Sie wollen auch ein ePaper? Erhöhen Sie die Reichweite Ihrer Titel.
YUMPU macht aus Druck-PDFs automatisch weboptimierte ePaper, die Google liebt.
“ALATORAN” OXUCULARINA!

Müasir alman әdәbiyyatı юзял сайы цчцн

мцяллифлярин вя ясярлярин сечилмяси щаггында

Mәn “Alatoran” üçün Barbara Vattendorfla razılıq әsasında 1954-1971 ci illәrdә doğulmuş

müasir alman müәlliflәrindәn sәkkiz nәsr nümunәsi seçdim. Seçilmiş müәlliflәr, heç bir

halda tәsadüfi olmayıb, mәnim şәxsi zövqüm әsasında toplanıb. Bütün müәlliflәr

Almaniyada tanınan әdәbiyyat mükafatlarına layiq görülmüş, kitabları geniş oxucu kütlәsi

tәrәfindәn bәyәnilmiş, hәmçinin yazıçılıqda ciddi inkişaf yolu keçmişlәr.

Sәkkiz müәllifdәn beşi Klaqenfurtda keçirilәrn “İnqeborq Baxman Mükafatı” uğrunda

әdәbiyyat müsabiqәsindә iştirak etmişlәr. Bu müsabiqә televizyonda canlı yayınlanır vә yaxşı

izlәnilir. Burada әsasәn alman dilli әdәbiyyat oxunur vә gәnc yazarlar üçün olduqca mühüm

bir müsabiqәdir. Müsabiqәdә iştirak edәn beş müәllifdәn ikisi qalib gәldi vә әsas mükafatı

qazandı, onların yazıları (bir qәdәr ixtisar olunmuş halda) seçdiyim mәtnlәr arasına әlavә

olunmuşdur.

Seçilmiş bu iki müәllif әsasәn romançı kimi tanınırlar. Hәmin müәlliflәrin, diqqәtәlayiq

kitablar yazmış Katrin Passiq dә daxil olmaqla hamısının artıq bir neçә romanı çap olunub.

Roman hal-hazırki alman nәsr kitabları bazarında hökmranlıq edir vә hәr zaman yaxşı satılması

ilә fәrqlәnәn kiçik şeir kitabları, esselәr vә hәtta kiçik hekayә toplularını da keçir.

Müasir alman әdәbiyyatı mövzusuna görә әvvәllәr heç vaxt olmadığı qәdәr zәnginlәşib,

başlıca olaraq aşağıdakı mövzulara bölünür, janrına görә әnәnәvi hekayә ilә kiçik nәsr fraqmentlәri

arasında dәyişir, o uydurma ya da avtobioqrafik sevgi hekayәtlәrindәn tutumuş, xәstәlik

tarixçәsi, nağıl, lәtifә vә bu kimi Almaniyada vә dünyada yayılmış mövzuları әhatә edir. Bu

günümüzü, keçmişimizi yaxud gәlәcәyimizi әks etdirәn, fantaziya yaxud bәdii-sәnәdli araşdırma

tipli әsәrlәr yazılır. Alman әdәbiyyatında demәk olar ki, hәr şeyә icazә verilib, roman vә realist

nәsr İkinci Dünya Savaşından sonra әdәbiyyatda әsas hakim janr kimi yerini tutub.

Alman әdәbiyyatındakı bu hәrtәrәfli inkişafı hәm dә çoxlu sayda әdәbiyyat tәqaüdlәri vә

ölkә üzrә yayılmış nüfuzlu әdәbiyyat mükafatları ilә dә әlaqәlәndirmәk olar. Almaniyada әn

mühüm kitab mükafatı hәr il payızda Frankfurtda ya da yazda Leypsiqdә keçirilәn kitab

yarmarkalarında tәqdim olunan, DBP- Alman Kitab Mükafatıdır (Deutsch Buchpreis), bundan

әlavә müxtәlif tәmayüllü bәdii әsәrlәrә aid cürbәcür kitab mükafatları da var. Bu seçimdә

namizәd olub qalib gәlәn müәlliflәrin hamısına yüksәk miqdarda mükafatlar verilir.

Almaniyada iki ali mәktәbdә sırf yazıçı hazırlanır, bunlardan biri 1995-ci ildәn bәri

fәaliyyәt göstәrәn Leypsiq Alman Әdәbiyyat İnstitutu – DLL (Deutschen Literaturinstitut

Leipzig) vә 1999 –cu ildәn bәri fәaliyyәt göstәrәn Hildenshaym Univerisitetidir, lakin bizim

burda tәqdim etdiyimiz müәlliflәr bu ali mәktәblәrdә tәhsil almayıblar. Bu hәm adı çәkilәn

univerisitetlәrdә dәrs proqramının gәnclәrә uyğun tәşkil olunması, hәm dә hәmin univerisitetlәrin

yetirmәlәrinin ancaq 10-15 il sonra yazıçı kimi püxtәlәşә bilәcәyindәn irәli gәlir.

Seçimimizin daha bir xüsusiyyәti dә ondadır ki, seçdiyimiz müәlliflәr arasında Ditmar

Datı çıxmaq şәrtilә yerdә qalanları hal-hazırda Berlindә yaşayırlar. Berlin böyüklüyünә, hәyat

şәraitinә görә, Almaniyada yaşayış minimumları әn yüksәk şәhәr olmasına baxmayaraq

yazıçıların әn çox yaşadığı vә әdәbi mühitin qaynar olduğu yerdir. Razılaşmaq lazımdır ki, bu

әdәbiyyat adamı üçün әn mühüm şәrtdir.

2 ÀËÀÒÎÐÀÍ ¹18 / OKTYABR 2012

Mark Deqens

Bonn, Aprel 2012