNDƏNQardaşlarım gözə dəydi, seçildi,Ayıldım ki, başı daşlı olmuşam.Ayaq tutub, dərdim mənə vay deyir,Bir də gördüm, gözü yaşlı olmuşam.Nə köməyim, nə təsəllim, var mənim,Haqq dünyanı üstün bilib, yox oldu.Qardaş deyib, cənazəni qaldırdım,Ac ürəyim üzə düşüb, tox oldu.Bu yollardan daha keçən deyiləm,Ayaq izim bu yolların yarası.Boynu bükük bənövşəyəm, bu gündən,Aman tanrım! Mənə dəyən olmasın.138

SƏRSƏRİYƏMSərsəriyəm, dolanıram dünyanı,Bir kimsədən umacağım yox mənim.Haqqı tutub, öz yolumla gedirəm,Nəfsim uca, bu aləmdə tox mənəm.Dərdlərimin şələsidi, yol gedir,Nə yorulur, nə ağrıyır, nə dinir.Gözlərimin yaşı hopub könlümə,Qorxa-qorxa ruhum məni dindirir.Ömür belə, nə sorğusu, sualı,Gedən gedir, gələn gəlir cavabsız.Sərsəriyəm, dolanıram dünyanı,Tərki-dünya içindəyəm, hesabsız.139

FANİ DÜNYABu dünya fani dünyadı,Dolanırıq qonaq kimi.Əlləşirik, çalışırıq,Heç bilmirik sabah kimin.Yaşayırıq sevə-sevə,Anamızı, körpəmizi.Eh.., nələrə əl atırıq,Qura-qura körpümüzü.Biz zamanın oyunçusu,Bax beləcə gedir zaman.Hey... gəlirik, hey... gedirik,Bu yolları zaman-zaman.140

NİKBİN OLDeyirlər bu həyatda,Nikbin ol, nikbin yaşa.Kimsəni düşünmədən,Çəkil yuxarı başa.Nə ümidsizə ümid,Nə xəstəyə kömək ol.Heç kimə məhəl qoyma,Tək özünə gərək ol.Həssaslıqdan uzaqlaş,Ürəyin daşa dönsün.Elə danış, elə gül,Hamı sənlə öyünsün.Desinlər bəxtəvərinNə dərdi var, nə səri.Min sözlə, zarafatla,Açır gələn səhəri.Neyləyim hal əhliyəm,Dərdli görsəm sınaram.Bu dünyanın acizi,Tək özümü sanaram.141

ELƏ YORULMUŞAMElə yorulmuşam,Bilmirəm nədən?Gözümü tor tutub,Şuxluğum itib.Cavanlıq yox olub,Düşübdü əldən.Elə bil dünyadaNə varsa bitib.Elə yorulmuşam,Bilmirəm niyə?Bəlkə də qocalıqMəni çaşdırıb.İllərin vəfasıBuyumuş demə.Nə sözü, söhbəti,Qarşımda durub.Elə yorulmuşam,Köməyim də, yox.Ayrılıq dəmidiMəni qorxudan.Nə sağım,Nə solum,Dadıma yetmir.Qorxuram üstüməGələn ordudan.142

KÖNLÜMÜ DUYMASANSənin gözlərində od qığılcımı,Mənim gözlərimdə həsrət zülməti.Ötürsən şip-şirin bülbülə bənzər,Durmuşam lal-dinməz, söz qənimətim.Danışan deyiləm, dinən deyiləm,Ömrün payızında xəzan donluyam.Eh..., nələr gözləyir hələ qabaqda,Özüm də bilmədən min oyunluyam.Beləcə ötürəm yazı, payızı,Qışın şaxtasıdı, çöküb qəlbimə.Gumanlar yollara iz salacaqdı,Könlümü duymasan, məni dindirmə.143

DƏNİZİN SAHİLİNDƏDənizin sahilindəDalğalarlaQoşayam.Nə ulduz var,Nə də ay,ÜmmanlaBaş-başayam.GecəninZülmətindəDənizinBaşqa ruhu.LəpələrHəmdəmimdi,GözəlliyinİçindəBir kimsədənYox qorxum.QıvırcıqTellərindəMin möcüzə,Min sehir.Ovqatım xoş,Könlüm xoş.Mən dənizəBaxıram.DənizMəniSeyr edir.144

Saçlarıma dən düşdü,İlk görəni mən oldum.İl ötdü, saç ağardı,Görəmmədim, kor oldum.145

DEDİLƏRBu zamana mat qalmışam, mat, özüm,Dillənəndə deyirlər ki, qart sözün.Doğma kimdi? Şirin olar yad sözü,Uzaq dolan, yaxın durma dedilər.Doğmalara yad olmuşam sən demə,Eh..., yormuşam, bezdirmişəm sən demə.Göz çıxardan bir bizmişəm sən demə,Uzaq dolan, yaxın durma dedilər.Əl-ayağım yerdən-göydən üzüldü,Allah! Nələr dil-dodaqdan süzüldü,Dağıymışam! Qəlpələndim, üzüldüm,Uzaq dolan, yaxın durma dedilər.İşə bir bax, əzizimə yağı mən,Xoş gününün qənimi mən, dağı mən.Göz dağıyam, ölməmişəm, sağı mən,Uzaq dolan, yaxın durma dedilər.Tikanlıqda bilən-bilir, gül olmaz,Ürək sınıb, neyləsən də sağalmaz,Soyuqluqdan qəlbim donub, ovunmaz,Uzaq dolan, yaxın durma dedilər.146

NƏ YAXŞI Kİ, VARSAN, VARKönlümün nur qönçəsi, ürəyimin yağısan,Ömrümün xoş müjdəsi, gözlərimin ağısan.Nə yaxşı ki, varsan, var, ay ruhumun sərvəti,Bitib tükənən deyil, sənsən varım, dövlətim.Ramazanda doğuldun, nəfəsin gül qoxulu,Tanrımın öz payısan, yarı oyaq, yuxulu.Ağam, Sultanım, Mevlam səni bizə pay verdi,Üzündəki, işığı göydən günəş, ay verdi.Evimin xoş müjdəsi, körpə quzum, nəvəmsən,Şükür, şükür bu günə, Əlimsən, Rövşənimsən.Böyü, boya-başa çat, güvənc yerim, öz balam,Dil aç, dilinə qurban, bir söz söylə, söz, balam.147

Yaz gəlib.Evdə isə iki qəlbinBuz soyuqluğu.148

Yağış yağır.PəncərəninGözü yaşlı.149

Ağaclar çiçəkləyib.Arzularım kimi.150

Güldün.Üzümə nur çiləndi.151

BaxışlarınÜrəyimin məlhəmi.152

Ömrün xəzan vaxtında,Payıza düşdüm.153

Tövbə edən insanMələyə bənzər.154

Sənə yer salmışam,Gözlərimin içində.Beləcə dolanırsan,Əzizim nur içində.155

İNSANLIQ BƏXŞ EDƏMBu yollarMəni aparacaqUzaqlara,Uzaqlara.Əlimdə əsam,DüşəcəmTorpağın hər üzünə,Borana,Sazaqlara,Sazaqlara.GəzəcəmBaharınTər qönçəsini.SevgimiSəpəcəmAna torpağa.NəfəsimləGözəllik cücərdəcəm.Eşq verəcəmHər çiçəyə,Hər cana.Nə qərarımOlacaq,Nə səbrim.Ta..., o vaxtacan,İnsanlıqBəxş edəm,Yer üzünə.Cahana!156

AĞIRDAN AĞIRPayızın havası hopub könlümə,Çiskini, dumanı duyan olmuşam.Dərdimlə-sərimlə allah, amandı!Bu dünya üzündə bəyan olmuşam.Sevgili könlümün əsiri özüm,İnsanlıq gəzirəm, əlimdə əsa.Ömrümün sonu da vaxtsız gələcək,Bu dünya üzündə gözəllik yoxsa.157

TAR ÇALINANDA(Tarzən Rafiq Quliyevə ithaf olunur)İlahi! bu sirdi, bu möcüzədi,Tarın sədaları öldürür məni.Yerlə-göy birləşib, lap göz-gözədi,Bilmirəm ağladır, güldürür nədi?Bu səsin havası könlümə hopub,Gah zildə dillənir, gah da ki, bəmdə.Özüm də bilmirəm niyə beləyəm,Mən başqa aləmdə, mən başqa dəmdə.Qəlbimin səsinə köklənib səsi,Ana laylasımı hopur canıma.Ovudur könlümü xoş titrəyişi,Elə bil can verir həyacanıma.Tarın sədasıdı bu gün həmdəmim,Onun tilsiminə düşüb gedirəm.Tar varım, qürurum, daha nə qəmim,Odu, min bir dildə məni dindirən.158

O GÜNLƏRO günləriYada salıram,Yada.İlahi!Nə qədərŞirinlik varmışMənimDünyamda.Nə qədərSevgi,Məhəbbət.Bir röyaymış,Bir nağılıymış,Əlbət.Ürəklər kövrək,Nəğməylə dolu.BaxışlardaQayğılarÇulğalanardı.İnsanlarBir-biriniSevər.SevgidənRuhlarıQanadlanardı.Bəxtəvərdik hamımız.Bəxtəvər.YazdaGül-çiçəklə159

Qolboyun.Ətirlənərdik eləcə.PayızdaBir az qəmli.Qışda,Nağıla dönərdikHər gecə.Beləcə,ÖmrüVurardıq başa.Dünəndə qaldıO anlar.XatirələrləBaş-başa,Bizik,Bizik qalanlar.160

MAESTRO CEYHUNAAllah səni saxlasın,Sən allahın bəndəsi.Çaldığın hər havada,Gözəllik təntənəsi.Ürəyinlə həm-ahəng,Möcüzəsən-sehirsən.Çıxarıb məhvərindən,Bizləri yox edirsən.Əlin deyil, qəlbinləDillənir hər bir simi.Bu hünər, bu cəsarət,Musiqi müjdəsimi?Çal! Çalğın ürəklərin,Məlhəmidir, məlhəmi.Çal! Çal ki, bu cahana,Gəlsin gözəllik dəmi.161

YADLAŞDIQBir andaYadlaşdınGözümdə.Səni yad bildimÖzümə.Xırdalandın,Kiçildin.Qəm donuydun.Bu ömrüməMin ölçüdəBiçildin.Heçə döndün.Bir heçə!Ürəyimi ağrıtdı,GözləriminÖnündənO günlərKeçə-keçə.Sındım.Çilik-çilikÇilikləndim,O gündən.Nə sənHəmən oldun,Nə də, mən!DünyamızBoşaldı.Yoxa döndükGün-gündən.162

GETMİSƏN(İftixara həsr olunur)Ömrünün bahar çağıydı,Nə tez xəzana yol açdın.Mələk donlu şeytan gəlib,Səni səslədi, qol açdın.Fələyin üzü ağ olsun,Yaşının oğlan çağıydı.Oğul! Sənin şahlıq taxtın,Allı-güllü bir bağıydı.Həyətin-bağçan soluxub,Hardan gəlib, hara getdin?Qana döndü ürəyimiz,Nə etdinsə, yara etdin.Daha açılmaz səhərin,Ay bəxti kəm, nə etmisən.Ürəkləri gücdən salıb,Vardan yox olub, getmisən.163

ÇIXDIN QARŞIMASəni gördüm, xatirələr oyandı,Göz önündə nələr, nələr dayandı,Könül dünyam əlvanlığa boyandı,Nə yaxşı ki, çıxdın mənim qarşıma.Göz yaşımın ümmanında üz görüm,Nələr çəkdim, görə bilsən, döz görüm,Elə dindir, hər kəlməndə köz, görüm,Deməyim ki, yenə çıxdın qarşıma.O günlərin həsrətini çəkən mən,Doğmalığın körpüsünü keçən mən,Xoş anları şərbət bilib, içən mən,Röya kimi canım, çıxdın qarşıma.164

GÜLƏMAİLGüllər içində bir gül,Nurdan pay alan bacım.Gündüzlər günəşə tay,Gecə, ay olan bacım.Sənmi gülə mailsən?Gülmü sənə, əzizim.Əlvanlıqdan don geyib,Billur siman, bənizin.Nəcabətin, varlığın,Çöhrənə bir yaraşıq.Güləmail gül olub,Gül-çiçəyə qarışıb.165

MƏNƏM DÜNYAYLA BARIŞANSənnən əlimi üzmüşəm,Əldən gedən qayıq kimi.O vaxtları yuxuluydum,İndi oldum ayıq kimi.Gözlərimdə dağ çiçəyi,Dərdim o qarlı zirvədən.Günəşdən imdad diləyib,Asdım bir qarış zivədən.Yanan qəlbim köz-köz olub,Nə dinənəm, nə danışan.Yol-yoldaşım, könül evim,Mənəm dünyayla barışan.166

DÜŞDÜMBu günün hər anı sirdi-sehirdi,Bilmirəm gecədi, yoxsa səhərdi,Özüm də çaşmışam, hal bir təhərdi,Ömrün payızında bahara düşdüm.Eləcə şadlanım, sevinim, gülüm,Ətrindən məst olum, çiçəyin-gülün,Gözəllik içində başmışam gülüm,Hər yan al-əlvandı, mən hara düşdüm?Yaşımın heyif ki, o vaxtı deyil,İllər keçib gedib, gül vaxtı deyil,Mənəm xoş məqamda, öz baxtım deyir,Oduna qalanıb, mən tora düşdüm.167

DÜNYAMA YARAŞIQİlləri yola salmışam,Səninlə küsüb, barışıb.Bir də ayılıb gördüm ki,Ömrümün üzü qırışıb.Sabah gəldi, ürəkləndim,Gah sevindim, gah təkləndim.Qanad çalıb, mələkləndim,Yuxular gördüm, qarışıq.Doğmalığın kaş düz ola,Hər kəlməndə xoş söz ola,Sevgi dolu cüt göz ola,Ola, dünyama yaraşıq.168

BU PAYIZ, BAŞQA PAYIZDIBu payız yağışlı gəlib,Xoş sözlü, alqışlı gəlib,Nur kimi, baxışlı gəlib,Bu payız, başqa payızdı.Başım üstə sığala bax,Buludların tül nazıdı.Yer-göy barlı-bərəkətli,Bu payız, başqa payızdı.Analar sevinc içində,Toylar çoxalıb, saysızdıÇiçəklərim yol üstədi,Bu payız, başqa payızdı.Baxıram çənə-çiskinə,Könlümdə ruhum razıdı.Ürəyimdən nələr keçir,Bu payız, başqa payızdı.169

SEÇƏ BİLMİRƏMHərdənHaldan dönüb,Bu dünyayaSığmıram.Nə yerdəRahatlığım var,Nə göydə.İnsanlarınNadanlığıMəni qoymurDolanam.Hey gəzirəm,Kəndir tapıb,AsamÖzümüGöydən!RahatlığımPozulub.Nə gecəm var,Nə yuxum.ÜrəyiminSevinci,Ərşə cəkilib,Nədir?AğzımdaDilim də yox.Elə bilLalıymışam.Nə vaxtdır,Qərinədir.170

YaşamaqMənə çətin.ZamanlaAramdakı,SəddiKeçə bilmirəm.YollarKələ-kötürdü.KönüllərBuz baltası.Hər yanZülmət,Qaranlıq.Bir kəsəBel bağlayıb,Tanrım!Seçə bilmirəm.171

DOST GÖRÜŞÜ(Kifayət xanıma ithaf edirəm)Bu gün dosta həmdəm oldum,Könlüm şadlandı, sevindim.Dərddən, qəmdən uzaqlaşıb,Xoş halımızdan isindim.Biz yollandıq bircə anda,Bilən yoxdu, eh.., haraya.Uşaqlaşıb yola düşdük,Çatdıq nağıllı saraya.Xatirələr qucağında,Selə dönüb, coşan da biz.O günləri yada salıb,Dağ başını aşan da biz.Nə gözəldi dost kəlməsi,Dünyamız nura boyanır.Ötən günlər bircə-bircə,Başın qaldırıb, boylanır.172

ƏZİZ DAYIMSizi gördüm sevindim,Ürəyim təzələndi.Doğmalıqdan isindim,Ruhum nurla bəzəndi.Daha yaş, o yaş deyil,İtib şuxluq, təravət.Sizinlə birgə olmaq,Aman-allah! Qənimət.Kimləri yada saldıq,Danışdıq ötənlərdən.Bizə çox yaxın olub,Ayrılıb, gedənlərdən.Danışdıq şirin-şirin,Gözlərimiz doldu da.- Dedin neyləmək olar,- Bu da, belə yoldu da.Ay mənim əziz dayım,Sənlə uşaqlaşıram.Unudub öz yaşımı,Tamam başqalaşıram.173

BİR YAR SEVDİMTora düşüb, bir yar sevdim,Ürəyimi paraladı.Gözlərinə gözüm düşdü,Bu gözəli qaraladım.Ağ bənizi nur çeşməsi,Elə baxdı, oda döndüm.Ha can atdım bir söz deyə,Gözlərində yada döndüm.Ürəyimin təpəri yox,Sözüm bitib, lalıymışam.Yuxularda buta görüb,Aşiq kimi ayılmışam.174

YOX OLUB GEDİBDünyanın ağırlığıİçimi əzir.Soyuq baxışlardanQaça bilmirəm.Könlümdə duyğularBaş alıb gəzir.Xoflu ürəklərin,Dilsiz qəlblərin,Sirri dərindədi,Aça bilmirəm.Elə bilNə varsa,Hər şey dəyişib.Aldığım hava daBaşqalaşıbdı.Ətrindən məst olanGülüm, çiçəyimSoluxub,Gözümdə qarılaşıbdı.Xoşbəxt məqamlarımYox olub, gedib.Xoşbəxt anlarımdanUzaq düşmüşəm.Öz könül dünyamaBir kədər hopub.Yenidən ağrımlaMən görüşmüşəm.Nə dinə bilirəm,Nə də danışa.Başımda uğultu,175

Qulağımda səs.Elə bil,İçimnən birQəhər qopur.Elə bil,AldığımBirAğırNəfəs!176

VƏTƏN DƏRDİÜrəyiminYağınıƏritdimGilə-gilə.DahaDözüm qalmayıb.Bu günümləDöyüşüb,Göz yaşımıGizlədim.AğladımGülə-gülə!Dərdimi bölüşməyəVallah,Üzüm qalmayıb.Dərdim,Vətən dərdidi!VətənMəndən inciyib!O yaralıTorpağın,Hələ dəGözü yolda.Bağrı qopanEllərin,Bayatılı,Laylalı,Harayı,Sözü yolda.Dilsiz,177

AğızsızCanım!ƏlimHara yetir ki.Bircə onuBilirəm.TorpaqAzad olmasa.Bu fani dünyamızdaGətirəmməzmənimki.178

MİLLİ KİTABXANAMİnsanlar gələr, keçər,Dərsini alar, keçər,Könüllə yollar keçər,Bu yol, elm məbədgahı.Ən tanınmış ünvandı,Oxuyana həyandı,Kitabxana ümmandı,Bu yol elmin dərgahı.Gəlir tanrımın səsi,Peyğəmbərin varisiAlimlərin cərgəsi!Nur, zəka qibləgahı.Kitabxanam öz andım,Damla-damla yarandın.Şan-şöhrətlidir adın,Sən bu günüm, sabahım,Elin elm qərərgahı.179

SÖZ QALIBSinəndə ürəyin qubar-qubardı,Bir bala nisgili apardı səni.Ocağın tüstüsü qara gəlibdi,Oğul qızlarından qopardı səni.Ocağın başından uzaq düşmüsən,Hayına-küyünə həsrət qalmışıq.Oğlunun yanına tələsən atam,Sənsiz yetimləşib, ağlar qalmışıq.Həyət-baca sənsizləşib, ay ata,Qol-budaqlı ağaclar da sozalıb.Yoxluğunla varlığını ucaltdın,Ev-eşikdə nisgil dolu, söz qalıb.180

BU İNSANLARBu insanlar adiləşib gözümdə,Yer yarılıb, inamımı itirib.Ağsaqqalın başda gəzən papağı,Aman-allah! Nər ömrünü bitirib.Gözəl-göyçək nənələrim şitləşib,Qırçın-qırçın tuman dönüb şalvara.Yaşmaq vuran gəlinlərim nağılmış.Abır-həya itib, dönüb şahmara,Mən də elə, xoş niyyətin carçısı.Bu zamanla dolanıram davalı.Yeri-göyü təmiz görmək istərəm,Belə getsə, havalıyam, havalı.181

ULDUZLAR YERƏ ENİBSəhərin zülmət gecəsiAla-toran, yuxulu.Səssizliyin içindəHər nə varsa, qorxulu.Göydə ulduz yox,Yerdə də oyaq adam.Az qalıram hay salıbYeri, göyü oyadam.Mən də yuxulu kimiBaxıram,Yol qarışıq.Ürəyim səksəkədəNə dinir,Nə danışır.Ulduzlar yerə enib,Pəncərəmdən sayrışır.182

BU BAHARSən mənim gözümün ay işığısan,Sən varsan, dünyam da nura boyanır.Qəlbimin eşq adlı yaraşığısan,Gözlərim gözünə baxır, boylanır.Gəl dinmə, danışma, bax eləcə sus,Susmağın sevginin həzin nəğməsi.Bir gülsən, dərməyə əlim də gəlmir,Allah! Özün saxla, gözüm dəyməsin.Bu bahar, ömrümün gözəl çağıdı,Bu bahar, qol açıb yaşıllaşacaq.Yazın gül-çiçəkli izinə düşüb,Arzular, gumanlar qoşalaşacaq.183

SƏNƏ KİM YAR OLACAQBənövşəm, canım mənim,Ləçəklərin tər-təzə.Səni dərə bilmərəm,Vallah, gələrsən gözə.Rəngin elə gözəldi,Ruhuma hopub elə.Başına dolanacam,Bu gün, elədən belə.Tanrım necə yaratmış?Bir sirdi, möcüzədi.Zərif möhtəşəmliyin,Dünyayla göz-gözədi.Bənövşəm, kövrəkliyin,Mənə bir dərd olacaq.İlahi bir çiçəksən,Sənə kim yar olacaq?184

ÖMRÜMƏ YAZDISənin gözlərində od qığılcımı,Mənim gözlərimdə vüsalın dəmi.Həsrətin daşını atmışam daha,Yox olub kədərim, yox olub qəmim.Dörd yanım al-əlvan, sirli-sehirli,Bu günüm səninlə bahardı, yazdı.Tanrımnan razıyam, şükür bu günə,Qismətin payıdı, ömrümə yazdı.Haqqın dərgahından pay alan mənəm,Könlümün sevgisi güldü, çiçəkdi.Sən varsan, yer üzü gözümdə gülüm,Tül rübənd altında, gözəl-göyçəkdi.185

QANIM QARADIYenə halım dönüb, yenə tənhayam,Günəşdən uzağam, tutulmuş ayam,Oxundan gen düşən atılmış yayam,Bu payız havası ruhuma yaxın.Bu ömür, bu yolum, özümə məlum,Zamanın əlində azan deyiləm.Qəlbimin səsidi içimə hopub,Kim deyir, nəğməli ozan deyiləmYaxınam kədərə, yaxınam qəmə,Məni də yaradan, belə yaradıb.Elə dolanıram düzü, dünyanı,Məni dindirməyin, qanım qaradı.186

GÖZƏLLİK MÜJDƏSİSƏNGözlərimin içində,Alışırdın, yanırdın.Hərdən ümmana dönüb,Gülüm, dalğalanırdın.Arzuların bir qucaq,Al-əlvan çələng idi.İstəklərin təzə-tər,Dağ qədər nəhəng idi.Quluna döndüm inan,Təmizliyin içində.Gözəllik müjdəsisən,Bu donda, bu biçimdə.187

BİR ŞAHLIQ QUŞUYAMAğrımla, acımla üz-üzə,Qalmışam gecəylə göz-gözə,Bir ümman gəzirəm hey.., üzəm,Bu dünya, bu cahan, ah, kimin?Qanadı qırılmış bir quşam,Könlümün əsiri olmuşam,Sonsuzluq içində yolmuşam,Əlimdən verdiyim baxt kimin?Dağların zirvəsi qarımdı,Bu bağlar, bağçalar barımdı,Könlümün nəğməsi varımdı,Bir şahlıq quşuyam, taxt kimin?188

ANALARIN ANASI(Qətibə xanıma ithaf olunur)Mərhəməti həqiqətin müjdəsi,Sədaqəti dağlarımdan ucadır.Ürəyinin sevgisidir nur sacan,Məramıyla, məqsədiylə ucalır.Heç bilmirəm, nə ad verim, nə deyim,Kimsəsizə kömək olub əzəldən.Nəcabəti, nəcibliyi üzündə,Seçilibdi neçə-neçə gözəldən.Hər gününün öz arzusu, diləyi,Gözlərində doğmalaşan yadı var.Yetimləri ağuşunda isidən,Hər anının şirin-şəkər dadı var.Könlündə nur, gözlərində şəfqəti,Gecə-gündüz keşik cəkir, oyaqdı.Nacar qalan körpələrin anası,Necə-necə balalara dayaqdı.Göy üzünün mələyidi-mələyi,Səmimidi, mehribandı hər dəmi.Tanrım onu bu dünyaya pay verib,Yer üzündə dərdlilərin həmdəmi.189

MƏNİ ÇAŞDIRIRDeməyin dərdliyəm, deməyin təkəm,Öz dünyam, öz ruhum belə qurulub.Ürək yox, dözməyə qeylü-qallara,Daha lal olmuşam, dilim yorulub.Özüm də bilmirəm, kimə güvənim,Yolumda daş-kəsək qala-qaladı.Təbiət bir anda min dona girir,Yoxsa, o da məni belə aldadır.Yerlərdə qəribəm, yerim yox mənim,Bu gecə, bu gündüz məni çaşdırır.Qismətin əlində oyun-oyuncaq,Varımı-yoxumu hey qarışdırır.190

TİLSİMƏ DÜŞMÜŞƏMRuhumda nələr var, çaşıb qalmışam,Könlümün əsiri özüməm, özüm.Bilmirəm nə gəzib, nə arayıram,Lal olub susmuşam, tükənib sözüm.Yer üzü gözümdə ögeyləşibdi,Ürəyim elə bil döyünmür daha.Torpağa üz qoyub sarı xəzəllər,Nə yaman bürüyüb məni günaha.Beləcə qırılıb qolum-qanadım,Tanıya bilmirəm sevdiklərimi.Gör necə tilsimə düşmüşəm allah!Unudub qalmışam, bildiklərimi.191

SÖZ YARASIDINə deyim, qınayım?Buna haqqım yox,İtirib-axtarmaq öz əlindədi.Tanrımın ən aciz bəndəsi mənəm,Gileyim-güzarım gözlərimdədi.Səslədim, söylədin dağ aşam gərək,Ayrılıb, gen düşüb düz yollarımız.Elə çaşmışam ki, söz də tapmıram,Yaman qaysaqlayıb yaralarımız.Arama, axtarma bu gündən məni,Qəlbimi don vurub, buz baltasıdı.Bu da bir hicrandı, ayrılıq dəmi,Ömrümə od salan, söz yarasıdı.192

GİRƏM MƏLƏK DONUNATənhalığın içində,Boğuluram havasız.Nə gələn var, nə gedən,Mən qalmışam qərarsız.Könlüm də dinən deyil,Əlim üzülüb ondan.Dincliyim haldan düşüb,Uzaqdı qalma-qaldan.Göydə nələr gəzirəm,Hey.., dolana-dolana.Hamıdan uzaqlaşıb,Girəm mələk donuna.193

DÖZƏN MƏNƏMYaş damlası yanağımda,Gülüş donub dodağımda,Eh.., nələrin sorağında,O günləri gəzən mənəm.Arzularım öz içimdə,Yalan deyil, düz biçimdə,Bağ-baxçalar gül içində,Qəm odunda üzən mənəm.Qərib könül dilə gəlməz,Bu gün getdi, ələ gəlməz,Qismətə bax, üzə gülməz,Yoxluğuna dözən mənəm.194

NƏ OCAQ VAR, NƏ KÜLÜAta evim yoxdu, yox,Torpağına baş əyim.Yurdsuz canım toxtamır,Boşalıbdı biləyim.Nə ocaq var, nə külü,Kor yolçuyam mən yazıq.Evin qibləsin tapsam,Qızınardım azacıq.Ömrümün çoxu gedib,Azına gumanım yox.Dünənimi gəzirəm,Yorğunam, amanım yox.195

BU PAYIZ GECƏSİHalıma çən-çiskin əl qatıb nədi?Payızın havası hopub içimə.Yarpaqlar saralıb, ayaq altında,Guman da qalmayıb daha seçimə.Ömrümün bilirəm xəzan tökümü,Bal dadan arzular yavanlığımdı.Gözlərim önündə min rəngə çalan,O şirin yuxular əlvanlığımdı.Bu payız gecəsi ruhuma yaxın,Nəğmələr bu gecə öz umacağım.Sayrışan ulduzlar könlümə düşüb,Sayrışan ulduzlar odum-ocağım.196

BİR YAŞ DA GƏLDİ(Zülfüqar müəllimə ithaf olunur)Ömrünün üstünə bir yaş da gəldi,Təbrikə dost-tanış, yoldaş da gəldi,Ahıllıq çağının könül bağçası,Tələsib əzizim, o başdan gəldi.Qışın oğlan çağı, dünyayla görüş,Gəlişin bir işıq, bir nur, bir gülüş.Tanrının payına şəkk-şübhə etmə,Bəxtin əlvan rəngli naxışdan gəldi.İçində bir nəfəs, sirri-xudadı,Gəzdiyin görünməz, yeri hardadı?Əməli-salehsən, bilirəm bunu,Göyün sədası da alqışdan gəldi.197

MƏNİM NƏVƏM(Nəvəvm Fəridəyə ithaf olunur)Şükür bu günki, günə,Hər nə varsa gerçəkdi.Tanrının payına bax,Allah! Nəvəm mələkdi.Varlığı bir damla nur,Göylər onu qoruyur,Necə gözəl uyuyur,Ürəyimdə ürəkdi.Gül-çiçəyə tay balam,Ay parçası, ay balam,Hay salacam, hay balam,Nəvəm arzu, diləkdi.198

PAYIZPayız üzün bozardıb,Vurub-çatır hamını.Havanın zoruna bax,Atır evin damını.Göyün üzü qaralıb,Yağış selləmə gəlir.Qarılar yerin salıb,İstisinə dincəlir.Ağaclara vay tutur,Küləyin qamçıları.Gözüm tavanda qalıb,Nə yaman damcılayır.199

BU DÜNYANI SEVİRƏMBu dünyanı sevirəm,Necə varsa eləcə.Ürəyimin acısın,Mən çəkirəm gizlicə.Sözümlə-söhbətimlə,Həmdəməm ağrılara.Qələmim itilənib,Düşmənəm yağılara.Mən vətənin övladı,Vətən mənə dayaqdı.Qarşımızda ucalan,Dalğalanan bayraqdı.Bu zamanı sevirəm,Dərdiylə, ələmiylə.Könlümdə qubarlayan,Min arzu, diləyiylə.200

DÜZLÜYÜM MƏNİ YIXDIYuxarıda yerim yox,Haqq sözüm mənə qənim.Gözüm kimi axtarır?Bilmirəm hara enim.Göz gəzdirdim dörd yana,Hara mənə yaxındı?Ağlım da havalanıb,Çaşdım, bu nə axındı?Sözünün ağası yox,Çoxu itib gözümdə.Ahıllar yada düşmür,Cavanlar göy üzündə.Olmuşam başı daşlı,Hey dolana-dolana.Düzlüyüm məni yıxdı,Gəlin, girin qoluma.201

QAÇQINAMArzularım pərəm-pərəm,Ürəyimi yoxdu görən.Elim itib, hanı görən,Qaçqınam anam, qaçqınam.Dağ döşündə sarı çiçək,Qəl yaramı sarı, çiçək.Hanı doğru, hanı gerçək,Uçqunam anam, uçqunam.Əlimdə bir əsa gəlsəm,Ya mən gələm, ya sən gəlsən.Yollar uzun, yolda ölsəm,Borcluyam anam, borcluyam.202

Gözəlliyin içində203

ЙАЗЫН ЭЯЛИШИЙазын эялишиди дялиб баьрымы,Рущумун ганады пярвазланаъаг.О эцллц-чичякли баьлар ичиндя,Кюнлцмцн няьмяси ганадланаъаг.Дцзляря вурьунам, лаля бичимли,Йам-йашыл йамаълар хялиси отдан.Буз булаг бал кими, суйу ичимли,Бу ъяннят салаъаг атлыны атдан.Ялванлыг ичиндя чашыб галмышам,Бу йазын эялиши башга олаъаг.Няьмямин щяр сятри, щяр бянди бу эцн,Эцллярин юзцйля бир доьулаъаг.204

GƏLSİNMeşədə ağac gördüm,Təravəti şux, gözəl.Yarpağı çaya düşüb,Nazla, qəmzəylə süzər.Otların yaraşığıXəlidən geri qalmaz.Naxışlar neçə rəngdə,Şehi mirvari, almaz.Meşə nağıllı dünya,Açarın tapan gəlsin.Bu torpağın, bu suyun,Qəlbini duyan gəlsin.205

ELƏ DÜNYAMDA QALACAMAyağım torpağa dəydi,Yerdən mənə güvənc gəldi.Hara baxdım göz oxşadı,Dünyam mənə nəhəng gəldi.Baxdım sağa, baxdım sola,Ürəyimi düz eylədim.Allı-güllü cicəkləri,Çələng hörüb, söz eylədim.Gözəlliyin içindəyəm,Xoş məqamda səs salacam.Dünyam nura boyanacaq,Elə dünyamda qalacam.206

YAYDA YAĞIŞYayın qəribə halı var,Çiskin, duman içindədi.Göyün üzü qara geyib,Canım qəmli biçimdədi.Pəncərədən baxan mənəm,Yağış dənizə vay tutur.Bu yay payızdan betərdi,Bulud coxalıb, ay tutqun.Ürəyimə bir xal düşür,İsti yuvamız soyuyur.Bu yay payızdan betərdi,Bulud coxalıb, ay tutqun.207

BU PAYIZBu payız yaman gələcək,Nəfəsi qar udumludu.Qışı payızda düşəcək,Hər günü min oyunludu.Yağış doluya dönəcək,Əsəcək qoca qarılar.Gül-çiçəklər büzüşəcək,Yuvadan çıxmaz arılar.Bu payız məni qorxudur,Ürəyim tükdən asılı.Bu soyuq qışdan betərdi,Dolmuşam, içim sarsılıb.208

DOYMADIMPayızın acısı mənə vay tutur,Cavanlıq əlimdən qaçası oldu.Eləcə gözümü yumub, açınca,Gördümki, qocalıq boxçası doldu.Yoruldum, uçundum, sərçə sayağı,Ha atdım əlimi, havada qaldı.İlləri ötürdüm elədən-belə,Doymadım, bir gözüm yuvada qaldı.Neynəsən sahibi çıxan deyilsən,Bu dünya sehirdi, bu dünya sirdi.Bu yollar uzunu, mən qərib yolçu,Yeri də, göyü də, könlüm sevirdi.209

YENİ İLİMBir il də belə getdi,Ötürdüm bircə anda.Uçurdum xoş anları,İllərin qanadında.Eh, nələri, nələriYola saldım bilmədən.Yeni il müjdə dolu,Tutub mənim əlimdən.Qara bürünüb hər yan,Bu qış bizə xoş gəlib.Yeni ilin ilk günü,Qar-çovğuna tuş gəlib.210

BU BAHAR BİR GÖZƏLDİGüllər-gülə bənd olur,Al-əlvandı dörd yanım.Gözəlliyin içində,Necə dözüm, dayanım.Çiçəklərin ətrindən,Bihuş olmuşam yenə.Baharın gəlişiylə,Mənəm, mənəm öyünən.Dünyam gözəl görünür,Bağ-bağçalar naxışlı.Bu bahar bir gözəldi,Qəmzəli, xoş baxışlı.211

ARZULARIMArzularım çiçək açır, gül açır,Arzularım neçə rəngdə, çalarda.Arzularım əlvan donlu bir aləm,Doğulacaq həm qışda, həm baharda.Arzularım nə tükənir, nə bitir,Sonsuzluğa sahib çıxan özüdü.Dağlarımın şəlaləsi dil açır,Buz bulağın şırıltısı, sözüdü.Arzularım gül qönçəli tumurcuq,Yol uzunu ətəyinnən tutan mən.Bilən bilir, şirin-şəkər günləri,Şükür deyib, bu günümə qatan mən.212

GÖZƏLLİYİN İÇİNDƏKönlüm coşub, payına bax, payına,Çəmən gözəl, çiçək gözəl, ot gözəl.Əlvanlığın sirri-sehri min aləm,Ürək yazar, dil söyləyər, əl süzər.Naxış-naxış yarpaqların xoş dəmi,Çiskinə bax, yerin-göyün həmdəmi.Aman duman, gəl gətirmə bu qəmi,Bu çən-duman ürəyimi ah, üzər.Gölə bir bax, xoş nazənin yar kimi,Bəndə düşüb neçələri, tor kimin?Bu təbiət, bu möcüzə, var, kimin?Qu quşları gölə aşiq, hey süzər.213

“QAX”DI, QAXDağ başında buludların çələngi,Tamaşadı meşələrin nəhəngi,Bu torpağa kim veribdi al rəngi,Təbiətin möcüzəsi Qaxdı, Qax.Şəlalələr heyran edir adamı,Ballı bulaq alacaqdı qadamı,Dörd yanımız yaraşıqlı odamı,Ana yurdun sirr türbəsi Qaxdı, Qax.Cavanları, gəlinləri, qızları,Matda qoyar göydəki ulduzları,Dilə gələr qoşma dolu sazları,Yer üzünün şirin sözü Qaxdı, Qax.Döşənibdi gül-çiçəkdən xalılar,Bəhrələnir min-min ballı arılar,Hey..., Dillənər gözəl-göyçək qarılar,Cənnət adlı bir məkan da Qaxdı, Qax.Qoz ağacı çətirlənib yol boyu,Vələsdimi, sıralanıb qol-boyun,Nə edim ki, bu obadan mən doyum,Nağıl dünyam, elin gözü Qaxdı, Qax.214

BU PAYIZ, BAŞQA PAYIZDIBu payız yağışlı gəlib,Xoş sözlü, alqışlı gəlib,Nur kimi, baxışlı gəlib,Bu payız, başqa payızdı.Başım üstə sığala bax,Buludların tül nazıdı.Yer-göy barlı-bərəkətli,Bu payız, başqa payızdı.Analar sevinc içində,Toylar çoxalıb, saysızdıÇiçəklərim yol üstədi,Bu payız, başqa payızdı.Baxıram çənə-çiskinə,Könlümdə ruhum razıdı.Ürəyimdən nələr keçir,Bu payız, başqa payızdı.215

BAĞDABu gecənin sakitliyi,Hopub içimə-içimə.Ayla-ulduz mənə baxır,Cavab qalıbdı seçimə.Bu dünyadan ayrı düşüb,Bağda özümü tapmışam.Gözəllikdən bihuş olub,Müşgü-əmbəri dadmışam.Nəfəs çəkib saflaşıram,Hər tərəfim gül qoxulu.Bu gecənin aydınlığı,Gah oyaqdı, gah yuxulu.Gecə sirli, pıçıltısı,Mənə nəğmələr oxuyur.Ulduzlar vallah sözləşib,Gümüşü xalı toxuyur.Bağda başqa bir fisun varMən heyranam bu gecəyə.Nur içində yoğrulacam,Yol açacam gələcəyə.216

Dördlüklər217

Gözlərim yolları gəzir, dolanır,Fələkdi, başıma yaman dolanır.Gedirəm ömrümün sonuna sarı,Mələklər əl edir, göydən boylanır.218

Əlimi göyə uzatdım,Səsimi kəsdim, azaltdım.Fəryadım içimə düşdü,Durub fələyə söz atdım.219

Neyin sehrinə düşmüşəm,Mən kimlərlə görüşmüşəm.Neyin nəfəsi, nəfəsim.Eh..., nələrdən gen düşmüşəm220

Ney ağlatdı için-için,Könül susdu, yandı içim.Bu hal bir badə meydimi?Bu badəni verin, içim.221

Neyim sirli bir xudadı,Neyim sonsuz bir adadı.Oda düşüb yanan mənəm,Ney dillənir, o dardadı.222

Dərdin ağırlığından,Ruhum para-paradı.Ürəyim nəsə düşüb,Boyanıb, qap-qaradı.223

Harın üzlər düz üzümə qayıdır,Haqsızlıqdan yorulmuşam, bezmişəm.Bu dünyanın əvvəli nə, sonu nə?Yollar uzun, gedər-gəlməz izmişəm.224

İçimdə təlatüm, bir hay, bir haray.Halıma özümün yazığım gəlir.Bu ögey dünyada tək qalan canım,Nəfsindən nagüman, tamarzı gəlir.225

Gecə yarı, fikrim qarmaqarışıq.Öz-özümü itirmişəm eləcə.Zaman gərək, yeri-göyü duyasan.Gidi dünya bilməcədi, bilməcə.226

Ərənlərim hu... dedim,Gələnlərim bu dedim,Bu yolların yolçusu,Tanrımın qulu dedim.227

Ayrıldım dünyanın qeylü-qalından,Döndərdim üzümü nadanlarındanTək-tənha sığındım, torpağa sarı,Mən imdad dilədim bağbanlarından.228

Neyləyim bu dünya mənə dardı, dar,Kövrəklik anamdan qalıb yadigar.Qonağam, bu günüm gəldi-gedərdi,Yuxulu könlümü de, kim oyadar.229

Nataraz adama rast gəldim yenə,Könlümün telləri düşdü düyünə.Bu günüm ömrümə yazılmasın heç,Fələyin özüdü baxıb, öyünən.230

Sabahım xoş gördük, xoş gördük səni,Açılan gül-çiçək sənindir, sənin.Qızılgül, al lalə şehli, rübəndli,Bu cənnət gözəllik, açan səhərin.231

Bu dünyaya yadam özüm,Ögeyləşib baxan gözüm.Yollar çarpaz, yorğunu mən,Həmdəm olub, mənə sözüm232

Bağçada gül qoxuyur,Bülbül nəğmə oxuyur.Sevən qəlblər birləşib,Əlvan çələng toxuyur.233

Mənəm sözü qəribsəmiş,Gileyliyəm öz-özümdən.Leysandımı yolun azıb,Aşıb-daşır gözlərimdən.234

Baharın müjdəsi güldü, çiçəkdi,Tumurcuq budaqlar əzizlər məni.Hər yan al-əlvandı, təzə-tər, göyçək,Bulaqlar könlümün sözlü məlhəmi.235

Ömrümün ahıl vaxtıdı,Sonunu yaman gözlərəm.Göylərin çəni-çiskini,Yol üstə duman gözlərəm.236

Naşı sözlər məni məndən yox edir,Könül susur, gözlərimə tor düşür.Yuxularım əcəb ərşə çəkilib,Yatağıma, aman-allah, qor düşür.237

Ürəyimə od ələndi,Dil açıb yaman dilləndi.Meylimi bağçaya saldım,O da dərdimdən gülləndi.238

Arandan dağa yol açdım,Düşdüm yaylağa, qol açdım.Bulaq bumbuz, hava təmiz,Rəngim düzəldi, gül açdım.239

Gedər gəlməzə düşmüşəm,Gah ağlayıb, gah gülmüşəm.Haqdan xoş təbli səs gəldi,Mən tanrımla görüşmüşəm.240

Yer də, göy də mənə yaxın,Əl uzadıb, göyə qalxım.Qanadlanıb uçum, uçum,Ulduzlara olum yaxın.241

Havam çatmır, sıxılıram,Gözlərimə tor düşüb.Bu nadanlıq zamanında,Ürək susub, bürüşüb.242

Göydən imdad diləyəcəm,Göylər mənim pənahım.Yerdən küsgünəm ilahi!Orda açılsın sabahım.243

Gül dərdim könlümə yaxın,Naxışlandı diləyim.O qədər zərif, incədir,Dərdimi necə söyləyim?244

Əl atmışdım yaxşılığa,Məni yaman bildilər.Doğmalarım yada dönüb,Uzaqdan dindirdilər.245

Dediklərim boyadıyıb,Söz-söhbətim azalıb.İlham pərim üzüb məni,Qəlbim susub, sozalıb.246

Dağlar! Mənə hay verin,Gücünüzdən pay verin.Ömrüm yaman tükənib,Üzülmüşəm, say verin.247

Tənhalaşıb qalmışam,Tənhalıq məni üzür.Özümə sığınmışam,Yerdən-göydən üzülüb.248

Umacağım yox daha,Dərddə qalıbdı yaxam.Məni soruşan olsa,Deyin itibdi, yoxam.249

Bu dünya gözümdə oyun-oyuncaq,Bu dünya gözümdə belə qalacaq.Nə varsa əlimdə, gəldi-gedərdi,Bir yandan boşalıb, bir yan dolacaq.250

Gözümdən yuxu çəkilib,Nə varsa hər şey kiçilib.Götür-qoy edən ürəyim,Əzəldən belə biçilib.251

Mənə baxan bəxtəvərlik oxudu,Aman-allah! Nəfəslərdən qorxurdum.Kəmənd atıb, torbasını toxudu,Mən də belə, bu günləri yarıdım.252

Bir anlıq səadət əsrə bərabər,Dünyanı bir anlıq bəxş etdim sənə.Gözündə nur gördüm, nur nə qədərdir,Məni heyran etdi bir gülümsəmən.253

Üzümə sabah açılıb,Günəşin teli saçılıb.Ayrılıq dəmi yamanmış,Dərdim gül olub, açılıb254

Yollar məni yoran deyil,Dağ qalxıram, aran deyil.Arzularım coşub-daşır,Dediklərim guman deyil.255

Hər nə varsa mat qalmışam,Baxa-baxa yorulmuşam.Yolun bilib gedənlərə,Əsa tutub, qoşulmuşam.256

Əlimə bir damla düşdü,Əzizləyib mən görüşdüm.Göyə baxıb, üzüm güldü,Yağan yağışla öpüşdüm.257

Gecə yarı, yuxum yox,Ürpənirəm, qorxum çox.Nadan məni çaşdırıb,Elə bilki, yoxam, yox.258

Bu dünyada mələk gəzdim,Hamı üzünü döndərdi.Mat qaldım belə zamana,Məni hayana göndərdi?259

Kaş o günlər olaydı,Atam, anam olaydı.Ürəyim şirin-şəkər,Arzularla dolaydı.260

Sandım ki, bu dünya bir cənnətdi gözümdə,Yalan yox, dediyim hər kəlməmdə, sözümdə.İllər boyu inandığım, dost sandığım insafsız,Yaman sındı, çilik-çilik, çilikləndi gözümdə.261

Doqquz ay bətnimdə bəslədim,Doqquz ay qəlbimdə səslədim.Dünyaya göz açdı, böyüdü,Könlümü incitdi, küsmədim.262

Bir nadan sözündən uçundum,Gedirəm, öz yolum yolçumdu.Qanadı qırılmış bir quşam,Yayını tuşlayan ovçumdu.263

Hünər yox dərdimi çəkməyə,Ağrısın-acısın biçməyə.Mən zəm-zəm suyunu istərəm,Bir qurtum gözündən içməyə.264

Acıyıram bu dövrana, bu günə,Calanıbdı aylar-aya, gün-günə.Necə gəldi, necə keçdi, bilmədim,Həsrət qaldım o aylara, o günə.265

Gözümün nuru azalıb,Üzümün rəngi sozalıb.Cavanlıqdan yoxdu əsər,Saça ağ düşüb, bozarıb.266

İnsanlığı uca tutdum,Dağ başını qoca tutdum.Yetimlərə əl uzadıb,Yuxa yayıb, saca tutdum.267

Az qaldım azam yolumu,Bel tutub, qazam yolumu.Göydən səda gəldi mənə,Dindirdi ozan yolumu.268

Keçmişlərə yol salacam,O günlərə sarılacam.Uşaqlığı yada salıb,Xəyallarda durulacam.269

Ay özümə bələd canım,Şəkər canım, gülqənd canım.Məni-məndən küsdürüblər,Coşub-daşır həyacanım.270

Gecə yarı, ay da düşüb könlümə,Gümüş-gümüş nur çilənir könlümə.Nəğmə dolu bir dünyayam bilirəm,Həzin-həzin səs yayılır könlümə.271

Yaz da gəlib, gül də açıb, çiçək də,Hər nə varsa, dilə gəlir gerçəkdən.Yaz yağışı torpağıma güc verir,Xəbər gəlir kəpənəkdən, böcəkdən.272

Sonsuzluğa çatammaram,Qəlbimdə daş, atammaram.Ömür vəfa qılan deyil,Əldən getdi, tutammaram.273

Dərdimi necə çəkim,Dərdim elin dərdidir.Ürəyim şama dönüb,Piltə-piltə əridi.274

Bayatılar275

Şəkərim-qəndim qızım,Ürəkdə bəndim qızım.Sən gedəli yollarda,Vay deyən məndim, qızım.Daş idim, muma döndüm,Küsdürdün, yana döndüm.Elə od qoydun mənə,Qəm üzlü dona döndüm.Ahdı-amandı günüm,Sənsiz yamandı günüm.Dizin-dizin sürünnəm,Bura hayandı, gülüm?Ahım dağlara düşdü,Soldu, bağlara düşdü.Bala deyib laladım,Naləm haraya düşdü?Əzizim bala dərdi,Yamandı bala dərdi.Tanrım! Düşmənimə də,Görk etmə bala dərdin.Qızım şahlar şahıydı,Könlümün naxışıydı.Gözəllərin içində,Yaxşılardan yaxşıydı.276

Bala dedim, dil yandı,Ürək yandı, dil yandı.Bağrım dağım-dağımdı,Al qanıma boyandım.Bala dedim, bal dedim,Ocaq sönər, qal dedim.Gözüm seçmir kimsəni,Kor canımı al dedimO səs kimin səsidi,Gülümün nəfəsidi.Bəxtəvərdim, gül dərdim,Dedi, yolun tərsidi.Sinəmdə od qalanıb,Nə yaman od qalanıb.Bal balam, noğul balam,Görən hara yollanıb?Toy-mağar qurun gəlsin,And verin, durun gəlsin.Dözməyə hal qalmayıb,Yolları yorun gəlsin.Əzizim gələ-gələ,Dərd dərdim gələ-gələ.Göz yaşım yol boyunca,Süzülür, gilə-gilə.277

Əzizim gül ətrinə,Həsrətəm gül ətrinə.Səni deyib durmuşam,Bənzərdin gül ətrinə.Günəşim-ayım mənim,Cənnətdə payım mənim.Bağ-baxçalar gül açıb,Güllərə tayım mənim.Yuxuydun, gəldin-getdin,Könlünü verdin, getdin.Oda-alova dönüb,Can bala! Yandın, getdin.Əzizim bala dərdi,Yamanmış bala dərdi.Fələk mənə vay tutdu,Çəkdirdi bala dərdi.Odu vurun təndirə,Məni qoyun təndirə.Bu alovu, bu odu,Hünər istər söndürə.Yandım, külüm ələndi,Dərdə-qəmə bələndim.Soraq verən olmadı,Bala deyib, mələdim.278

Yazım dönüb qış oldu,Fələk yaman tuş oldu,Mənim sirrim-sirdaşım,Gözlərimdə yaş oldu.Xoş günüm qara gəldi,Boyandı, qara gəldi,Güllü-çiçəkli yazım,Şaxtalı qara gəldi.Atlıydım, atdan düşdüm,Bəxtəvər addan düşdüm,Məni görən ağlasın,Allah! Taxtımdan düşdüm,Hanam qəmnən qurulub,Min-min ilmə vurulub,Oxuduğum bayatı,Dərd-ələmnən qurulub.279

M Ü N D Ə R İ C A TƏLVAN SƏTİRLƏR ............................................ 3CELALEDDİN RUMİNİN İZİ İLE ...................... 9MEVLANA ZİRVƏSİ ........................................ 11Hu Mevlam huHU MEVLAM HU ............................................ 20MİN-MİN KÖNÜL OYANIR ............................. 22ORDASAN AĞAM, BİLƏCƏM ........................ 23ÜZƏ GÜLDÜ ƏMƏLİM .................................... 24YOL AÇDIM ...................................................... 25QƏLBİMƏ İNCİ DÜZƏCƏM ............................ 26“HU” DEYƏCƏM .............................................. 27ƏLVİDA DEMİRƏM ......................................... 28SƏMA RƏQSİ .................................................... 29ZİYARƏTƏ GƏLMİŞƏM .................................. 31DƏRGAHINA GƏLMİŞƏM .............................. 32NEY ..................................................................... 33DÜNYAM TƏZƏLƏNİR ................................... 35BU İNCİNİ DÜZƏM-DÜZƏM .......................... 36QIRMIZIDA QARA GÖRDÜM ......................... 37BU GECƏ ........................................................... 38MƏNİ DİNDİRƏN OLMASIN .......................... 39FATİMEYİ ZƏHRADI ....................................... 40DÜŞÜB KÖNLÜMƏ .......................................... 41TANRIM ............................................................. 42TANRIM HÜNƏR VER MƏNƏ ........................ 43ALLAHIM .......................................................... 44GÖZÜM BAXIR KOR OLMAĞA ..................... 45UZAQLARDAN GƏLMİŞƏM ........................... 47SEVGİ GƏZİRƏM .............................................. 48AC DÜNYADA TOX MƏNƏM ........................ 50YOXAM .............................................................. 51280

QUŞ OLDUM ..................................................... 52YAZIQ OLMUŞAM ........................................... 53AY YORĞUN .................................................... 54HEÇƏ SÜRMÜŞƏM .......................................... 55DÜNYAMDA QALACAM ................................ 56UCU KƏLƏFLİ DÜNYA .................................... 57QUŞ OLDUM ..................................................... 58ÖMRÜ BELƏ SÜRÜRƏM ................................. 59MƏN GEDİRƏM ................................................ 60SÖZÜM BİTİB .................................................... 61GÖZƏLLİK QURUM ......................................... 62KÖNLÜM MƏNİM BƏLƏDÇİM ...................... 63BU QIŞ ................................................................ 64QƏM GƏZDİRDİM ............................................ 65ƏRİDİM GÜL ƏTRİNƏ ..................................... 66DOLANIRAM DÜNYANI ................................. 67SİRLƏ DOLU TAPMACAM ............................. 68NƏVƏM .............................................................. 69YARI YOLDA QALMIŞAM .............................. 70UDUZDUM ........................................................ 71SÖZÜMÜN KƏSƏRİ BİTİB ............................... 72HAKİMİ MƏN .................................................... 73GÜNÜM YOX .................................................... 74GEC DEYİL Kİ ................................................... 75GEDİRƏM .......................................................... 76ŞÜKÜR BU GÜNƏ ............................................ 77YOX EYLƏ ......................................................... 78PAYIZDAN QIŞA GEDİRƏM ........................... 79KÖNLÜM DURULSUN ..................................... 80AĞLAYAN DEYİLƏM ...................................... 81NƏ QƏDƏR RAHATAM ................................... 82DƏNİZ VƏ MƏN ............................................... 83TİLSİMİNƏ DÜŞMÜŞƏM ................................. 84281

ADINI ÇƏKMƏYƏ BİR NEY İSTƏRƏM ........ 85NİYYƏTİM XOŞ BİÇİMDƏ .............................. 86TANRI PAYIMI ALMASAM ............................ 87DÜNYAM SİRLİ-SEHİRLİDİ ........................... 88BU GÜL .............................................................. 89NEY SƏSİNƏ DÖNMÜŞƏM MƏN .................. 90BİLMİRƏM HARA ÇƏKİLİB ........................... 91YOL GEDİRƏM ................................................. 92YA RƏBB, SƏNƏ SIĞINIRAM ......................... 93RAZIYAM .......................................................... 94GÖRƏN SONU NƏ ............................................ 95BELƏCƏ GÜNLƏRİ VERƏCƏM BADA ......... 96YOLUN HARADI .............................................. 97ARZUMA YETİR MƏNİ ................................... 98BUNU YƏQİN BİLMİŞƏM ............................... 99KİMSƏYƏ ƏL AÇMIRAM .............................. 100ALLAH GÖZƏLDİ AXIRIM ........................... 101GÖYLƏRƏ DEYƏCƏM BİLDİKLƏRİMİ ...... 102GÖZƏLLİYƏ GÜVƏNSİN .............................. 103QIZILGÜLÜM .................................................. 105HAMI ORDA GÖRÜŞƏCƏK ........................... 106Özümlə söhbətAĞLAYIRAM GÜLƏ-GÜLƏ .......................... 108XOCALIM ........................................................ 110GÜLƏ BİLMİRƏM .......................................... 111ƏLACSIZDI DƏYMƏYİN ............................... 112“NƏFƏS” KİTABINI ALDIM .......................... 113YENİ “MODERN ŞEİRLƏR” .......................... 115GÜLƏ BİLMİRƏM .......................................... 117YAZIQ OLMUŞAM ......................................... 118ƏYİLMİŞƏM .................................................... 119KEÇƏN GÜNLƏRİ .......................................... 120SÖZÜM SİLİNİB .............................................. 121282

VARLIĞIM ŞƏRDƏN YOX OLSUN .............. 122DOLANMAĞA HÜNƏR GƏRƏK ................... 123DİNMƏYƏM .................................................... 124SABAHIM ŞİRİN AÇILA ................................ 125SAKİT OTAQ ................................................... 126KEÇƏMMƏRƏM ÖZ SÖZÜMDƏN ............... 128ADİLƏŞDİ HƏYACANIM .............................. 129QIŞA ÇATMIŞAM ........................................... 130TAMELLA XANIMA ...................................... 131YAŞ ÜSTÜNƏ YAŞ GƏLİB ............................ 132QINAYAN OLMASIN ..................................... 133VİDA ANI ......................................................... 134GÖRÜNMÜRSƏN ............................................ 135BU QİSMƏTƏ MƏN NƏ DEYİM ................... 136ÖZÜMÜ ÖYƏ-ÖYƏ ......................................... 137BOYNU BÜKÜK BƏNÖVŞƏYƏM,BU GÜNDƏN ................................................... 138SƏRSƏRİYƏM ................................................. 139FANİ DÜNYA .................................................. 140NİKBİN OL ....................................................... 141ELƏ YORULMUŞAM ..................................... 142KÖNLÜMÜ DUYMASAN ............................... 143DƏNİZİN SAHİLİNDƏ .................................... 144Saçlarıma dən düşdü .......................................... 145DEDİLƏR ......................................................... 146NƏ YAXŞI Kİ, VARSAN, VAR ...................... 147Yaz gəlib ........................................................... 148Yağış yağır ........................................................ 149Ağaclar çiçəkləyib ............................................. 150Güldün ............................................................... 151Baxışların .......................................................... 152Ömrün xəzan vaxtında ....................................... 153Tövbə edən insan ............................................... 154283

Sənə yer salmışam ............................................. 155İNSANLIQ BƏXŞ EDƏM ................................ 156AĞIRDAN AĞIR .............................................. 157TAR ÇALINANDA .......................................... 158O GÜNLƏR ...................................................... 159MAESTRO CEYHUNA ................................... 161YADLAŞDIQ .................................................... 162GETMİSƏN ...................................................... 163ÇIXDIN QARŞIMA .......................................... 164GÜLƏMAİL ...................................................... 165MƏNƏM DÜNYAYLA BARIŞAN ................. 166DÜŞDÜM .......................................................... 167DÜNYAMA YARAŞIQ ................................... 168BU PAYIZ, BAŞQA PAYIZDI ........................ 169SEÇƏ BİLMİRƏM ........................................... 170DOST GÖRÜŞÜ ............................................... 172ƏZİZ DAYIM ................................................... 173BİR YAR SEVDİM ........................................... 174YOX OLUB GEDİB ......................................... 175VƏTƏN DƏRDİ ............................................... 177MİLLİ KİTABXANAM .................................... 179SÖZ QALIB ...................................................... 180BU İNSANLAR ................................................ 181ULDUZLAR YERƏ ENİB ............................... 182BU BAHAR ...................................................... 183SƏNƏ KİM YAR OLACAQ ............................ 184ÖMRÜMƏ YAZDI ........................................... 185QANIM QARADI ............................................. 186GÖZƏLLİK MÜJDƏSİSƏN ............................. 187BİR ŞAHLIQ QUŞUYAM ................................ 188ANALARIN ANASI ......................................... 189MƏNİ ÇAŞDIRIR ............................................. 190TİLSİMƏ DÜŞMÜŞƏM ................................... 191284

SÖZ YARASIDI ............................................... 192GİRƏM MƏLƏK DONUNA ............................ 193DÖZƏN MƏNƏM ............................................ 194NƏ OCAQ VAR, NƏ KÜLÜ ............................ 195BU PAYIZ GECƏSİ ......................................... 196BİR YAŞ DA GƏLDİ ....................................... 197MƏNİM NƏVƏM ............................................. 198PAYIZ ............................................................... 199BU DÜNYANI SEVİRƏM ............................... 200DÜZLÜYÜM MƏNİ YIXDI ............................ 201QAÇQINAM ...................................................... 202Gözəlliyin işindəYAZIN GİLİŞİ ................................................... 204GƏLSİN ............................................................ 205ELƏ DÜNYAMDA QALACAM ...................... 206YAYDA YAĞIŞ ............................................... 207BU PAYIZ ......................................................... 208DOYMADIM .................................................... 209YENİ İLİM ........................................................ 210BU BAHAR BİR GÖZƏLDİ ............................ 211ARZULARIM ................................................... 212GÖZƏLLİYİN İÇİNDƏ .................................... 213“QAX”DI, QAX ................................................ 214BU PAYIZ, BAŞQA PAYIZDI ........................ 215BAĞDA ............................................................. 216DördlüklərGözlərim yolları gəzir, dolanır .......................... 218Əlimi göyə uzatdım ........................................... 219Neyin sehrinə düşmüşəm ................................... 220Ney ağlatdı için-için .......................................... 221Neyim sirli bir xudadı ........................................ 222Dərdin ağırlığından ............................................ 223285

Harın üzlər düz üzümə qayıdır .......................... 224İçimdə təlatüm, bir hay, bir haray ...................... 225Gecə yarı, fikrim qarmaqarışıq .......................... 226Ərənlərim hu... dedim ........................................ 227Ayrıldım dünyanın qeylü-qalından .................... 228Neyləyim bu dünya mənə dardı, dar .................. 229Nataraz adama rast gəldim yenə ........................ 230Sabahım xoş gördük, xoş gördük səni ............... 231Bu dünyaya yadam özüm .................................. 232Bağçada gül qoxuyur ......................................... 233Mənəm sözü qəribsəmiş .................................... 234Baharın müjdəsi güldü, çiçəkdi ......................... 235Ömrümün ahıl vaxtıdı ....................................... 236Naşı sözlər məni məndən yox edir .................... 237Ürəyimə od ələndi ............................................. 238Arandan dağa yol açdım .................................... 239Gedər gəlməzə düşmüşəm ................................. 240Yer də, göy də mənə yaxın ................................. 241Havam çatmır, sıxılıram ..................................... 242Göydən imdad diləyəcəm ................................... 243Gül dərdim könlümə yaxın ................................. 244Əl atmışdım yaxşılığa ......................................... 245Dediklərim boyadıyıb ......................................... 246Dağlar! Mənə hay verin ...................................... 247Tənhalaşıb qalmışam .......................................... 248Umacağım yox daha ........................................... 249Bu dünya gözümdə oyun-oyuncaq ..................... 250Gözümdən yuxu çəkilib ...................................... 251Mənə baxan bəxtəvərlik oxudu........................... 252Bir anlıq səadət əsrə bərabər ............................... 253Üzümə sabah açılıb ............................................ 254Yollar məni yoran deyil ...................................... 255Hər nə varsa mat qalmışam ................................ 256286

Əlimə bir damla düşdü ....................................... 257Gecə yarı, yuxum yox ........................................ 258Bu dünyada mələk gəzdim ................................. 259Kaş o günlər olaydı ............................................. 260Sandım ki, bu dünya bir cənnətdi gözümdə ........ 261Doqquz ay bətnimdə bəslədim ........................... 262Bir nadan sözündən uçundum ............................ 263Hünər yox dərdimi çəkməyə .............................. 264Acıyıram bu dövrana, bu günə ........................... 265Gözümün nuru azalıb ......................................... 266İnsanlığı uca tutdum .......................................... 267Az qaldım azam yolumu .................................... 268Keçmişlərə yol salacam ..................................... 269Ay özümə bələd canım ...................................... 270Gecə yarı, ay da düşüb könlümə ........................ 271Yaz da gəlib, gül də açıb, çiçək də .................... 272Sonsuzluğa çatammaram ................................... 273Dərdimi necə çəkim ............................................ 274Bayatılar ............................................................. 275287

Fəridə HacıyevaHU MEVLAM HUDizayn və tərtibat:Rahilə MəmmədovaЧапа имзаланмышдыр: 02.06.2010Каьыз форматы: 84х90 1/32Щяъми: 9 ч.в.; Сифариш: 140; Сайы: 500«АДИЛОЬЛУ» няшриййатынданяшря щазырланмыш вя чап едилмишдир.Цнван: Бакы шящ., Шярифзадя кцчяси, 202Тел.: 498-68-25; 418-68-25; 433-00-43Е-маил: adiloglu2000@gmail.com288

292

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!